Belçika paytaxtı Brüsseldə fəaliyyət göstərən otellər 71%-dək güzəşt təklif edir. Novator.az xəbər verir ki, Belçika paytaxtında baş vermiş terror aktlarına görə bir çox turistin öz səfərini təxirə salması otelləri belə addım atmağa məcbur edib.
Brüsselin Otellər Assosiasiyasının məlumatına görə, hazırda şəhər mehmanxanalarında yerlərin yalnız 20%-i tutulub. Otellərin menecerlərindən biri bildirib ki, əvvəlcədən sifariş edilmiş yerlərin ləğv olunması ilə bağlı müraciətlərin sayı çoxdur, yeni bronlar isə, demək olar ki, yox dərəcəsindədir.
Bu il martın 22-də Brüsseldə törədilən terror aktları nəticəsində 30-dan çox adam həlak olub, 300-dən çox adam yaralanıb. Partlayışları İŞİD terror qruplaşması öz üzərinə götürüb.