Azərbaycanda hər 100 nəfərdən 77-si internet istifadəçisidir
Beynəlxalq Telekommunikasiya İttifaqının “The State of Broadband” adlı yeni hesabatı yayılıb (Hesabat). Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən APA-Economics-ə bildiriblər ki, Azərbaycan reytinq cədvəlində hər 100 nəfərə düşən internet istifadəçilərinin sayına görə dünyada 36-cı yeri tutur. Hesabata əsasən, ölkədə hər 100 nəfərdən 77-si internet istifadəçisidir.
Hər 100 nəfərə düşən genişzolaqlı internet istifadəçilərinin sayına görə isə Azərbaycan reytinq cədvəlində 53-cü pillədə qərarlaşıb. Ölkədə hər 100 nəfərə 19,76 genişzolaqlı internet istifadəçisi düşür.
Ölkə mobil genişzolaqlı internet abunəçilərinin sayına görə 60-cı yerdədir.