• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Böyük neft razılaşmasında nələr var?

  • 12 Dekabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

AZƏRTAC-ın 12 dekabr məlumatına görə, dünya birjalarında neftin qiyməti artır. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 54,07 dollara, London birjasında “Brent” markalı neftin bir barreli 56,69 dollara satılır.

Rəsmi məlumata əsasən, Azərbaycan neft istehsal edən ölkələrin Vyana görüşündə gündəlik hasilatı 35 min barrel azaltmağa razı olub. İri neft hasilatçılarını birləşdirən OPEK üzvləri ilə kartelə daxil olmayan ölkələrin görüşü dekabrın 10-da keçirilib. Qeyri-OPEK ölkələri gündəlik hasilatı ümumilikdə 558 min barrel azaltmaq barədə razılığa gəliblər. Gələn il yanvarın 1-dən Rusiya gündəlik hasilatı 300 min, Meksika 100 min, Qazaxıstan 50 min, Oman 45 min, Azərbaycan və Malayziya 35 min, Bəhreyn və Ekvatorial Qvineya 12 min, Cənubi Sudan 8 min, Bruney 7 min, Sudan və Boliviya 4 min barrel azaldacaq.

Vyana görüşündə Azərbaycanı təmsil edən energetika naziri Natiq Əliyev deyib ki, OPEK ölkələri gündəlik neft hasilatını 32,5 milyon barrel həcmində saxlamaqla bağlı öhdəliklərini bir daha təsdiqləyiblər. Nazir bildirib ki, hasilat kvotasına nəzarət məqsədilə Rusiya və Küveytin rəhbərliyi ilə monitorinq komitəsinin yaradılması məqsədəuyğun hesab edilib: “OPEK və təşkilata daxil olmayan ölkələr razılığa gəliblər ki, neft bazarında qiymətlərin sabitliyinin uzunmüddətli olması üçün mütəmadi görüşlər keçirilsin. Tədbirdə iştirak etməyən digər qeyri-OPEK ölkələri də razılaşmaya qoşulmağa dəvət olunub”.

Novator.az xatırladır ki, noyabrın 30-da OPEK neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması qərarı qəbul edib. 2017-ci il yanvarın 1-dən tətbiq ediləcək qərar 6 ay qüvvədə olacaq. Razılaşmaya əsasən, Səudiyyə Ərəbistanı, İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Əlcəzair, Qabon, Anqola, Ekvador, Venesuela hasilatı 1,256 milyon barrel azaldır, Liviya və Nigeriyanın gündəlik hasilatı əvvəlki səviyyədə qalır, İran isə hasilatı 90 min barrel artırmaq imkanı əldə edir.

Atası 300 gündür komada olan jurnalist: “Xəstəxana...

  • 09 Dekabr 2016
  • comments

Qırğızıstan: seçici konstitusiyada yenilikləri dəs...

  • 12 Dekabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistan parlamentində qüvvələr nisbəti

GLOBALS:0
comments
Xəbər

Əhalinin təbii artımı 13,2 faiz azalıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ukrayna hökuməti yenilənir

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstan mənfi saldoda

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistan parlamentində qüvvələr nisbəti

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistan parlamentində qüvvələr nisbəti

GLOBALS:0
comments
Xəbər

Əhalinin təbii artımı 13,2 faiz azalıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ukrayna hökuməti yenilənir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda