
Ermənistanda Ərzaq Məhsullarının Təhlükəsizliyi Dövlət Xidməti aprelin 23-dən ölkənin bazarlarında geniş yoxlamalar aparıb. Novator.az bildirir ki, yoxlamalar bazarlarda Azərbaycanda yetişdirilmiş almaların satılması xəbərləri ilə bağlı olub.
Paytaxt Yerevanda və vilayətlərdə aparılan yoxlamalar mediada yer almış həmin məlumatları təsdiqləyib. Ərzaq Məhsullarının Təhlükəsizliyi Dövlət Xidmətinin aprelin 26-da yaydığı rəsmi açıqlamaya görə, sərhəd nəzarətindən keçməmiş Azərbaycan məhsulları bazarlardan yığışdırılıb və onların məhvi tövsiyə edilib.