• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ağlımızın dekorativ çiçəklənmə dövrü (Üçüncü yazı)

  • 29 Yanvar 2016
  • comments
  • Redaktor
  • Posted in Tribuna

Oqtay Qorçu

Amerikalı alimlər də, nəhayət, öz niyyətlərini açıqladılar. Onların etmək istədiyi də qeyri-adi görükür. Amerikalı tədqiqatçılar insan düşüncəsi ilə praktiki reallıq arasında sərhədi götürmək, beyinə calanan xüsusi mikro qurğunun düşüncələri siqnal vasitəsilə ötürməsinə nail olmaq istəyirlər. İnsanın ağlına gələn başına gələcək. Beyin düşünəcək ki, kiməsə zəng etmək lazımdır, yaxud daha irəli getmək pis olmazdı və bu zaman beynin arzuları fakt qarşısında qalacaq. Yəni insan düşündüyü obyektlə əlaqə  qurmağa hələ qərar verməmiş mikro qurğu onun məlumat bazasına qoşulacaq və ağlından keçən mənbə ilə əlaqə yaratmaq üçün telefonunu aktivləşdirməyə başlayacaq. Beləliklə, təbii axardan uzaqlaşan insan süni texnologiyanın yeniliyi nəticəsində mütləq fakt qarşısında qalacaq.

Belə çıxır ki, insanın beynini oxumaqla, bütün düşüncələri, arzuları sirr pərdəsindən alıb “çılpaq” informasiyalara çevirməklə Amerika elmi gələcəkdə bir çox ideyanı, fikri, kosmik düşüncə və təsəvvürləri, xeyrə-şərə bağlanan hər arzunu, hər istəyi tam nəzarətə götürmək, böyük bir mərkəzə, özgə iradəyə tabe etmək əzmindədir. Beyinə süni müdaxilə mümkün olsa, adamların düşüncə və rəyləri internet şəbəkəsində texniki ünsiyyət üçün bir bazaya çevriləcək. Bu niyyət insanların seçim azadlığını məhdudlaşdıra, beyni süni şəbəkəyə qoşulanları təbii ünsiyyətdən, Yaradıcı nizamdan uzaqlaşdırıb dəyişikliyə uğrada bilər. Bu isə yeni nəsil canlı robotlar yaratmaq cəhdinə bənzəyir.

Ağ evdə müzakirə olunan, prezident Obamanın imzası ilə xeyir-duası verilən və insan beyninin inkişafı naminə görüləcək elmi iş kimi bəyənilən bu layihələrə artıq yüksək səviyyədə start verilib. Amerika prezidentinin belə ideyaları dəstəkləməsi, bunun gələcəkdə şərə deyil, ancaq insan rifahına, tərəqqiyə xidmət edəcəyinə inanması və bu sənədə imza atması qəribə görünür. Ola bilsin, hər gün irəliləyən texnoloji yeniliklər arxasında səbatlı xüsusi nəzarətin yaradılması da ümidverici nəticələrə gətirə bilər. Hər halda indiki şəraitdə alimlər beyinlə bağlı aparılan elmi araşdırmaların insanı idarə edilən obyektə çevirəcəyini israrla inkar edirlər. Amma belə istəklər nə qədər cəlbedici görünsə də, heç də söylənildiyi kimi insanın rifahı üçün deyil. Amerikalıların və bir çox Avropa aliminin ən böyük arzusuna çevrilən bu plan şüurlu olaraq məlum məqsədlərə xidmət edir. Bu, bəşər övladının təbiətinə müdaxilə etməklə, beyində süni məlumat bazası qurmaqla təbii genefondu istənilən istiqamətə yönəltmək, vahid nəzarət proqramı yaratmaq, həmçinin insanı mutasiyaya uğratmaq cəhdidir; sadəcə, bəzi alimlərin dili ilə bəşəriyyətə və yeni dünyanın adamlarına xeyirli elmi tərəqqi kimi təqdim olunur.

İslam peyğəmbərinin dilindən bir hədisdə belə buyurulur: “Ağıl insanın mayasıdır, ağlı olmayanın dini də olmaz”. İlk baxışdan sadə görünən bu kəlamın fəlsəfəsində bir məntiqi izah var – insanın özünüdərki, yəni ağlından düzgün istifadə etməklə Yaradanın bəxş etdiyi azadlığa və ədalətə çatması. Bu həm də Tanrının insan ağlına güvənci deməkdir.


Ağlımızın dekorativ çiçəklənmə dövrü (Birinci yazı)

Ağlımızın dekorativ çiçəklənmə dövrü (İkinci yazı)

Çingiz Abdullayev: “Əmri imzalamadım, imzalamayaca...

  • 29 Yanvar 2016
  • comments

Nazirlik Qarabağ müharibəsi əlilləri və şəhid ailə...

  • 29 Yanvar 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Din
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda