• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ekspert çətin günlər proqnozu verir

  • 02 Noyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Şərh

Ekspert Qubad İbadoğlu bu ilin sonuna ölkə iqtisadiyyatında ciddi çətinliklər proqnozu verib. O, bir neçə istiqamətə diqqət çəkərək yazır ki, sürətli və kompleks islahatlar başlamasa, ən çox əziyyət çəkən istehlakçılar olacaq.

Novator.az-ın məlumatına görə, iqtisadçı qeyd edir ki, noyabrın 30-da OPEK hasilatın müəyyən səviyyədə dondurulması məsələsində razılaşma əldə etməsə, neftin dünya bazar qiymətləri düşəcək: “Bu da ilin sonunda ölkənin əsas ixrac məhsulundan əldə edilən valyuta gəlirlərini azaldacaq və tədiyyə balansında kəsirin artımını sürətləndirəcək.

Mərkəzi Bankın valyuta ehtiyatları da azalacaq. İlin son aylarında dövlətin, şirkətlərin, bankların xarici valyuta ilə borc öhdəliklərinin artımı dollara tələbatı çoxaldacaq. Hətta Dövlət Neft Fondunun müdaxiləsi davam etsə belə, Mərkəzi Bankın valyuta ehtiyatları çoxdan qorunan qırmızı xətti keçib 4 milyard dollardan da aşağı düşəcək. Oktyabrın sonuna Mərkəzi Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 4 milyard 5,5 milyon ABŞ dolları təşkil edib.

Manat isə ucuzlaşacaq. Müşahidələr göstərir ki, Mərkəzi Bankın məzənnə siyasətindəki son dəyişiklik onun gerçək kursunun müəyyənləşməsinə hədəflənib. Manatın məzənnəsinin düşməsinə təsir göstərən amillərdən biri də ABŞ-ın Federal Ehtiyatlar Sisteminin faizi qaldırmaq ehtimalının getdikcə artmasıdır”.

Ekspert bildirir ki, paralel olaraq dövlət büdcəsinin kəsiri də artacaq: “İlin son 2 ayında dövlət büdcəsinin xərcləmələrinin artması onun kəsirini böyüdəcək. 9 ayda dövlət büdcəsində 519,1 milyon manat kəsir yaranıb. Həmin dövrdə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 12,5 faiz az icra olunub.

Manatın ucuzlaşması, mövsümü amillərin fəallaşması və dövriyyədə pul bazasının artması istehlak qiymətləri indeksini yüksəldəcək. Bu ilin oktyabrında ölkədə pul bazası 9,4 faiz artaraq 7,4 milyard manat olub”.

Noyabrın 2-də “AzəriLayt” markalı Azərbaycan neftinin bir barreli 0,71 dollar ucuzlaşaraq 48,14 dollar təşkil edib. Novator.az bildirir ki, bu il Azərbaycan neftinin ən yüksək qiyməti 53,76 dollar olub. Həmin qiymət oktyabrın 11-də qeydə alınıb.

Camalə ərə gedir

  • 02 Noyabr 2016
  • comments

Milyarder iddiaçı

  • 02 Noyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
AktualDünyanın səsiManşetŞərh

Məşhur iranlı müxaliflər İsraildən nə umurmuş?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Trampın həftəsi – Hüquq professoru yazır

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Ukraynanı qoruyan zirehli kombinezon – “The Telegraph”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

“Tramp bunu bacaracaq” – “Fox News”

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
AktualDünyanın səsiManşetŞərh

Məşhur iranlı müxaliflər İsraildən nə umurmuş?

Son materiallar

comments
AktualDünyanın səsiManşetŞərh

Məşhur iranlı müxaliflər İsraildən nə umurmuş?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Trampın həftəsi – Hüquq professoru yazır

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Ukraynanı qoruyan zirehli kombinezon – “The Telegraph”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda