• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Poroşenko: “Kreml imperiya keçmişinə aludə olub”

  • 19 Aprel 2017
  • Posted in Xəbər
0
SHARES
FacebookTwitterPinterest

Ukrayna prezidenti Pyotr Poroşenko aprelin 19-u Londonda, “Chatham House” beynəlxalq münasibətlər institutunda çıxış edərək Rusiyanı sərt şəkildə pisləyib. Novator.az-ın məlumatına görə, Poroşenko deyib ki, Moskva yalnız dünya düzənini pozmur, həm də alternativ dəyərlərə söykənən başqa reallıq qurmağa çalışır: “Bu, demokratiya əvəzinə tiranlıq, hörmət əvəzinə dözümsüzlük reallığıdır”.

Poroşenko qeyd edib ki, Rusiya Ukraynanın suverenliyini və ərazi bütövlüyünü təsbit edən bütün ikitərəfli müqavilələri pozub: “Bu gün isə Rusiya Minsk prosesi çərçivəsində saysız-hesabsız vədlərini pozur. Atəşkəs qorunmur, girovlar, qanunsuz tutulmuş şəxslər azad edilmir, beynəlxalq humanitar təşkilatlar münaqişə ərazisinə buraxılmır. Bu işdə Rusiyadan başqa kimsə günahkar deyil. Rusiya Ukraynaya qoşun, ağır hərbi texnika və silah-sursat göndərməkdə davam edir, Krımı dünyanın ən böyük hərbi bazalarından birinə çevirir”.

Prezident deyib ki, Ukraynada sülhə nail olunmamasının bir səbəbi var: “Rusiya bunda maraqlı deyil. Çünki Kreml imperiya keçmişinə aludə olub. Rusiyanın hegemonluğa can atması Ukrayna ilə məhdudlaşmayacaq. Dünən bu hegemonluq Moldovada və Dnestryanıda, Gürcüstan, Abxaziya və Osetiyada özünü göstərirdi. Bu gün Suriyada və Ukraynada özünü göstərir. Növbədə kimdir?”

2013-cü ilin noyabr ayında Ukraynada hakimiyyət Avropa İttifaqı ilə inteqrasiya kursundan imtina edərək Rusiya ilə yaxınlaşmaq kursu götürüb. Bunun ardınca başlayan xalq hərəkatı 2014-cü ilin fevralında üsyana çevrilib və hakimiyyət dəyişib, Rusiyaya bağlı qüvvələri Qərbə yaxın qüvvələr əvəzləyib.

Rusiya cavab aksiyası kimi Ukraynanın Krım bölgəsini hərbi güclə tutaraq 2014-cü ilin martında özünə birləşdirib və Donbasda iki separatçı rejimin əli ilə bu bölgənin bir hissəsini işğal edib.

Ukrayna ərazisinin 7,2%-i işğal olunub, dövlət sərhədinin 409,7 kilometrinə nəzarət itirilib. Donbas bölgəsində silahlı münaqişə ərzində 10 minə yaxın adam həlak olub.

Bir neçə ildir ABŞ, Almaniya, Fransa, Rusiya və Ukrayna Donbas bölgəsində vəziyyəti sabitləşdirmək üçün danışıqlar aparır. Belarusun paytaxtı Minskdə başlamış bu sülh təşəbbüsü indiyədək heç bir nəticə verməyib.

Maliyyə hesabatı verməyən partiyaların siyahısı

  • 19 Aprel 2017

Təbiət – onunla düşmənlik edənlərə ağır cəza hazır...

  • 19 Aprel 2017

Son materiallar

comments
Dünyanın səsiXəbər

Nikola Sarkozi həbs cəzasına məhkum olunub

comments
ManşetXəbər

Manat nə qədər valyuta xırdalayıb?

comments
Xəbər

Şuranın cəzaları

comments
Xəbər

Xurma, pambıq mahlıcı, meşə fındığı

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Nikola Sarkozi həbs cəzasına məhkum olunub

Son materiallar

comments
Dünyanın səsiXəbər

Nikola Sarkozi həbs cəzasına məhkum olunub

comments
ManşetXəbər

Manat nə qədər valyuta xırdalayıb?

comments
Xəbər

Şuranın cəzaları

comments
Xəbər

Xurma, pambıq mahlıcı, meşə fındığı

comments
Xəbər

1 mart mərasimləri

comments
Dünyanın səsiManşetXəbər

Paşinyan müqavimət qarşısında dirənir

comments
Dünyanın səsiManşetXəbər

Evdən işləmək maaşa, karyeraya təsir edə bilərmi?

comments
Dünyanın səsiXəbər

Böyük beşlikdə

comments
Dünyanın səsiXəbər

32-si bəlli

comments
ManşetXəbər

İki ayın populyar adları

comments
ManşetXəbər

Bir ilin yoluxma və itki statistikası

comments
Dünyanın səsiManşetXəbər

Dünyadakı bütün koronavirus zərrələri bir “Coca-Cola” qabına sığışar

comments
Dünyanın səsiManşetXəbər

Dünyanın azadlıq xəritəsi

comments
Dünyanın səsiXəbər

Avropa Liqasının 1/8 final cütlükləri

comments
Dünyanın səsiXəbər

Koronavirus qripi demək olar yoxa çıxarıb – “Associated Press”

comments
Xəbər

Bankların nə qədər mənfəəti var?

comments
Xəbər

Ziyarət

comments
Dünyanın səsiXəbər

14 ölkə, 32 klub

comments
Dünyanın səsiXəbər

16-lıq müəyyənləşdi

comments
ManşetXəbər

Prezident: “Bizim səbrimizi sınamasınlar”

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda