Rusiya Xəzərdə yeni hərbi baza qurur
- 10 Oktyabr 2017
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
Rusiya Müdafiə Nazirliyi Xəzərdə yeni hərbi dəniz bazasının tikintisinə başlayıb. Contact.az bildirir ki, bunu Rusiyanın “İzvestiya” qəzeti yazıb.
Yazıda bildirilir ki, Rusiyanın Dağıstan Respublikası sahillərində inşa edilən yeni baza Rusiya Hərbi Dəniz Qüvvələrinin bazaları arasında ən təkmili olacaq, ölkənin Xəzərdəki donanmasının bütün gəmiləri bu bazaya yerləşə biləcək.
Ekspertlər “İzvestiya”ya deyiblər ki, yeni baza Rusiyanın Xəzər regionunda və Yaxın Şərqdə hərbi-siyasi strategiyasının mühüm elementinə çevriləcək.
Bazanın tikintisini 2020-ci ilədək yekunlaşdırmaq planlaşdırılır. Hərbi bazada hərbi liman, döyüş sursatları anbarı, hərbi qulluqçular üçün kazarmalar, mənzillər və hospital da inşa ediləcək.
Rusiyanın Xəzər Əməkdaşlıq İnstitutunun rəhbəri Sergey Mixeyev “İzvestiya”ya deyib: “Suriyadakı əməliyyatlar göstərdi ki, Xəzər qanadlı raketlər üçün təhlükəsiz start meydanıdır. Orada bizim yüksək dərəcədə dəqiq atəş açan silahlarla təchiz edilmiş gəmilərimiz yerləşə bilər. Həm də bu hövzə potensial düşmənlər və üçüncü ölkələrin donanmaları üçün əlçatmazdır”.