• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Nazir əmək bazarında yenilik anonsu verdi

  • 12 Aprel 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Aprelin 12-də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprakla görüşüb. Rəsmi məlumata görə, nazir deyib ki, ölkənin inkişaf prosesləri müsbət demoqrafik meyllərin davam etdiyi şəraitdə miqrasiya göstəricilərinin də ildən-ilə yaxşılaşmasına imkan verib: “Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı ölkədən gedənlərin sayını 2015-ci ildə 68,7 faiz üstələməklə miqrasiya saldosu müsbət 1,1 min nəfər, 2016-cı ildə isə 88,2 faiz üstələməklə miqrasiya saldosu müsbət 1,5 min nəfər təşkil edib. Hətta dünya iqtisadiyyatında çətinliklərin yaşandığı bir dövrdə belə inkişafını davam etdirən, davamlı ictimai-siyasi sabitliyin, tolerantlıq mühitinin mövcud olduğu Azərbaycan əcnəbi işçi qüvvəsi üçün cəlbedici ölkədir”.

Nazir qeyd edib ki, bu ilin ilk rübündə 2456 nəfər əcnəbiyə iş icazəsi rəyi verilməsi üçün Dövlət Miqrasiya Xidmətindən nazirliyə daxil olmuş müraciətlərə baxılıb: “Onlardan 47,5 faizi və ya 1166 nəfəri ilə bağlı müsbət rəy verilib, o cümlədən 630 nəfərə iş icazəsi verilməsi, 536 nəfərin isə iş icazələrinin müddətlərinin uzadılması məqsədəuyğun hesab edilib. Müsbət rəy verilmiş əcnəbilərin əsasən mədən, tikinti və emal sənayesi sahələrində işə cəlb olunması nəzərdə tutulub”.

Müslümov bildirib ki, son illərdə ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə ödənilən dövlət rüsumunun məbləği azaldılıb: “Əcnəbilərə də fərdi uçot sistemində fərdi şəxsi hesab açılır, bu, həmin insanların gələcək əmək və digər sosial müdafiə hüquqlarına əsas yaradır”.

Nazir bildirib ki, milli əmək bazarında ixtisassız əcnəbi kadrların iştirakının qarşısının alınması və yerli əmək ehtiyatlarından səmərəli istifadənin təmin olunması üçün əmək miqrasiyası kvotasının təkmilləşdirilməsi, ölkədə rəqabətə davamlı iqtisadiyyatın tələblərinə uyğun olaraq yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb olunması (patentləşdirmə) mexanizminin yaradılması işləri aparılır: “Bu məqsədlə Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsini nəzərə tutan qanun layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim edilib”.

Mehman Hüseynov həbsdə qaldı

  • 12 Aprel 2017
  • comments

Mövlud Mövludun xatirəsinə müsabiqə start götürdü

  • 12 Aprel 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
ManşetXəbər

Fazil Mustafaya sui-qəsd

GLOBALS:0
comments
ManşetXəbər

Ermənilər Bakıya gəlməkdən imtina etdi

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Yaxın paytaxtlarda mənzil neçəyədir?

GLOBALS:0
comments
ManşetXəbər

Laçına xüsusi nümayəndə təyin edildi

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
ManşetXəbər

Fazil Mustafaya sui-qəsd

Son materiallar

comments
ManşetXəbər

Fazil Mustafaya sui-qəsd

GLOBALS:0
comments
ManşetXəbər

Ermənilər Bakıya gəlməkdən imtina etdi

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Yaxın paytaxtlarda mənzil neçəyədir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda