Qeyri-neft ixracı 27 faiz artıb
- 14 Sentyabr 2017
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
2017-ci ilin yanvar-iyul aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 176 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 107 ölkəyə məhsul ixrac olunub, 169 ölkədən məhsul alınıb. Dövlət Statistika Komitəsi belə hesabat yayıb.
Novator.az-ın məlumatına görə, hesabatda bildirilir ki, yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 12 milyard 872,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 8 milyard 502,5 milyon dollar, idxalın dəyəri 4 milyard 369,7 milyon dollar təşkil edib, 4 milyard 132,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 6,2 faiz artıb, real ifadədə isə 14 faiz, o cümlədən ixrac 8,4 faiz, idxal 22,7 faiz azalıb.
Ticarət dövriyyəsinin 37,3 faizi Avropa İttifaqı ölkələri, 13,2 faizi MDB ölkələri, 49,5 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.
7 ayda 855 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib, bu da 2016-cı ilin yanvar-iyul aylarına nisbətən faktiki qiymətlərlə 29,7 faiz, real ifadədə isə 27 faiz çoxdur.