• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

MSK referenduma son nöqtə qoymağa hazırlaşır

  • 10 Oktyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Novator.az-ın əldə etdiyi məlumata görə, oktyabrın 11-də Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək. İclasda Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər referendumunun nəticələri ilə bağlı məsələyə baxılacaq.

Sentyabrın 26-da keçirilmiş referendumun nəticələrinə əsasən, prezident İlham Əliyevin təqdim etdiyi konstitusiya dəyişiklikləri layihəsi dəstək qazanıb. Ana qanunda əsas yeniliklər prezident seçilmək, baş nazir təyin edilmək, hakim olmaq, deputat mandatı almaq, nazir postu tutmaq üçün aşağı yaş senzinin aradan qaldırılması, prezidentin səlahiyyət müddətinin artırılması, dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq hüququ verilməsidir.

Başqa bir əsas yenilik vitse-prezident postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir, növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətləri birinci vitse-prezidentə keçir.

Rəsmi məlumata görə, konstitusiyaya əsas dəyişikliklər bu faizlərə reallaşıb:

Deputat seçilmək 25 yaş məhdudiyyətinin aradan qaldırılması — 88,22%

Prezidentə Milli Məclisi buraxmaq hüququ verilməsi — 87,35%

Prezident seçilmək üçün 35 yaş həddinin götürülməsi — 90,96%

Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılması, dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək hüququ verilməsi — 91,16%

Vitse-prezidentlər institutunun yaradılması — 89,29%

Birinci vitse-prezidentə prezidentin səlahiyyətlərini icra etmək hüququ verilməsi — 87,74%

Vitse-prezidentlərin toxunulmazlıq hüququ alması — 87,76%.

Birinci vitse-prezidentin dövlət hesabına təminatı — 87,82%

Baş nazir təyinatı üçün 30, baş nazirin müavini, nazir təyinatı uşun 25 yaş məhdudiyyətinin ləğvi — 88,03%

Hakim seçilmək üçün 30 yaş məhdudiyyətinin ləğvi — 84,21%.

Seçki Məcəlləsinə əsasən, rəsmi nəticələr referendumdan sonra 25 gündən gec olmayaraq elan edilməlidir. Referenduma çıxarılmış məsələ səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu onun lehinə səs verəndə qəbul edilmiş sayılır.

Ümumxalq səsverməsinə Mərkəzi Seçki Komissiyasının iclasında yekun vurulur və yekunlar səsvermə günündən ən geci 30 gün keçənədək dərc olunur. Referendum yolu ilə qəbul edilmiş akt dərc edildiyi gündən qüvvəyə minir.

23-cü Dünya Enerji Konqresi başlayıb

  • 10 Oktyabr 2016
  • comments

Kabel televiziyalarında analoq yayım davam edəcək

  • 10 Oktyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstan seçki və boykot yollarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda