“Avroviziya 2016” mahnı müsabiqəsinin ukraynalı qalibi Camalə yaxın vaxtlarda ailə quracağını açıqlayıb. Novator.az-ın məlumatına görə, Camalə noyabrın 2-də “Facebook” səhifəsində çoxdan dostluq elədiyi Bəkir Süleymanovdan evlənmək təklifi aldığını və ona “hə” dediyini yazıb.
Bəkir Süleymanovun Krım tatarı olduğu bildirilir.
Camalə (Susanna Camaləddinova) 1983-cü ildə Qırğızıstanın Oş vilayətində doğulub, 6 yaşından Krımda böyüyüb. Atası Krım tatarı, anası ermənidir.
Bu il İsveçdə keçirilən “Avroviziya” yarışmasında Camalə Krım tatarlarının 1944-cü ildə sürgün olunmasından bəhs edən mahnı ilə birincilik qazanıb.