![]({"full":{"0":"2016\/09\/Prezident_achilish.jpg","1":936,"2":669,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2016\/09\/Prezident_achilish.jpg"}})
Kürdəmir-Ucar-Yevlax yolunun yenidənqurmadan sonra açılışı olub
Sentyabrın 21-də prezident İlham Əliyev Mingəçevirə səfərə gedərkən yolüstü Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir-Ucar-Yevlax hissəsinin açılışında iştirak edib.
Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun uzunluğu 503 kilometrdir. AZƏRTAC xəbər verir ki, magistralın Bakı-Ələt, Ələt-Hacıqabul, Hacıqabul-Kürdəmir, Kürdəmir-Ucar-Yevlax, Yevlax-Gəncə hissələrinin birinci texniki dərəcəyə təkmilləşdirilməsi işləri yekunlaşdırılıb.
Yaxın gələcəkdə magistralın Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi hissəsinin də yenidən qurulmasına başlanması planlaşdırılır.
Kürdəmir-Ucar-Yevlax–Tərtər avtomobil yolunun Kürdəmir-Ucar-Yevlax hissəsi 87,8 kilometr uzunluğundadır.