Nazirlikdə 20 Yanvar hesabatı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş toplantı keçirilib. Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, ölkənin müstəqilliyi uğrunda şəhid olmuş şəxslərin ailə üzvləri və 20 Yanvar əlilləri yüksək diqqət ...
Trampdan nə gözləmək olar?
Azərbaycanda ABŞ-ın yeni prezidenti Donald Trampdan nə gözləntilər var? Novator.az-ın sualını cavablandıran siyasi təhlilçi İlham İsmayıl hesab edir ki, gözləntilər varsa, ilk növbədə Azərbaycan ABŞ-a tərəf getməlidir: “Tramp şəxsiyyəti birmənalı qəbul olunmur. Seçkidən əvvəl də belə idi, indi də be...
İşğalçı rejim Qarabağda “referendum” təyin etdi
Dağlıq Qarabağdakı işğalçı rejimin başçısı Bako Saakyan yanvarın 19-da “konstitusiya referendumu” keçirilməsinə fərman verib. Novator.az-ın məlumatına görə, “referendum” fevralın 20-nə təyin edilib. İşğalçı rejimin yeni “konstitusiya” layihəsində 2006-cı ildə qəbul edilmiş “konstitusiya”dan əsas fər...
Komitə sədri kadr çatışmazlığından gileylənib
2016-cı ildə Azərbaycan 180-dən çox ölkə ilə ticarət həyata keçirib. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev yanvarın 19-da keçirdiyi mətbuat konfransında belə deyib. O, xarici ticarət dövriyyəsində azalma müşahidə edildiyini vurğulayıb: “2015-ci ildə ixrac 12 milyard 729 milyon dollar olduğu h...
Bloqçu fəaliyyətini tənzimləyən qanun təklif olunur
Azərbaycanda sosial şəbəkələri və bloqçu fəaliyyətini tənzimləyən qanun layihəsinin hazırlanması təklif olunur. Modern.az xəbər verir ki, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Milli Məclisin insan hüquqları komitəsinin yanvarın 19-da keçirilən iclasında belə bir təşəbbüslə çıxış edib. O de...
14 günə 100 dollar 6 manatdan çox bahalaşıb
14 gün ərzində 100 dolların rəsmi qiyməti 6 manat 4 qəpik artıb. Novator.az bunu ABŞ dollarının 2017-ci ilin əvvəlindən hansı templə bahalaşmasına nəzər salaraq müəyyən edib. Mərkəzi Bank bu ilin ilk iş günü olan yanvarın 5-də 100 dolların qiymətini 177 manat 7 qəpik müəyyən edib. Bir gün sonra 100 ...
Bloqçu üzr istəyib canını qurtara bilər?
İsrail Azərbaycana təhvil verilməsi gözlənən bloqçu Aleksandr Lapşinin Bakıdan üzr istəməsini, beləliklə, azadlığa buraxılmasını təklif edib. Novator.az bildirir ki, 1976-cı ildə Rusiyada doğulan Aleksandr Lapşin həm bu ölkənin, həm də İsrailin vətəndaşıdır. Ötən il dekabrın 16-da Azərbaycanın Baş P...
Qarabağ – xarici işimiz
Vahid QAZİ Özümə yüz kərə demişəm gündəm söhbətlərinə qoşulmayım, olmur. Səbəbi sadədir, çox vaxt gündəmin “materialı”nı, yəni nədən hazırlandığını, nə məqsəd güddüyünü anışdıra bilmirəm. Elə ustalıqla gündəm düzəldirlər ki, heç mətbuat professorları da baş açmaz hansı “kitayski”dir, hansı orijinal....
Dolların məzənnəsində kəskin artım
Yanvarın 19-u ABŞ dollarının rəsmi məzənnəsində kəskin dəyişiklik olub. Novator.az-ın məlumatına görə, Mərkəzi Bank kursu 1,8045 manatdan 1,8311 manata qaldırıb. Bu, iki ildir davam edən devalvasiya boyunca qeydə alınmış ən yüksək qiymətdir (2015-ci ilin əvvəlində rəsmi məzənnə 0,7844 manat idi. Həm...
İlin ilk ekoloji yoxlamasında nələr üzə çıxıb?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvarın 15-dək qeydə alınmış pozuntular barədə məlumat yayıb. Qeyd olunur ki, Ətraf Mühitin Mühafizəsi Departamentinin apardığı araşdırma zamanı atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühi...
And içib vətəndaş oldular
Dövlət Miqrasiya Xidmətində Azərbaycan vətəndaşlığına yeni qəbul və bərpa olunmuş şəxslərlə görüş keçirilib. Vətəndaşlığa qəbul və bərpa edilmiş şəxslər and içiblər. Yanvarın 18-nə aid rəsmi məlumata görə, Azərbaycan prezidentinin sərəncamları ilə əcnəbi və vətəndaşlığı olmayan 245 şəxs vətəndaşlığa...
Davosda yeni görüşlər
Prezident İlham Əliyev yanvarın 18-i Davosda ukraynalı həmkarı Pyotr Poroşenko ilə görüşüb. Görüşdə iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə edilib, Ukrayna prezidentinin Azərbaycana səfərinin əlaqələrin genişləndirilməsi baxımından önəmi qeyd olu...