“İnternyus Azərbaycan” İctimai Birliyi regionlardan olan yeniyetmələrin sosial media resurslarına inteqrasiyasını gücləndirmək, informasiya-kommunikasiya texnologiyaları üzrə bacarıqlarını artırmaq və praktik vərdişlərini təkmilləşdirmək məqsədilə yay düşərgəsi keçirib.
İyunun 8-dən 13-dək Novxanıda “Af Hotel”də təşkil olunan yay düşərgəsi ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəklədiyi “Regional internet mediasının inkişafı” layihəsi çərçivəsində reallaşdırılıb.
Yay düşərgəsinə müxtəlif regionlardan 15 yeniyetmə qatılıb.
Düşərgədə təlim keçən 14 yaşlı Cavidan Zeynallı yaşadığı Göygöl rayonunun tarixi və bu günü haqqında təqdimat hazırlayıb. Təqdimatı Novator.az oxucularının diqqətinə çatdırırıq.