• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qəbələ RLS-in dayanması ekoloji duruma necə təsir edib?

  • 04 Oktyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Qəbələ Radiolokasiya Stansiyasının (RLS) istismarının dayandırılmasından 4 ilə yaxın müddət ötür. 1984-cü ildə SSRİ-nin raket əleyhinə müdafiə sistemi kimi inşa edilmiş Qəbələ RLS 2012-ci ilin sonunadək Rusiyanın icarəsində olub. Həmin il dekabrın 10-da istismarı dayandırılan stansiya 2013-cü ilin yayında Azərbaycan hökumətinə təhvil verilib və dövlət obyekti kimi mühafizə olunur.

RLS-in istismarının dayandırılması bölgənin (Qəbələ və ətraf rayonların) ekoloji durumuna necə təsir göstərib? Bununla bağlı monitorinqlər aparılıbmı?

Novator.az bu suallarla Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib. Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova bildirib ki, aidiyyəti qurumların iştirakı ilə Qəbələdə və ətraf rayonlarda mütəmadi olaraq həm RLS-in fəaliyyəti zamanı, həm də fəaliyyəti dayandırılandan sonra ətraf mühitin vəziyyətinə dair monitorinqlər keçirilib: “Stansiyanın fəaliyyəti zamanı ətraf mühitə elektromaqnit dalğalarının yayıldığı, bu dalğaların fiziki çirklənməyə aid olduğunu nəzərə alaraq deyə bilərik ki, stansiyanın fəaliyyəti dayandırıldığı müddətdən ətraf mühitə olan mənfi təsiri də dayanıb. Stansiyanın fəaliyyəti zamanı Qəbələ RLS üzrə monitorinq ekspedisiya qrupu həm Qəbələ, həm də İsmayıllı rayonlarının ərazisində elektromaqnit şüalanmasının əsas parametri olan şüalanma selinin sıxlığını təyin edib, şüalanma sektoruna daxil olan və sektordan kənarda nəzarət altında olan zona kimi qəbul edilən ərazilərdə bitən bitkilərin müqayisəli fenoloji müşahidəsini aparıb.

Şüalanma sektoruna daxil olan qoz ağacı yarpaqlarının biometrik ölçülərinin nəzarətdə olan zona ilə müqayisədə xeyli böyük olduğu aşkar edilib. Eyni zamanda taxıl bitkilərində də fotosintez prosesinin pozulması müəyyənləşdirilib. Paralel olaraq ərazinin radioekoloji vəziyyəti öyrənilib. Bölgənin radiasiya fonu norma daxilində olub.

Hazırda Qəbələ rayonu ərazisindən nazirliyə daxil olan gündəlik radiasiya fonu üzrə məlumatlar da ərazidə radiasiya fonunun norma daxilində olduğunu göstərir. 4 il ərzində aparılan müşahidələrə əsasən demək olar ki, ərazidə ekoloji vəziyyətin təbii bərpası istiqamətində ləng də olsa inkişaf gedir. Bölgədə ekoloji vəziyyət qənaətbəxş hesab olunur. O ki qaldı genetik dəyişikliyə, onun nəticələrini görmək üçün illər keçməlidir”.

Bioloji müxtəlifliyin qorunması: fəaliyyət planınd...

  • 04 Oktyabr 2016
  • comments

15 gündə nə qədər ekoloji pozuntu qeydə alınıb?

  • 05 Oktyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0
comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0

Tags

  • Ekologiya

Rəylər

Do not miss

comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

Son materiallar

comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0
comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda