• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bioloji müxtəlifliyin qorunması: fəaliyyət planında nələr var?

  • 04 Oktyabr 2016
  • Posted in Xəbər
2
SHARES
FacebookTwitterPinterest

Novator.az prezident İlham Əliyevin 3 oktyabr sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya” (Sənəd) çərçivəsində nəzərdə tutulan tədbirlər planından seçmələri təqdim edir:

Təhsilin bütün pillələrində ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunması, ekosistem xidmətləri ilə əlaqədar məsələlərin tədrisinin genişləndirilməsi;

Bioloji müxtəlifliyin qorunması üzrə resurs, informasiya və təlim mərkəzlərinin yaradılması, insan resurslarının bilik və bacarıqlarının artırılması üçün texniki potensialın gücləndirilməsi;

Xüsusi mühafizə olunan təbiət ərazilərinin turizm potensialı ilə bağlı məlumat bazasının genişləndirilməsi;

Təbiət abidələrinin inventarlaşdırılmasının həyata keçirilməsi;

Reklam xarakterli infoturların keçirilməsi;

Milli parklarda ekoloji turizmlə məşğul olan turoperatorların müəyyən edilməsi, media nümayəndələri, yerli və xarici turistlər üçün infoturların keçirilməsi;

Bioloji müxtəliflik komponentlərinin mövcud vəziyyətinin qiymətləndirilməsi;

Bitki və heyvan növlərinin inventarlaşdırılmasının həyata keçirilməsi və elektron məlumat bazasının yaradılması;

Bioloji müxtəliflik üzrə İnformasiya və Əvvəlcədən Xəbərdaretmə Sisteminin yaradılması;

Bioenerji resurslarının dəqiq uçotunun aparılması;

Azərbaycan Respublikasının daxili sularında, sərhəd sularında və Xəzər dənizinin Azərbaycan sektorunda bioloji müxtəliflik komponentlərinin idarə edilməsinin təkmilləşdirilməsi, sənaye və məişət tullantıları ilə çirklənmənin qarşısının alınması, böyük yaşayış məntəqələri ətrafındakı su hövzələrinin bioloji müxtəlifliyinin qorunmasına dair tədbirlərin hazırlanması və həyata keçirilməsi;

Bioloji müxtəlifliyin davamlı inkişafına təsir edən amillərin öyrənilməsi, antropogen təsirlərə məruz qalan torpaqlarda meşəbərpa zonalarının və süni meşəliklərin yaradılmasına dair təkliflər hazırlanması və pilot layihələrin həyata keçirilməsi;

Otlaqların idarə olunmasında qabaqcıl təcrübənin tətbiqi və otlaq sahələrinin səmərəli idarə olunması məqsədi ilə tədbirlər görülməsi, idarəetmə planlarının hazırlanması və pilot layihələrin tətbiqi;

“Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”na əməl olunmasına dair nəzarət mexanizmlərinin təkmilləşdirilməsi;

Meşə ilə örtülü ərazilərin inventarlaşdırılmasında və monitorinqinin aparılmasında müasir metodikanın tətbiqi;

Regionlar üzrə torpaq, iqlim şəraiti nəzərə alınmaqla növbəli əkin sistemindən və digər səmərəli aqrotexniki becərmə tədbirlərindən geniş istifadənin və ənənəvi yolla yaradılmış mədəni bitkilərin becərilməsinin təşviq edilməsi üçün zəruri tədbirlərin görülməsi;

Üzvi əkinçiliyin inkişaf etdirilməsi məqsədi ilə pilot layihələrin hazırlanması;

Şoran və təkrar şoranlaşmaya məruz qalmış torpaqların yuyulması və bu ərazilərdə şəraitə uyğunlaşmış ağac və kol cinslərindən ibarət meşəbərpa zonalarının və süni meşəliklərin yaradılmasına dair təkliflərin hazırlanması və pilot layihələrin həyata keçirilməsi, torpaqların əkin dövriyyəsinə qaytarılması məqsədi ilə meliorasiya işlərinin görülməsi;

Yüksək dağlıq ərazilər də daxil olmaqla kənd təsərrüfatı sahələrində üzvi gübrələrdən istifadə ilə bağlı layihələrin həyata keçirilməsi;

Qlobal iqlim dəyişikliyi fonunda ətraf mühitin əlverişsiz amillərinə qarşı davamlı olan ənənəvi bitki sortlarının və heyvan cinslərinin istifadəsinin genişləndirilməsi;

Nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin səmərəli mühafizəsini təmin etmək məqsədi ilə nəsli kəsilməkdə olan əhəmiyyətli növlərin qorunması tədbirlərinin təkmilləşdirilməsi;

“Qırmızı Kitab”ın hazırkı nəşrinə daxil edilmiş nəsli kəsilməkdə olan heyvan növlərinin mühafizəsi üçün yaşayış mühiti fraqmentasiyasının tədqiqi və vacib yaşama yerlərinin bərpası;

Ölkə ərazisində nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin populyasiyalarının bərpası üçün tədbirlərin hazırlanması, reintroduksiya layihələrinin həyata keçirilməsi;

Xəzər dənizinin Azərbaycan sektorunda və quru sahələrdə xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi;

Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi sisteminin təkmilləşdirilməsi;

Avropa Qonşuluq Siyasəti çərçivəsində “Zümrüd sahələr”in inkişaf etdirilməsi;

İqlim dəyişkənliyinə həssas ərazilərdə (su-bataqlıq, yüksək dağlıq ərazilər, Xəzər dənizinin sahil zolağı və s.) iqlim dəyişkənliyinin bioloji müxtəlifliyə təsirinin qiymətləndirilməsi və adaptasiya proqramlarının hazırlanması;

Ekoloji və iqtisadi baxımdan ciddi mənfi təsir göstərən flora və faunanın invaziv növlərinin populyasiyalarının, vurduqları zərərin qiymətləndirilməsi və onlara qarşı mübarizə tədbirlərinin hazırlanması;

Kənd təsərrüfatı və məişət tullantılarından bioenerji alınması imkanlarının araşdırılması və həmin enerjidən istifadənin təşviq edilməsi;

Bioloji müxtəlifliyin qorunması və təbii sərvətlərdən davamlı istifadə məqsədi ilə sənayenin “yaşıl iqtisadiyyat”a keçid potensialının qiymətləndirilməsi;

Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalının geniş təşviqi;

Su bioloji resurslarının müasir ekoloji vəziyyətinin qiymətləndirilməsi, vətəgə əhəmiyyətli balıq növlərinin populyasiya dinamikasının öyrənilməsi, ov normalarının müəyyən edilməsi və akvakulturanın inkişaf etdirilməsi;

Bioloji müxtəlifliyin səmərəli istifadəsi baxımından ovçuluğun inkişafı üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsi;

Yabanı dərman bitkilərinin qanunsuz toplanmasına və satışına nəzarətin gücləndirilməsi və belə bitkilərdən davamlı istifadənin təmin edilməsi;

Genetik modifikasiya olunmuş bitkilərin təyini üzrə akkreditasiya olunmuş laboratoriya şəbəkəsinin genişləndirilməsi;

Respublikada genetik modifikasiya olunmuş bitkilərin dövriyyəsinin tənzimlənməsi üzrə müvafiq elmi-texniki potensialın, ixtisaslı mütəxəssis hazırlığının və müvafiq texniki infrastrukturun inkişaf etdirilməsi məqsədi ilə beynəlxalq əməkdaşlığın gücləndirilməsi;

Bioloji müxtəlifliklə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi və bu sahədə milli standartların beynəlxalq normativlərə uyğunlaşdırılması;

Respublikanın bioloji müxtəlifliklə bağlı beynəlxalq təşəbbüslərə qoşulması üçün imkanların müəyyən edilməsi;

Transsərhəd ekoloji problemlərin müəyyən edilməsi, qiymətləndirilməsi və həlli istiqamətində tədbirlərin həyata keçirilməsi;

Bioloji müxtəlifliyin qorunması məqsədi ilə regionlarda alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi;

Bioloji müxtəlifliyin qorunması üzrə imkanların genişləndirilməsi, mövcud və tələb olunan imkanların qiymətləndirilməsi, təkliflərin hazırlanması və müvafiq proqramlara salınması, bu istiqamətdə qeyri- hökumət təşkilatları ilə və beynəlxalq təşkilatlarla əməkdaşlıq.

Fizika üzrə Nobel mükafatı üç alimə verildi

  • 04 Oktyabr 2016

Qəbələ RLS-in dayanması ekoloji duruma necə təsir ...

  • 04 Oktyabr 2016

Son materiallar

comments
ManşetXəbər

Vəkilliyə xitam

comments
ManşetXəbər

Prezident: “Məcbur edəcəyik onları”

comments
Dünyanın səsiXəbər

Avropa Məhkəməsindən yeni qərarlar gəlir

comments
Xəbər

24476 nəfər, 627,4 milyon manat

Rəylər

Do not miss

comments
ManşetXəbər

Vəkilliyə xitam

Son materiallar

comments
ManşetXəbər

Vəkilliyə xitam

comments
ManşetXəbər

Prezident: “Məcbur edəcəyik onları”

comments
Dünyanın səsiXəbər

Avropa Məhkəməsindən yeni qərarlar gəlir

comments
Xəbər

24476 nəfər, 627,4 milyon manat

comments
Dünyanın səsiXəbər

Ermənistan “Avroviziya 2021”dən imtina etdi

comments
Dünyanın səsiXəbər

Mübariz Mənsimov həbsdən çıxdı

comments
Xəbər

Rəsmi partiyaların sayı 56-ya düşür

comments
ManşetXəbər

Hakim partiya necə yenilənir?

comments
ManşetXəbər

YAP-ın qurultayı gedir

comments
Dünyanın səsiManşetXəbər

Müsavat parlamentə müraciət etdi

comments
ManşetXəbər

İmtahan qaydalarında yenilik

comments
ManşetXəbər

1,7-li 3 il

comments
Dünyanın səsiManşetXəbər

“Ermənistan özünü normal apararsa…”

comments
Dünyanın səsiManşetXəbər

Baş nazirin Rusiya ilə gizli sövdələşməsi üzə çıxıb

comments
Dünyanın səsiManşetXəbər

İqtisadi azadlıq: Azərbaycan əsasən azad ölkədir

comments
Dünyanın səsiManşetXəbər

Manukyana cinayət işi

comments
Xəbər

Paytaxtın sosial-iqtisadi göstəriciləri

comments
ManşetXəbər

Müsavatın təklifləri

comments
Xəbər

YAP yeddinci qurultaya toplaşır

comments
Xəbər

Pensiyaların orta aylıq məbləği açıqlanıb

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda