21 aydır manat devalvasiyaya uğrayır
2015-ci ilin yanvar ayında 79 qəpiyə yaxın qiyməti olan ABŞ dolları hazırda 1 manat 71 qəpikdən bahadır. 21 aydır manat devalvasiyaya uğrayır. Mərkəzi Bankın 21 fevral 2015-ci il qərarı ilə ABŞ dollarının rəsmi məzənnəsi 1 manat 5 qəpik müəyyən edilib. 21 dekabr 2015-ci ildən isə üzən məzənnə rejimi...
Gəncədə hüquq mədəniyyəti təlimi
“Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyi noyabrın 25-də Gəncədə “Hüquq mədəniyyəti” adlı təlim keçirəcək. Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırılır. “Hüquqi dövlətin inkişafında hüquq mədəniyyətinin rolu mövzusunda tədbirlərin təşkili” layihəs...
Rusiyada ən çox harada içirlər?
Rusiyada spirtli içkilərin ən çox və ən az içildiyi regionların siyahısı tərtib olunub. Novator.az xəbər verir ki, siyahıda Rusiyanın 85 federal subyektinin adı var. Siyahı “Rusiya Federasiyası subyektlərinin milli ayıqlıq reytinqi” adlanır. Bu reytinq cədvəlini “Ayıq Rusiya” federal layihəsinin icr...
Amerika İlqar Məmmədova azadlıq istədi
ABŞ Dövlət Departamenti REAL Hərəkatının sədri İlqar Məmmədovun həbsdə qalmasına münasibət bildirib. “Turan” agentliyinin məlumatına görə, Dövlət Departamentinin açıqlamasında qeyd olunur ki, ABŞ Avropa Şurası və Avropa İttifaqı kimi Azərbaycan Ali Məhkəməsinin İlqar Məmmədovun kassasiya şikayətini ...
Nazir qaçqınlar və məcburi köçkünlərlə bağlı hesabat verib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Furio de Angelislə görüş olub. Rəsmi məlumata görə, BMT nümayəndəsinə bilgilər verən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, Ermənistanın Azərbaycana qarşı t...
Alın yazısını alın təri ilə silmək… (fraqment)
İmam Sadiqə görə, “Qiyamət günündə Allah-taala xəlq olunanları (məxluqatı) bir yerə yığanda, onlara buyurub əmr etdiklərinin sorğu-sualını aparar, ancaq onlar üçün təyin etdiklərindən heç nə soruşmaz”. İncəsənətin bir növü olan rəssamlıq da özünü və başqalarını dərindən dərk etmək vasitəsi olduğunda...
Bakıda 2, dağlarda 16 dərəcə şaxta olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraiti ilə bağlı məlumat yayıb. Qeyd olunur ki, ötən gecədən noyabrın 23-dək ölkədə yağıntılı hava şəraiti hökm sürüb, bəzi yerlərdə qar yağıb. Yağıntının miqdarı Ağsuda 5, Lerikdə 4, İsmayıllı, Altıağac, Qəbələdə 3, Şabran, Yardımlıda 2, Oğuz, Şamaxı, Xa...
İKT reytinqi: Azərbaycan 175 ölkə arasında 58-cidir
BMT qurumu olan Beynəlxalq Elektrik Rabitəsi İttifaqı informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı üzrə reytinq açıqlayıb. 2016-cı ilə dair hesabata əsasən, İKT reytinqinə Cənubi Koreya başçılıq edir. Novator.az-ın məlumatına görə, informasiya-kommunikasiya texnologiyalarının inkişafı...
Prezident Bakıda keçirilən sərgiyə baş çəkib
Bakı Ekspo Mərkəzində II Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi keçirilir. AZƏRTAC-ın məlumatına görə, prezident İlham Əliyev noyabrın 23-də sərgi ilə tanış olub. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov prezidentə bildirib ki, komitənin “Elan Expo” və “Atılım Fua...
Dollar 1 manat 71 qəpiyi keçdi
Mərkəzi Bank noyabrın 23-də ABŞ dollarının məzənnəsini 1,7091 manatdan 1,7146 manata qaldırıb. Bu, oktyabrın ikinci ongünlüyündən başlayan yeni bahalaşma dalğasının, eləcə də 2016-cı ilin ən yüksək göstəricisidir. Avro və Rusiya rublu da bahalaşıb. Novator.az-ın məlumatına görə, avronun kursu 1,8166...
5-ci turda ilk gün 5 komandaya düşdü
UEFA Çempionlar Liqasının qrup mərhələsində 5-ci tur start götürüb. Novator.az-ın məlumatına görə, noyabrın 22-si evdə İngiltərənin “Tottenhem” komandasına 2:1 hesabı ilə qalib gələn “Monako” (Fransa) E qrupundan növbəti raunda adlayıb. Bu qrupdan 1/8 finala ikinci vəsiqə Almaniyanın “Bayer” komanda...
Yolda reklam: hökumət qaydalar müəyyən etdi
Nazirlər Kabineti yol kənarında reklam standartlarını təsdiq edib. Novator.az-ın məlumatına görə, qaydalara əsasən, avtomobil yollarının kənarındakı reklam qurğuları yol hərəkətinin təhlükəsizliyi tələblərinə cavab verməli, yol hərəkəti iştirakçıları üçün təhlükə yaratmamalı, sürücülərin yol şəraiti...
Yaşayış minimumu: alternativ hesablama aparılıb
Ekspert Qubad İbadoğlu İqtisadi Tədqiqatlar Mərkəzinin yaşayış minimumu haqqında hesablamasını təqdim edib. Novator.az-ın məlumatına görə, hesablamada göstərilir ki, oktyabr ayında yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 253,4 manat, pensiyaçılar üçün 199,9 manat, uşaqlar üçün 259,9 manat olub...
Putin pensiyaçılara müavinət qanununu imzaladı
Noyabrın 22-də Rusiya prezidenti Vladimir Putin pensiyaçılara birdəfəlik müavinəti nəzərdə tutan qanunu imzalayıb. Novator.az xəbər verir ki, qanuna əsasən, Pensiya Fondu 2017-cı ilin yanvarında pensiyaçılara birdəfəlik 5 min rubl (130 manat) ödəyəcək. Bununla Rusiya hökuməti gələn il pensiyaları in...
Naxçıvan iqtisadiyyatı 10 ayda
Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi 10 aylıq sosial-iqtisadi göstəriciləri açıqlayıb. AZƏRTAC xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında Naxçıvanda 358 milyon 987 min 300 ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın həcmi son bir ildə 1,3 faiz art...
2007-2017: dövlət büdcəsi necə dəyişib?
Azərbaycanda dövlət büdcəsinin gəlirləri 2007-ci ildən bəri necə dəyişib? Novator.az bu suala aydınlıq gətirmək üçün büdcə gəlirinin 2007-ci ildən bəri hansı həcmdə təsdiqləndiyinə nəzər salıb. 2007-ci ildə büdcənin gəlir hissəsi 5 milyard 770,9 milyon manat həcmində təsdiqlənib. Bu, həmin ilin orta...
Gəzməyin xeyri: alimlər araşdırma aparıblar
Müntəzəm gəzinti insanda ürək və qan-damar problemlərinin qarşısını alır, infarktdan, başqa ürək xəstəliklərindən ölüm riskini azaldır. Novator.az-ın məlumatına görə, bununla bağlı amerikalı alimlərin “Creative Nursing” elmi jurnalında məqaləsi dərc olunub. Məqalənin müəlliflərindən biri, ABŞ-ın Bin...
16 dövlət əmlakı 2,1 milyon manata özəlləşdirildi
Əmlak Məsələləri Dövlət Komitəsi noyabrın 22-də növbəti hərrac keçirib. Rəsmi məlumata görə, açıq hərracda 16 dövlət əmlakı özəlləşdirilib. Həmin obyektlərin 2-si istifadəsiz qeyri-yaşayış sahəsi, 12-si kiçik dövlət müəssisəsi, 2-si səhmdar cəmiyyət olub. Hərrac nəticəsində əldə edilən 2,1 milyon ma...
Ölkədən çıxması qadağan olunan borcluların sayı artıb
Vergilər Nazirliyi vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulmuş şəxslərin yeni siyahısını açıqlayıb. Novator.az bildirir ki, noyabrın 22-nə olan rəsmi hesabata əsasən, ölkədən getmək hüququ yasaqlanan fiziki şəxslərin sayı 449-a (Siyahı), hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin sayı ...
Neftin qiyməti və gözləntilər
Noyabrın 22-si dünya birjalarında neftin qiyməti artıb. “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 2,60 dollar qalxaraq 49,64 dollar olub. Nyu-York birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,80 dollar artaraq 47,49 dollara, London birjasında “Brent” markalı neftin bir barrelini...