![]({"full":{"0":"2016\/01\/MB.jpg","1":628,"2":350,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2016\/01\/MB.jpg"}})
Mərkəzi Bank rəsmi valyuta ehtiyatı və pul bazası barədə hesabat yayıb. Hesabata görə, oktyabrın 1-nə Mərkəzi Bankın 4 milyard 132,7 milyon ABŞ dolları həcmində valyuta ehtiyatı olub. Novator.az bildirir ki, sentyabr ayında valyuta ehtiyatı 59,8 milyon dollar azalıb. 8 ayın yekununda Mərkəzi Bankın 4 milyard 192,5 milyon ABŞ dolları həcmində valyuta ehtiyatı vardı.
Mərkəzi Bankın hesabatına əsasən, ötən ay pul bazası 601,9 milyon manat azalaraq 6 milyard 810,3 milyon manata düşüb. Sentyabrın 1-nə göstərici 7 milyard 412,2 milyon manat idi.