• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əli Əhmədovun sədrliyi ilə yeni şura

  • 07 Oktyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasına fərman verib. Oktyabrın 6-da imzalanan fərmanda qeyd olunur ki, ölkə Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin 2015-ci il sentyabrın 25-27-də keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub: “Qarşıya qoyulmuş məqsəd və hədəflər dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə etməklə Minilliyin İnkişaf Məqsədlərinə əsaslanır və növbəti inkişaf istiqamətlərini müəyyənləşdirir. Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının institusional və siyasi baxımdan kompleks yanaşma tələb etdiyini nəzərə alaraq Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi, sosial sahələrin tarazlı inkişafının təmin edilməsi üçün səmərəli milli icra mexanizminin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir”.

Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılması “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəlik”dən irəli gələn öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə əsaslandırılıb.

Baş nazirin müavini Əli Əhmədovun sədr, iqtisadiyyat naziri Şahin Mustafayevin sədr müavini təyin olunduğu şuranın üzvləri bu şəxslərdir:

Tahir Budaqov – Dövlət Statistika Komitəsinin sədri

Hicran Hüseynova – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Vaqif Əliyev – mədəniyyət və turizm nazirinin birinci müavini

Mahmud Məmməd-Quliyev – xarici işlər nazirinin müavini

Elsevər Ağayev – səhiyyə nazirinin müavini

İdris İsayev – əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Ceyhun Bayramov – təhsil nazirinin müavini

Rauf Hacıyev – ekologiya və təbii sərvətlər nazirinin müavini

İntiqam Babayev – gənclər və idman nazirinin müavini

Seyfəddin Talıbov – kənd təsərrüfatı nazirinin müavini

Toğrul Musayev – ədliyyə nazirinin müavini

Fuad Hüseynov – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini.

Qurumun əsas məqsədi 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyən etməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etməkdən, habelə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə əlaqədar illik hesabat hazırlamaqdan ibarətdir.

Şuranın fəaliyyətinin təmin edilməsi məqsədilə yaradılan katibliyin funksiyasının həyata keçirilməsi İqtisadiyyat Nazirliyinə həvalə edilib.

Novator.az bildirir ki, Əli Əhmədov 1953-cü ildə anadan olub. 1975-ci ildə Moskva Tarix İnstitutunu bitirib. Bakı Dövlət Universitetində müəllim, kafedra müdiri vəzifələrində çalışıb. Prezidentin İcra Aparatında şöbə müdirinin müavini, Xətai Rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin deputatı olub.

1999-cu ildən Yeni Azərbaycan Partiyasının icra katibi, 2005-ci ildən həmçinin YAP sədrinin müavinidir. Baş nazir müavini postunu 2013-cü il oktyabrın 22-dən tutur.

Döş xərçəngi riski: həkimlər yeni nəticəyə gəliblə...

  • 06 Oktyabr 2016
  • comments

BMT-yə sosializm gəlir

  • 07 Oktyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0

Tags

  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda