• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Balacaboy hündür adam

  • 21 Avqust 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in AktualManşetTribunaYazarlar

İndiyə baxmayın, Avropa azərbaycanlılarla doludu. Onminlər, yüzminlər. İndi bizimkilərlə ən şimal ölkənin ucqar qəsəbəsində də rastlaşa bilərsiz. Sovet dönəmində isə gələnlər tək-tək idi.

Sayın çoxluğu əsas deyil ki. Əsas çoxmillətli, multikultural bir qitədə görünmək, boy verməkdi. Yüzminlərin içində ictimai-siyasi, mədəni-sosial fəal insanımız yüzlər ola, olmaya – izdiham içində başı görünən soydaşımız çox azdı.

1990-cı ildə Avropaya gələn gündən boyu görünən bir adamın bu gün 60 yaşı tamam olur. Boyu balacadı. Şuşalı dostum Hikmət Sabiroğlu 25 il əvvəl bizi tanış eləyəndə onu necə görmüşdümsə, elə o boydadı, bir barmaq da boy atmayıb. Amma boyu Avrasiyanın hər yanından görünür.

Elman Mustafazadədən danışıram!

Beş il deyildi Polşaya gəldiyi, eşitdik, “Avropada Azərbaycanın Dostları” cəmiyyətini yaradıb, ölkəmizi tanıdır. “Xudafərin” adlı jurnal nəşr edir. Polşa elmi, ictimai dairələriylə əlaqələr yaradır. Qazandığı beş-üç paranı bu yola xərcləyir.

Sonra bu işi Niderlanda, Almaniyaya daşıdı. Neçə-neçə cəmiyyətin fəxri üzvüdü, hərəkətdə, yollardadı, səsi gah Rusiyadan, gah Litvadan gələr.

Deyirlər bizim diaspor komitəmiz var. Bilmirəm nə iş görür. Mənim tanıdığım diaspor komitəsi elə Elman Mustafazadədi. Təsis etdiyi Xudaferin.eu portalına nəzər salın sadəcə.

Elmanın asta danışığını yalnız ürəyini açdığı, dərdini bölüşdüyü ikili məclisdə eşidərsən. Qarabağdan, Şuşadan, Bakıdan keçmiş zamanda danışanda eşidərsən bu pıçıltılı səsi. Söhbət bu gündən düşəndə isə… kafedə millət çönüb baxar, küçədə insanlar hürkər hayqırtısına.

Elman narahat adamdı. O vaxt da belə idi. İndi də belədi. Öz balasından tutmuş hansısa şəhərdə oxuyan tələbə soydaş balasınacan, vətəndə ehtiyacı olan qohuma, dostacan narahat adam.

Axırıncı dəfə onunla bu ilin martında görüşdük. Bakıdan dostum İlham İsmayıl gəlmişdi. Bizi görüşə dəvət elədi. Neçə gün qonağı olduq. Almaniyanın Bamberq şəhərini gəzirdik, birdən İlham qulağıma pıçıldadı: “Mən Elmana məəttələm. 27 ildi Avropada yaşayır, heç dəyişməyib. Elə bil Şuşadan indicə gəlib”. Dedim, yüz il də keçə dəyişməyəcək o.

Elman üstündə Qarabağ havası daşıyan avropalıdı.

***

Bu gün sənin 60 yaşın tamam olur, əziz dost! Balaca bir məclis də mən düzəldəcəm, neçə-neçə şəhərdə dostların açdığı məclis kimi.

İnsan yaşlandıqca səbri böyüyür – səndə əksinədi. İllər sənin səbrindən kəsir, aparır. Sən böyüdükcə səbrin daralır. Sənin o narahat qəlbinin dinclik ünvanını mən bilirəm. O ünvanın qapısını döyməyincə rahat olmayacaqsan.

O qapını birlikdə döyək – sənə yubiley arzum budu!

Təbrik edirəm, əziz dost, narahat adam – balacaboy hündür oğlan!

Vahid QAZİ
21 avqust 2017
Trossö, İsveç


Müəllifin başqa yazıları:  • “İslamda tolerantlıq varmı?” sualı İsveçdə   • Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitabı   • Şərm-həyanın qiyməti   • Yolda o(qa)lan yolçuluqlar   • Zəmanələr və talelər toplusu   • “İztirab — vətəndə qərib olmaqdır”   • Darıxan səbir (Hikmət Sabiroğlunun 50 yaşına neçə günsə qalmış)   • Salam, Gülsarı!   • Dilimizi uçurumdan qoruyan (Tehran Vəliyevin xatirəsinə)   • İntim dildə yaza bilmək   • Vyanada Şuşa günləri (Fotolu, xatirəli reportaj)   • Türkiyə islam inqilabı?   • Varşava – azadlıq və sevgi şəhəri   • Çəmənzəminlinin ”Studentlər”i haqda   • Ağalar Məmmədovun məktubları   • Günəş kitablar (İsveç kitabxanasından payız qeydləri)   • Etiraz hüququ   • Qış günəşi parlaqdır, amma isitmir   • Qarabağ – xarici işimiz   • “Le Concert”, yaxud azadlıq duyğusunun səsli izahı   • Tanrılarla baş-başa   • Əmanət amanatı (Cümhuriyyətin 99 yaşına)   • Bütün zamanların lideri (Cümhuriyyətin 99 yaşına)   • Anamın məktubları   • Rusiya sindromu və Yalama döyüşü   • Qarabağın açarı

Cocuq Mərcanlı: ikinci mərhələ bir aya yekunlaşaca...

  • 21 Avqust 2017
  • comments

Baş nazir prezidentlik üçün gedir

  • 21 Avqust 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Media

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda