Müstəqillik illərində Bakının əhalisi yarım milyon nəfərə yaxın artıb
- 18 Avqust 2017
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
Novator.az paytaxt Bakının əhalisi barədə arayış hazırlayıb.
Rəsmi statistikaya görə, 2017-ci ilin əvvəlinə Bakı şəhərinin əhalisi 2 milyon 245,8 min nəfərə çatıb. 1991-ci ildə Azərbaycan müstəqillik əldə edəndə Bakının 1 milyon 762,2 min nəfər əhalisi olub. Həmin ildən 2017-ci ilin əvvəlinə paytaxt əhalisinin sayı 483,6 min nəfər artıb.
Bu ilin əvvəlinə Xətai rayonunun əhalisi 280 min nəfər, Binəqədi rayonunun əhalisinin sayı 263,1 min nəfər, Yasamal rayonunun əhalisi 245,8 min nəfər, Sabunçu rayonunun əhalisi 241,2 min nəfər, Nəsimi rayonunun əhalisi 219,2 min nəfər, Suraxanı rayonunun əhalisi 216,3 min nəfər, Nizami rayonunun əhalisi 197 min nəfər, Nərimanov rayonunun əhalisi 176,2 min nəfər, Xəzər rayonunun əhalisi 163,5 min nəfər, Qaradağ rayonunun əhalisi 122,3 min nəfər, Səbail rayonunun əhalisi 101 min nəfər, Pirallahı rayonunun əhalisi 20,2 min nəfər göstərilib.