• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

23-cü Dünya Enerji Konqresi başlayıb

  • 10 Oktyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Oktyabrın 10-u İstanbulda 23-cü Dünya Enerji Konqresi işə başlayıb. Azərbaycan prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

“Yeni üfüqlərə qucaq açmaq” devizi altında keçirilən 23-cü Dünya Enerji Konqresinə Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın xüsusi dəvəti əsasında Rusiya prezidenti Vladimir Putin, Venesuela prezidenti Nikolas Maduro da qatılıblar.

Konqresdə çıxış edən Dünya Enerji Şurasının həmsədri Yanqhun Devid Kim tədbirin əhəmiyyətini vurğulayıb, yeni nəsil enerji mənbələrinin müəyyən edilməsinin və bərpa olunan enerji mənbələrindən istifadənin hazırda qarşıda duran əsas hədəflərdən olduğunu deyib.

Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak müasir dövrdə enerjinin dünya gündəminin ən aktual məsələlərindən olduğunu bildirib. O, dünyada təmiz enerji mənbələri ilə yanaşı enerji daşıyıcılarının təhlükəsiz şəkildə nəqlinin də mühüm önəm daşıdığını vurğulayıb.

Türkiyənin baş naziri Binəli Yıldırım konqres çərçivəsində keçiriləcək 60-dan çox sessiyada enerji sahəsində aktual məsələlərə dair səmərəli müzakirələrin aparılacağını bildirib. Baş nazir dünyada enerji mənbələrinin şaxələndirilməsinin, enerjinin məhsullarının təhlükəsiz daşınmasının önəmini qeyd edib.

AZƏRTAC-ın arayışına görə, Dünya Enerji Şurasının ən mühüm tədbirlərindən olan konqres enerji sahəsində problemlərin və onların həlli yollarının qlobal miqyasda nəzərdən keçirilərək müəyyən edilməsi məqsədilə təşkil olunur. Dünyanın bir nömrəli enerji platforması olan konqres ilk dəfə 1924-cü ildə keçirilib. Üç ildən bir təşkil edilən konqres enerji sahəsində fəaliyyət göstərən qurumlara yeni texnologiyalar və yeni iş imkanları təqdim etmək imkanı verir.

23-cü Dünya Enerji Konqresində dünya enerji sənayesinin liderləri, beynəlxalq təşkilatları, beyin mərkəzlərini, universitetləri, enerji və sənaye qurumlarını təmsil edən 10 mindən çox nümayəndə iştirak edir. Konqres çərçivəsində keçiriləcək “Dünya enerji liderləri”, “Gələcəyin enerji liderləri”, “Enerji trilemması” mövzularında xüsusi sessiyalarda milli, regional və qlobal miqyasda bərpa olunan enerjini təmin etmək üçün alternativ yollar axtarışında olan ölkələrin enerji nazirləri, biznes, maliyyə və elm sahələri üzrə tanınmış şəxslər ətraflı müzakirələr aparacaqlar.

1923-cü ildə yaradılan Dünya Enerji Şurası bərpa olunan enerjinin gələcəyi ilə bağlı mühüm layihələr həyata keçirilən qlobal miqyaslı mötəbər forumdur. Dünya Enerji Şurasının 93 milli komitəsi aralarında bu sahədə ixtisaslaşmış qurumların da olduğu 3 mindən çox üzv təşkilatı təmsil edir. Şuranın əsas vəzifəsi hamının rifahına xidmət edən davamlı enerji tədarükü sisteminə əsaslanan enerji istifadəsini təşviq etməkdir.

Cahangir Hacıyev bəraət istədi

  • 10 Oktyabr 2016
  • comments

MSK referenduma son nöqtə qoymağa hazırlaşır

  • 10 Oktyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Valyuta ehtiyatı

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Kelloq Rusiyanı nədə ittiham edir?

GLOBALS:0
comments
Xəbər

“AzəriLayt”ın ayları

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Qurultay davası payıza qaldı

GLOBALS:0

Tags

  • Ekologiya
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Valyuta ehtiyatı

Son materiallar

comments
Xəbər

Valyuta ehtiyatı

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Kelloq Rusiyanı nədə ittiham edir?

GLOBALS:0
comments
Xəbər

“AzəriLayt”ın ayları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda