• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Referendum: Avropadan ilkin rəy, rəsmi Bakının cavabı

  • 21 Sentyabr 2016
0
SHARES
FacebookTwitterPinterest

Avropa Şurasının konstitusiya hüququ üzrə ekspertlərini birləşdirən Venesiya Komissiyası sentyabrın 26-da Azərbaycanda keçiriləcək konstitusiya dəyişiklikləri referendumu ilə bağlı ilkin rəyini açıqlayıb. “Turan”ın məlumatına görə, rəydə qeyd olunur ki, konstitusiyaya təklif edilən düzəlişlərin bir çoxu prezidentə görünməmiş səlahiyyətlər verərək hakimiyyətin qolları arasında balansı pozur. Ekspertlər hesab edirlər ki, 2009-cu ildən müddətsiz sayda seçilə bilən dövlət başçısının onsuz da güclü mövqeyi nəzərə alınmaqla prezident mandatının 5 ildən 7 ilədək artırılmasının heç bir bəraəti yoxdur.

Rəyə görə, prezidentə parlamenti buraxmaq səlahiyyətinin verilməsi parlamentdə siyasi plüralizmə, həmçinin məhkəmə sisteminin müstəqilliyinə mənfi təsir göstərir, çünki hakimlərin təsdiqlənməsində parlamentin rolunu zəiflədir.

Ekspertlər hansısa müddətdə ölkəni idarə edə biləcək vitse-prezidentlərin təyin edilməsindən və vaxtından əvvəl prezident seçkisi elan etmək üçün dövlət başçısına səlahiyyət verilməsindən çox narahat olduqlarını vurğulayıblar.

Venesiya Komissiyası referendum aktının parlamentdə və ictimaiyyət arasında ilkin müzakirələr aparılmadan səsverməyə çıxarılmasını da tənqid edib.

Eyni zamanda ekspertlər “insan ləyaqəti qorunur və hörmətlə yanaşılır”, “özbaşınalıqdan müdafiə və ləyaqətli davranış hüququ” ilə bağlı düzəlişləri müsbət qiymətləndiriblər.

“Hüquq və azadlıqların məhdudlaşdırılması dövlətin nail olmaq istədiyi məqsədə uyğun olmalıdır” düzəlişi də müsbət qiymətləndirilib.

Lakin ekspertlər “ictimai asayiş” və “mənəviyyat”ın qorunması mülahizələri altında açıq toplaşmaların məhdudlaşdırılmasını nəzərdə tutan düzəlişlərlə razı deyil. Çünki bu müddəalar olduqca geniş təfsirə yol verir.

Vətəndaşlıqdan məhrumetməyə dair düzəliş də narahatlıq doğurub.

İlkin rəy təsdiqlənmək üçün Venesiya Komissiyasının oktyabrın 14-15-də keçiriləcək plenar sessiyasına təqdim ediləcək.

Rəsmi Bakı Venesiya Komissiyasının ilkin rəyinə dərhal reaksiya verib. Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev sentyabrın 21-də məsələ ilə bağlı keçirdiyi mətbuat konfransında deyib: “Azərbaycan hökuməti hər zaman Venesiya Komissiyası ilə çox səmərəli əməkdaşlıq edib. Bu əməkdaşlıq qarşılıqlı hörmət əsasında qurulmuşdu. Bəzən bir-birimizlə razılaşmasaq da bir-birimizin fikirlərinə, rəylərinə hörmətlə yanaşırıq. Xatırlamıram ki, komissiya hər hansı bir məsələ ilə bağlı üç aydan tez bu və ya digər rəyə gəlsin. Adətən prosedura əsasən, bizimlə bağlı hər hansı bir qanun layihəsinə dair ilkin rəy hazırlanaraq elektron poçt vasitəsilə Azərbaycan tərəfinə göndərilirdi. Azərbaycan tərəfinin fikirləri, arqumentləri öyrənilirdi. Bundan sonra həmin rəy dərc edilirdi. Lakin naməlum səbəblərdən referendumla bağlı rəy hazırlanarkən bütün bu prosedur qaydaları kobud şəkildə pozulub”.

Şahin Əliyev əlavə edib ki, Venesiya Komissiyanın bu rəyi AŞPA sədrinin sorğusu əsasında hazırlanıb: “Bu sorğu Venesiya Komissiyasına sentyabrın 6-da təqdim olunub. Cəmi iki həftədən sonra Azərbaycan tərəfinin dinlənilmə hüququ əlindən alınaraq komissiyanın rəsmi saytında dərc olunub. Rəydə qeyd edilir ki, konstitusiyaya 29 düzəlişdən ibarət referendum aktının müzakirəsi üçün iki ay kifayət deyil. Lakin necə olur ki, iki həftə müddətində həmin 29 düzəlişə dair rəyin hazırlanması mümkün olur?!”

Konstitusiya dəyişiklikləri layihəsi prezident seçilmək üçün 35, baş nazir təyin edilmək, hakim olmaq üçün 30, deputat mandatı almaq, nazir postu tutmaq üçün 25 yaş şərtlərini aradan qaldırır, prezidentin səlahiyyət müddətini 5 ildən 7 ilə artırır. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək hüququ verilir.

Layihəyə əsasən, Milli Məclisin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya prezidentin təqdimatına əsasən Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankın İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra qanunla müəyyən olunmuş müddətdə təyin etmədikdə prezident parlamenti buraxır.

Başqa bir yenilik vitse-prezident postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir, növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətləri birinci vitse-prezidentə keçir.

Müdafiə Nazirliyi Ermənistana nəzarəti gücləndirir

  • 21 Sentyabr 2016

Kürdəmir-Ucar-Yevlax yolunun yenidənqurmadan sonra...

  • 21 Sentyabr 2016

Son materiallar

comments
ManşetXəbər

Deputatların təvəllüdü

comments
Xəbər

Yeni seçki, həmin adam

comments
Dünyanın səsiManşetXəbər

Londonda Putinin hədiyyəsini oğurlamaq istəyiblər

comments
Xəbər

Boşanmanın çox olduğu yerlər

Rəylər

Do not miss

comments
ManşetXəbər

Deputatların təvəllüdü

Son materiallar

comments
ManşetXəbər

Deputatların təvəllüdü

comments
Xəbər

Yeni seçki, həmin adam

comments
Dünyanın səsiManşetXəbər

Londonda Putinin hədiyyəsini oğurlamaq istəyiblər

comments
Xəbər

Boşanmanın çox olduğu yerlər

comments
ManşetXəbər

Bölgələr üzrə kredit və əmanət

comments
Xəbər

Bank sektorunun dörd ayı

comments
Xəbər

24 may qiyməti

comments
Xəbər

Formata dəstək, təkliflər

comments
ManşetXəbər

Fəallığa çağırış

comments
Xəbər

Sərmayə statistikası

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə xəstə sayı

comments
ManşetXəbər

Azərbaycan-Ermənistan sərhədi üzrə komissiya yaradıldı

comments
Dünyanın səsiXəbər

Qaçqın-köçkün hesabatı

comments
ManşetXəbər

3 turnir, 233 komanda

comments
Dünyanın səsiManşetXəbər

Zelenskinin intihar xəbərini kim yayıb? – CNN

comments
AktualManşetXəbər

Məhsullar üzrə idxal göstəriciləri

comments
Xəbər

Yeni həbs, tanış ittiham

comments
Xəbər

Yoluxma, ölüm, peyvənd

comments
AktualManşetXəbər

Azərbaycanın ixrac malları

comments
ManşetXəbər

Üçtərəfli görüş

comments
Xəbər

Beşlikdə son iki nöqtə

comments
Xəbər

Naxçıvanın dörd ayı, orta maaşı

comments
Xəbər

Yeni mərkəzin rəhbərləri bəlli oldu

comments
AktualDünyanın səsiManşetXəbər

Rusiya 40 yaşdan yuxarı şəxsləri orduya dəvət edir

comments
AktualManşetXəbər

Şikayət, bəraət və azadlıq istəyi

comments
Xəbər

Bərpaya start

comments
Xəbər

Milli Müdafiə Universiteti yaradılıb

comments
Dünyanın səsiManşetXəbər

Lukaşenko müxalifləri edam etməyə hazırlaşır?

comments
ManşetXəbər

Qadir İbrahimli

comments
ManşetXəbər

İsa Qəmbər məhkəməyə üz tutur

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda