Prezident İlham Əliyev pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiya verilməsi qaydasında dəyişiklik edib. Novator.az bildirir ki, yeniliyə əsasən, istehsalçılar emal müəssisələrinə satdıqları deyil, emalla məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə təhvil verdikləri məhsula görə subsidiya alacaqlar.
Xam pambığın hər kiloqramına (kondisiya çəkisində) görə 1 qəpik, quru tütünün hər 1 kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə 5 qəpik məbləğində subsidiya verilir.
İlham Əliyevin digər sərəncamı ilə barama istehsalı ilə məşğul olan şəxslərə yaş baramanın hər kiloqramına görə subsidiya verilməsi qaydası da yenilənib. Bundan sonra subsidiya verilməsində baramanın növünün rolu olmayacaq.