İdxalda azalma, ixracda artım var

82 0

Martın 17-də Dövlət Gömrük Komitəsi iki aylıq göstəriciləri açıqlayıb. Novator.az-ın məlumatına görə, hesabatda bildirilir ki, yanvar-fevral aylarında Azərbaycanın ticarət əməliyyatlarının həcmi 2016-cı ilin ilk iki ayına nisbətən 20,09 faiz artıb və 2 milyard 625,9 milyon dollara çatıb.

İdxal əməliyyatları ötən ilin müvafiq dövrünə nisbətən 0,44 faiz azalaraq 971,9 milyon ABŞ dolları olub.

İxrac əməliyyatlarında (1 milyard 653,9 milyon dollar) 2016-cı ilin ilk iki ayına nisbətən 36,64 faiz artım olduğu bildirilir.

Hesabata görə, yanvar-fevral aylarında 137 ölkə ilə ticarət əməliyyatı aparılıb.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id