Rusiyada orta ömür 72 yaşa yaxındır. Novator.az bildirir ki, Rusiya baş nazirinin müavini Olqa Qolodets yanvarın 22-də Tver şəhərində keçirilən regional tibbi forumda belə açıqlama verib.
Qolodets deyib ki, əllərində dəqiq demoqrafik məlumatlar olmasa da, orta ömrün 72 yaşa yaxın olduğu qənaətinə gəliblər.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Dövlət Statistika Federal Xidmətinə istinadla 2015-ci ildə orta ömrün 71 yaşı keçdiyini bəyan etmişdi. Əmək və sosial müdafiə naziri Maksim Topilin isə Rusiyada 2030-cu ilə qədər orta ömrün 80 yaşa çatacağını ehtimal etdiyini vurğulamışdı.