“Beşiktaş” 1/4 finala çıxdı

156 0

UEFA Avropa Liqasının 1/8 finalının cavab oyunları keçirilib. Novator.az-ın məlumatına görə, Türkiyənin “Beşiktaş” komandası martın 16-sı İstanbulda Yunanıstan “Olimpiakos”unu qəbul edib. 4:1 hesabı ilə qalib gələn türklər 1/4 finala yüksəliblər (ilk oyun bərabərliklə bitmişdi – 1:1).

Hazırda UEFA-nın klub turnirlərində qurumun 8 üzvünün təmsilçiləri mübarizə aparır. 2016/2017 mövsümünə 233 futbol komandası vəsiqə almışdı. İndi onların 16-sı qalır: 8 klub Çempionlar Liqasında, 8 klub Avropa Liqasında. 46 UEFA üzvünün bütün təmsilçiləri Avropa klub turnirləri ilə vidalaşıb.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id