Əfv sərəncamı icra olunub

85 0

Prezident İlham Əliyevin martın 16-da imzaladığı əfv sərəncamı icra olunub. AZƏRTAC xəbər verir ki, sərəncamın icrası Ombudsman Aparatının, dövlət qurumlarının, ədliyyə nazirinin yanında fəaliyyət göstərən ictimai komitənin, insan hüquqları təşkilatlarının, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə cəzaçəkmə müəssisələrində həyata keçirilib. Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları cəzaçəkmə müəssisələrində olub, sərəncamın icrasını təmin ediblər. Əfv olunmuş şəxslər Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıblar.

Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 412 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş bir şəxsin cəzası 25, bir şəxsin cəzası 15 il müddətinə azadlıqdan məhrumetmə ilə əvəzlənib. Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər əfv olunub.

Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş dörd nəfər cəzadan azad edilib. Bir nəfər islah işləri cəzasından, üç nəfər isə cərimə cəzasından qurtulub.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id