• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mehman Hüseynov həbsdə qaldı

  • 12 Aprel 2017
  • Posted in Xəbər
20
SHARES
FacebookTwitterPinterest

Bloqçu Mehman Hüseynovun həbsdən azad edilməsi üçün verilmiş şikayət təmin olunmayıb.

Mehman Hüseynov martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verilib. Aprelin 12-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə şikayətin təmin olunmaması barədə qərar çıxarılıb.

Mehman Hüseynov bu il yanvarın 9-da Bakının Nəsimi rayonunda saxlanıb. Onun Bakı şəhər sakini Əkrəm Təhməzovla davaya görə saxlandığı açıqlanıb. Məhkəmənin qərarı ilə Əkrəm Təhməzov 10 gün müddətinə inzibati qaydada həbs olunub, Mehman Hüseynov isə 200 manat məbləğində cərimə edilərək sərbəst buraxılıb.

Yanvarın 10-da Mehman Hüseynov mətbuat nümayəndələrinə verdiyi açıqlamalarda Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının onu oğurladığını, azadlığını qanunsuz məhdudlaşdırdığını, işgəncələrə məruz qoyduğunu deyib. Daxili İşlər Nazirliyi bu iddiaların əsassız olduğunu, polisin işgüzar nüfuzuna xələl gətirmək məqsədi daşıdığını bəyan edib. Ardınca Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev Mehman Hüseynovu məhkəməyə verib.

Eyni zamanda Mehman Hüseynov polislərin işgəncəsinə məruz qaldığı barədə Bakı Şəhər Prokurorluğuna şikayət edib və bununla bağlı cinayət işi başlanmasını istəyib. Prokurorluq Mehman Hüseynovun işgəncəyə məruz qalmadığı qənaətinə gəlib, ona görə də şikayəti əsassız sayaraq cinayət işinin başlanması tələbini rədd edib.

Martın 3-də Suraxanı Rayon Məhkəməsi Mehman Hüseynovu Musa Musayevin iddiası əsasında 2 il müddətinə azadlıqdan məhrum edib. Bloqçu polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinib. Məhkəmə həbs qərarını çıxararkən Bakı Şəhər Prokurorluğunun Mehman Hüseynovun işgəncəyə məruz qalmadığı barədə qərarına istinad edib.

Bloqçunun müdafiəçiləri şəhər prokurorluğunun həmin qərarının ləğv edilməsi üçün Səbail Rayon Məhkəməsinə üz tutublar. Amma məhkəmə onların tələbini təmin etməyib. Nəticədə müdafiəçilər apellyasiya şikayəti veriblər. Hazırda bu işə apellyasiya instansiyasında baxılır.

Mehman Hüseynovun müdafiəçilərinin Suraxanı Rayon Məhkəməsinin 3 mart qərarından verdikləri şikayət isə Bakı Apellyasiya Məhkəməsinin 12 aprel qərarı ilə rədd edilib, beləliklə, Mehman Hüseynov həbsdə qalıb. Bloqçunun vəkili Elçin Sadıqov prosesdən sonra “Azadlıq” radiosuna açıqlamasında deyib ki, qərar əsassızdır, Ali Məhkəməyə kassasiya şikayəti veriləcək: “Ali Məhkəmə də şikayətimizi təmin etməsə, Avropa Məhkəməsinə müraciət edəcəyik”.

Mehman Hüseynov müxalif bloqçudur. Onun qardaşı Emin Hüseynov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri olub. 2014-cü ildə Emin Hüseynova qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə cinayət işi qaldırılıb. Emin Hüseynov İsveçrənin Bakıdakı səfirliyinə sığınıb, 2015-ci ildə həmin ölkəyə aparılıb.

 

Gömrükdə yığım 72 milyon manatdan çox artıb

  • 12 Aprel 2017

Nazir əmək bazarında yenilik anonsu verdi

  • 12 Aprel 2017

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Nazir: “Rusiya Krımda nüvə silahı yerləşdirə bilər”

comments
Xəbər

Pirşağıda

comments
Dünyanın səsiXəbər

Publisistik yazı müsabiqəsi elan olunur

comments
Xəbər

Aylar üzrə ixrac və idxal

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Nazir: “Rusiya Krımda nüvə silahı yerləşdirə bilər”

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Nazir: “Rusiya Krımda nüvə silahı yerləşdirə bilər”

comments
Xəbər

Pirşağıda

comments
Dünyanın səsiXəbər

Publisistik yazı müsabiqəsi elan olunur

comments
Xəbər

Aylar üzrə ixrac və idxal

comments
Dünyanın səsiManşetXəbər

Xarici ticarətin ilk rübü

comments
Xəbər

Məşğulluq statistikası və…

comments
Dünyanın səsiXəbər

Azərbaycan və yaxın ölkələr FİFA reytinqində

comments
ManşetXəbər

Doğum 5,1 faiz azalıb, ölüm 30,2 faiz artıb

comments
ManşetXəbər

Ən yeni sosial-iqtisadi göstəricilər

comments
Dünyanın səsiManşetXəbər

Yeni cərimələr, gözlənən qərarlar

comments
Dünyanın səsiManşetXəbər

Manatdan baha valyutalar

comments
Dünyanın səsiManşetXəbər

Sonun əvvəli

comments
Dünyanın səsiManşetXəbər

ABŞ-da Rusiya təhdidi: Bayden fövqəladə vəziyyət elan etdi

comments
Xəbər

15 gündə 32498 yoluxma, 478 ölüm

comments
Xəbər

Yeni kitablar

comments
Dünyanın səsiManşetXəbər

Ərəfə

comments
Xəbər

66 dollar həndəvərində

comments
Xəbər

Şuşa yolu nə yerdədir?

comments
Dünyanın səsiManşetXəbər

Dünyanın ən güclü pasportlarının yeni reytinqi

comments
Dünyanın səsiXəbər

Yarımfinal cütlükləri

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda