Aşıq Ədalət vəfat edib
Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustad sənətkar Aşıq Ədalət sentyabrın 14-də 78 yaşında vəfat edib. Aşıq Ədalət uzun müddət idi ağır xəstəlikdən əziyyət çəkirdi. Nəsibov Ədalət Məhəmmədəli oğlu 1939-cu ilin yanvarında Qazax rayonunda anadan olub. Saz çalmağı atasından öyrənib. Gənc ya...
Kiyevdə Saakaşvili sorğusu
Uraynanın “Aktiv qrup” sosioloji sorğu şirkəti paytaxt Kiyevdə Mixail Saakaşvili ilə bağlı sorğu keçirib. Novator.az-ın məlumatına görə, sorğuda 1523 nəfərin rəyi soruşulub. Respondentlərin 63,4%-i Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi qərarına tərəfdar olmadığını bəyan edib. Sorğu ...
Qadınlar kişilərdən 26% az maaş alır
Rusiyada qadınların əməkhaqqı kişilərin maaşından 26% azdır. Novator.az-ın məlumatına görə, baş nazirin müavini Olqa Qolodets sentyabrın 14-də belə açıqlama verib. Hökumət rəsmisi qeyd edib ki, 2015-ci ilin yekununda kişilərin orta əməkhaqqı 38,6 min rubl (1135 manat), qadınların orta əməkhaqqı 28 m...
Sahibkarlara yeni kreditlər
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sentyabrın 14-də Zaqatala rayonunda işgüzar forum keçirib. Rəsmi məlumata görə, tədbirdə Zaqatala və ətraf rayonlardan olan sahibkarlara 767 min manat güzəştli kredit verilib. Kreditlərin əsasən aqroparkın yaradılması, heyvandarlıq, tütünçülük...
Qeyri-neft ixracı 27 faiz artıb
2017-ci ilin yanvar-iyul aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 176 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 107 ölkəyə məhsul ixrac olunub, 169 ölkədən məhsul alınıb. Dövlət Statistika Komitəsi belə hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabatda...
İnqilabdan inqilaba
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili yenə diqqət mərkəzindədir. Sentyabrın 10-da o, bir qrup tərəfdarı ilə Polşa-Ukrayna sərhədində sərhədçilərin və polis əməkdaşlarının qurduğu sipəri yararaq Lvov şəhərinə keçib. Ukraynada buna görə cinayət işi qaldırılıb. Olay dövlət sərhədini qanunsuz k...
İsrail səfəri: nazir müdafiə sənayesi müəssisələrində olub
İsrailə rəsmi səfər edən müdafiə naziri general-polkovnik Zakir Həsənov nümayəndə heyəti ilə birgə müdafiə sənayesinin aparıcı müəssisələrinə baş çəkib. Mod.gov.az-ın 14 sentyabr məlumatına görə, müdafiə sənayesi müəssisələrinin rəhbərləri ilə görüşən Zakir Həsənov hərbi-texniki əməkdaşlıq sahəsində...
Yeni neft sazişinin şərtləri nədir?
Prezident İlham Əliyevin sentyabrın 14-ü Bakıdakı Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə – Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanmasındakı ...
Azərbaycandan şikayət. “Azadlıq” radiosu nə istəyir?
“Azadlıq” radiosu Azərbaycan hökumətindən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib. Xəbəri “Amerikanın səsi” yayıb. 2014-cü ilin dekabrında hüquq mühafizə orqanları “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının Bakıdakı ofisində reyd keçirib. Nəticədə radionun Azərbaycan redaksiyasına qarşı ...
10 manatlıq yeni xidmət
Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlara yeni xidmət təklif edir. “Daşınmaz əmlakla bağlı dövlət reyestrindən məlumatın verilməsi” elektron xidməti sayəsində hər kəs sahib olduğu əmlak, onun sahəsi, yerləşdiyi ünvan, ölçüləri və texniki göstəriciləri, aparılan əməliyyatlar barədə heç yerə getmə...
Müəllimlərin işə qəbulu barədə yeni rəsmi məlumat
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci turu başa çatıb. Novator.az-ın məlumatına görə, Təhsil Nazirliyi bildirir ki, bu mərhələdə 933 nəfər müəllim olmaq hüququ qazanıb. Ümumtəhsil müəssisələrində işləyən 125 nəfər müəllim bu mərhələdə iş yerini dəyişib. Müsabiqənin birinci mərhələsi üzrə 4...
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə “TurAz Qartalı – 2017” birgə taktiki-uçuş təlimləri keçiriləcək. Mod.gov.az-ın məlumatına görə, sentyabrın 18-dən başlayacaq təlimlərdə MiQ-29, F-16, Su-25, C-130 Herkules, CASA CN-235 təyyarələri, Mi-35, Mi-17 və Sikorski S-70 helikop...
Lapşin getdi
Bloqçu Aleksandr Lapşin sentyabrın 14-ü səhər Azərbaycanı tərk edib. “Turan”ın məlumatına görə, o, anası Bella Lapşina ilə birlikdə Bakı-Tel-Əviv təyyarə reysi ilə Azərbaycandan İsrailə yola düşüb. Aleksandr Lapşin 1976-cı ildə Rusiyanın Yekaterinburq şəhərində doğulub. Atası rus, anası yəhudidir, R...
8 ayda 14 faiz bahalaşma gedib
Dövlət Statistika Komitəsi yanvar-avqust aylarında istehlak bazarında qiymətlərin necə dəyişdiyini açıqlayıb. Novator.az-ın məlumatına görə, bildirilir ki, 8 ayda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14 faiz artıb. Ərzaq məhsullarının 18,2 faiz, qeyr...
İşçilərin orta əməkhaqqı
İqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə hesabat açıqlanıb. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, 2017-ci il avqustun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 524,9 min nəfər olub, onların 879 min nəfəri iqtisadiyyatın dövlət sekt...
Bu il Azərbaycan neftinin qiyməti necə dəyişib?
Sentyabrın 14-də Azərbaycan nefti “AzəriLayt”ın bir barrelinin qiyməti 57,63 dollara qalxıb. Bu, ayın ən yuxarı qiymətidir. Novator.az bildirir ki, sentyabrın 5-də “AzəriLayt” 54,55 dollara satılıb. Sonrakı günlərdə qiymət əvvəl 55,66 dollara, ardınca 56,51 dollara yüksəlib. Sentyabrın 8-də eniş qey...
“Əsrin müqaviləsi” yenilənir
Sentyabrın 14-də Bakıdakı Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, prezide...
Portuqaliyada türk fırtınası
UEFA Çempionlar Liqasının qrup mərhələsində birinci tur başa çatıb. Novator.az-ın məlumatına görə, G qrupunda yarışan Türkiyə təmsilçisi “Beşiktaş” sentyabrın 13-ü Portuqaliyada “Portu”nu 3:1 hesabı ilə yenib. Qrupdakı digər matç Almaniyada keçirilib. Yerli “Leypsiq”lə Fransanın “Monako” klubu xalla...
Avroda eniş
Mərkəzi Bank sentyabrın 14-də ABŞ dollarının məzənnəsini 1,7008 manat həddində saxlayıb. Avro və Rusiya rublunda isə ucuzlaşma qeydə alınıb. Novator.az-ın məlumatına görə, avro 2,0382 manatdan 2,0205 manata, rubl 0,0295 manatdan 0,0294 manata enib (Məzənnələr). 2017-ci ildə dollar 1,7707 manatla sta...
İsveçrədə xanım səfir
Prezident İlham Əliyev Xanım Məmməd qızı İbrahimovanı Azərbaycanın İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edib. Sərəncam sentyabrın 13-də imzalanıb. Novator.az bildirir ki, İsveçrədə səfir postu bu il mayın 25-dən boş idi. Həmin gün Əkrəm Akif oğlu Zeynallı İsveçrədə və ey...
- 1
- 2