• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Siqaret də gedir işinə, siqar da, siqarilla da…  

  • 16 May 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun parlamentin 16 may iclasında ikinci oxunuşda qəbul olunub. Layihəyə əsasən, tütün məmulatı dedikdə tütün yarpağından və onun komponentlərindən hazırlanmış, tərkibində nikotin, aktiv alkoloid, o cümlədən kanserogen maddələr olan və nikotinə aludəçilik yaradan məhsul (siqaretlər, papiroslar, siqarlar, siqarillalar, çubuq tütünü və s.) nəzərdə tutulur. Bütün növ qəlyanlar və elektron siqaretlər də qanunun təsir dairəsinə düşür.

Qanunla tütün məmulatlarının ticarətinə icazəsi olan hüquqi və fiziki şəxslərə məhsul satışında istifadəçılərin həvəsləndirilməsi üçün bu üsullardan istifadə qadağan edilir: tütün məmulatlarının və onların yeni nümunələrinin pulsuz paylanması və ya mükafat kimi verilməsi; tütün məmulatlarının lotereya, müsabiqə, idman yarışları, oyunlar üçün mükafat kimi təklif edilməsi; tütün məmulatlarının satışı və istifadəsi ilə bağlı uduşlu (o cümlədən siqaret qutularının və hissələrinin yığılması ilə) oyunların keçirilməsi.

Tütün istehsalı və satışı ilə məşğul olan şəxslər istehsal edilən və ya satışa çıxarılan tütün məmulatlarını istehlakçılara hədiyyə və ya yardım kimi paylaya bilməzlər.

Tütün çəkilməsinə icazə verilməyən yerlər layihədə belə müəyyən edilib:

təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində;

səhiyyə və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində;

sanatoriya-kurort müəssisələrində və onların ərazilərində (açıq məkanlar istisna olmaqla);

idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə xüsusi ayrılmış yerlər istisna olmaqla onların ərazilərində;

restoranlar, kafelər, barlar daxil olmaqla ictimai-iaşə obyektlərində (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla);

ticarət obyektlərində;

məişət obyektlərində;

sosial xidmət müəssisələrində;

yerləşdirmə vasitələrində (tütün çəkənlər üçün otaqlar və xüsusi ayrılmış yerlər təşkil oluna bilər);

teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində;

uşaq meydançalarında;

yerüstü qapalı və yeraltı piyada keçidlərində;

müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində;

metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda;

hava nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında (qatarın xüsusi ayrılmış yerləri istisna olmaqla), su nəqliyyatı vasitələrində (xüsusi ayrılmış yerlər istisna olmaqla);

tütün çəkmək üçün xüsusi ayrılmış yerlər istisna olmaqla hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində;

liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində;

taksofonlarda;

yanacaqdoldurma məntəqələrində, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələrində.

Layihə

Azərbaycan almasına görə məsuliyyətə alınanların s...

  • 16 May 2017
  • comments

Cümhuriyyət sərəncamı

  • 17 May 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
comments
Xəbər

Nikah artıb, boşanma azalıb

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda