• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Təbiət – onunla düşmənlik edənlərə ağır cəza hazırlayır

  • 19 Aprel 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Amerikalı alimlərin apardığı araşdırmaya görə, planetdə fotosintez effektinin 30 faizi ötməsi nəticəsində bütövlükdə yer üzü və təbiət hədsiz miqdarda çoxlu karbon qazı və başqa zərərli maddələr, eləcə də karbon dioksid qazları, sulfat turşuları qəbul edir. Bu isə son 100 illə müqayisədə atmosferin çirklənməsi və təbiətdəki ümumi mənfi dəyişikliklər baxımından rekord hədd hesab edilə bilər.

Novator.az-ın məlumatına görə, bununla bağlı “Nature” jurnalında məqalə dərc edilib.

Kaliforniya Universitetinin alimi Elliott Kembell mövzudan həyəcanla söz açır: “Bütün həyatımız və Yer planetinin taleyi fotosintez effektinin canlı təbiətə, bitkilərə necə təsir etməsindən asılıdır. Biz flora aləminin anomal şəkildə tez formalaşması faktlarını, bitkilərin sürətlə böyüməsini müşahidə edərək belə qərara gəlirik ki, fəsadlara yol açan əsas amillərdən biri karbon qazlarının və turşularının canlı təbiəti amansız şəkildə  çeynəməsidir. Bəşəriyyətin qarşısında duran başlıca vəzifə artıq bəllidir – Yer planetini, təbiətimizi kənar müdaxilədən qorumaq. Vəziyyət düşündüyümüzdən də ağırdır. Müxtəlif zərərli maddələrin, xüsusən də karbon dioksid qazlarının və karbon turşularının böyük miqdarda müdaxiləsi yaşıl dünyanın zahiri görkəmində dəyişiklik edə-edə təbiətin nizamını pozur və deqradasiya nəticəsində qlobal iqlim dəyişikliyi baş verir”.

Alimlər bu fikirdədirlər ki, fotosintez effektinin hədsiz aktivliyi atmosferin oksigen qatını parçalayır.

Tədqiqatlar göstərir ki, son onilliklərdə mənfi təsirlər 36 faizədək artaraq atmosferin çirklənməsi üçün elə münbit şərait yaradıb ki, bunun nəticəsində fotosintez effekti iqlim dəyişikliyi, qlobal istiləşmə yaratmaq gücünə çatıb.

Elliott Kembellin fikrini tamamlayan, Vaşinqtondakı Karneqi İnstitutunun əməkdaşı Co Berri mövzuya belə son verir: “Yerin havasının yaxın gələcəkdə stabilləşəcəyini, görülən tədbirlərin tezliklə müsbət nəticə verəcəyini düşünənlər yanılırlar. Atmosferdə təhlükəli proseslər gedir, temperatur yüksəlir və məhz bu qəza nəticəsində dəhşətli  qlobal istiləşmə baş qaldıracaq. Yerdən havaya buraxılan zəhərli maddələrin, buxar qazlarının çoxalması təhlükəli tendensiyanı daha da sürətləndirir. Bir sözlə, təbiət artıq “əyləci” basmaq iqtidarında deyil. Yeganə çarəmiz qalır – dönə-dönə düşünmək və hər gün fikirləşib dünyamıza necə yardım etmək üçün yollar axtarmaq”.

Co Berri qlobal iqlim dəyişikliyinin, istiləşmə fəlakətinin əhatə dairəsinin çox geniş olacağını qeyd edərək bildirir ki, təbiət – onu zəhərləyən insanlara ağır cəza verəcək, təbiətə düşmənlik acınacaqlı nəticələrlə yadda qalacaq.

Fotosintez – bitki və bir sıra başqa orqanizmlərdə gedən işıq enerjisinin kimyəvi enerjiyə çevrilməsi prosesidir.

Karbon turşuları – tərkibində karboksil qrupu olan üzvü turşulardır.

Karbon dioksid – az toksik, iysiz, turşu dadlı rəngsiz qazdır.

 

Poroşenko: “Kreml imperiya keçmişinə aludə olub”

  • 19 Aprel 2017
  • comments

DİN ekoloji pozuntularla bağlı hesabat açıqlayıb

  • 19 Aprel 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Ekologiya

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda