Özünüməşğulluq proqramı ilə bağlı yeni hesabat
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30 avqust məlumatına görə, özünüməşğulluq proqramı çərçivəsində Şəki, Kürdəmir, İmişli, Sabirabad, Mingəçevirdə 20 nəfərə yaxın şəxsə aktivlər (mal və materiallar) təqdim olunub. Bununla 2017-ci ilin fevralında aktivlərin verilməsinə başlanandan bəri pr...
Mehman Əliyevin zaminə buraxılması üçün daha bir müraciət ünvanlanıb
Bir qrup hüquq müdafiəçisi “Turan” informasiya agentliyinin həbsdə olan direktoru Mehman Əliyevin zaminə buraxılması üçün prezident İlham Əliyevə müraciət ünvanlayıb. Müraciəti Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Əvəz Həsənov, Mirvari Qəhrəmanlı, Arzu Abdullayeva, Zəlihə Tahirova ...
İnsan oğlu tarixdə ilk dəfə Baltik dənizini üzüb keçdi
26 yaşlı polyak Sebastyan Karas Baltik dənizini üzüb keçən ilk idmançı kimi tarixə düşüb. Novator.az-ın məlumatına görə, üzgüçü Baltik dənizində Polşanın Kolobjeq şəhərini Danimarkanın Bornholm adası ilə ayıran 100 kilometri 28 saat yarıma qət edib. Avqustun 30-da yayılan xəbərdə bildirilir ki, üzgü...
Hüququ pozanların hüququ. Media necə davranır?
Azərbaycan mediasında kriminalın ictimaiyyətə çatdırılması formalarını peşə standartları baxımından necə dəyərləndirmək olar? 2003-cü ildə Mətbuat Şurası yaradılarkən qəbul olunmuş Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına görə, cinayət nəticəsində zərər çəkmiş şəxslərin razılığı olmada...
Tibb işçilərinin sertifikasiyası: proses necə gedir?
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun səhiyyə mütəxəssislərinin sertifikasiyası şöbəsinin işinə dair hesabat yayılıb. Qeyd olunur ki, 2011-ci ildən ali tibb mütəxəssislərinin, 2012-ci ildən orta tibb işçilərinin sertifikasiya prosesi aparılır. Sertifikasiyadan keçməyən işçilərin pr...
Dövlət rəsmilərinin sentyabr ayında qəbul cədvəli
Qəbul edən Gün Yer Əhatə olunan şəhər və rayonlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 6 Lerik Lerik, Lənkəran, Astara, Masallı, Cəlilabad, Yardımlı Gənclər və idman naziri Azad Rəhimov 8 Göygöl Göygöl, Gəncə, Naftalan, Goranboy, Samux, Daşkəsən, Gədə...
Bir ana, bir qadın (Hekayə)
Aynur MƏSİMOVA (TƏMKİN) Alnından gözünə süzülən təri silmək üçün əlini bir anlıq saxlayıb nəfəsini dərdi. İsti havanı ciyərlərinə çəkdi, sanki ciyərləri od tutub yandı. Yapışqanlı əlini qeyri-ixtiyari gözünə çəkdi, pul bibər gözünü qovurdu. Qadın ağrının təsirindən müvazinətini itirdi, səyirləndi. İ...
DTX keçirdiyi əməliyyat-axtarış tədbirləri haqda açıqlama yayıb
Dövlət Təhlükəsizliyi Xidməti bu ilin 7 ayında həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri haqda açıqlama yayıb. Novator.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, 7 ay ərzində 44 kiloqramdan artıq narkotik vasitənin, habelə güclü təsiredici psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkəyə...
ABŞ-da fəlakət
ABŞ-ın Texas ştatında Harvi qasırğasının doğurduğu daşqının fəsadları açıqlanıb. Novator.az-ın məlumatına görə, təbii fəlakətdə azı 30 nəfər həlak olub. Ümumilikdə 1 milyon 700 min insanın yaşadığı bölgələrdə evakuasiya tədbirləri görülüb. 20 minə yaxın şəxs sığınacaqlarda yerləşdirilib. Təbii fəlak...
Ukraynada kim nə qədər maaş alır?
Ukraynada orta əməkhaqqı ötən ay 2016-cı ilin iyul ayı ilə müqayisədə 36,6% artaraq 7339 qrivna olub (1 Ukrayna qrivnası 0,0668 manatdır). Novator.az-ın məlumatına görə, Ukraynanın Dövlət Statistika Xidməti belə hesabat yayıb. Dövlət Statistika Xidməti bildirir ki, ötən ay ən yüksək orta maaş aviasi...
Vergidə iş müsabiqəsinin şərtləri
Vergilər Nazirliyi işə qəbul müsabiqəsi elan edib. Sənədlər elektron ərizə vasitəsilə 30 avqust saat 10-dan 13 sentyabr saat 24-dək qəbul olunur. Müsabiqədə bu ixtisaslar üzrə ali təhsilli, yaşı 35-i keçməmiş vətəndaşlar buraxılır: Hüquqşünaslıq; Beynəlxalq hüquq; Maliyyə; İqtisadiyyat; Statistika; ...
Dollar ayı rekordla başa vurur
Mərkəzi Bank avqustun 30-da ABŞ dollarını 1,7010 manata satır. Bu, ayın ən yüksək qiymətidir. Avqust 1,7009 manatla başlayıb, bir ara kurs 1,7007 manata düşüb. Novator.az-ın məlumatına görə, rəsmi kursu sabit qalan avro banklara 2,0367 manata, ucuzlaşan Rusiya rublu 0,0289 manata təklif olunur (Məzə...
Mehman Əliyevə zamin dururlar
Dörd jurnalist prezident İlham Əliyevə “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin həbsdən buraxılması xahişi ilə müraciət göndərib. Mehman Əliyev avqustun 24-də tutulub. Avqustun 25-də Yasamal Rayon Məhkəməsi onu 3 aylıq həbs edib. Qərar Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbt...
Nazirlik iki yanğınla bağlı rəsmi məlumat yayıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, avqustun 28-də Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM), avqustun 29-da isə Oğuz MMBM-in ərazisində yanğın hadisələri baş verib. Qəbələ MMBM-də yanğın avqustun 29-u saat 15 radələrində lokallaşdırılıb. İlkin hesablamalara görə, 10 hek...
Sosial mediadakı təxribata qarşı tədbirlər: təlim keçirilib
Avqustun 25-28-də Bakıda gənc jurnalistlər və sosial media fəalları üçün “Sosial mediadakı informasiya təxribatına qarşı tutarlı tədbirlər və sosial media kampaniyaları” mövzusunda seminar keçirilib. Tədbir “İnternyus Azərbaycan” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi i...
Azərbaycan əhalisinin şəhər və rayonlar üzrə sayı
Dövlət Statistika Komitəsinin rəsmi hesabatına görə, 2017-ci ilin əvvəlinə Azərbaycan əhalisinin sayı 9 milyon 810 min nəfər olub. Novator.az bölgələr üzrə göstəricilərə də nəzər salıb. Bakı şəhərinin əhalisi ilin əvvəlinə 2 milyon 245,8 min nəfər, Naxçıvan Muxtar Respublikasının əhalisi 449,1 min n...
Seymur Həzi: həbsin 3, ailə həyatı qurmasının 1 ili
Jurnalist Seymur Həzinin həbsindən 3 il keçir. “Azadlıq” qəzetinin əməkdaşı, AXCP-nin öncül şəxslərindən olan Seymur Həzi 2014-cü il avqustun 29-da tutulub. Məhərrəm Həsənov adlı şəxsə xəsarət yetirməkdə ittiham olunan jurnalist Abşeron Rayon Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum e...
Ermənistanın müdafiə nazirinin müavini postdan getdi
Avqustun 29-da Ermənistan prezidenti Serj Sərkisyan Ara Nazaryanı müdafiə nazirinin müavini postundan azad edib. 52 yaşlı Ara Nazaryan həmin postu 2007-ci ilin iyun ayından tuturdu. Baş nazirin sərəncamı ilə Ara Nazaryan fövqəladə hallar nazirinin müavini təyin olunub. Novator.az-ın məlumatına görə,...
Dollar avqustla necə üzülüşür?
Avqustun 29-da Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirilib. Hərracda ABŞ dollarının məzənnəsi 1,7010 manat səviyyəsində formalaşıb. Novator.az-ın məlumatına görə, avqust 1,7009 manatla başlayıb, ayın 2-də kurs 1,7008 manata, ayın 9-da 1,7007 manata düşüb, avqustun 16-dan dollar...
Əziz Orucovun həbs müddəti uzadıldı
“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun istintaq müddəti uzadılıb. Jurnalistin həyat yoldaşı Lamiyə Orucova Novator.az-a deyib ki, avqustun 29-da Nəsimi Rayon Məhkəməsi Əziz Orucovun həbs müddətinin 3 ay uzadılması haqqında qərar çıxarıb. Əziz Orucov mayın 2-də polisə müqavimətdə...