• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Nazirlik Beynəlxalq Əlillər Günü ilə bağlı hesabat yayıb

  • 03 Dekabr 2015
  • Posted in Xəbər
0
SHARES
FacebookTwitterPinterest

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dekabrın 3-də qeyd olunan Beynəlxalq Əlillər Günü ilə bağlı hesabat yayıb. Transparency.az-ın məlumatına görə, nazirlik qeyd edir ki, aylıq sosial müavinətlə təmin olunanların 59,2 faizi əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır: “Bu müavinətlərin orta aylıq məbləği 2004-cü illə müqayisədə 8,1 dəfə, sağlamlıq imkanları məhdud uşaqlara yönələn sosial müavinətin aylıq məbləği isə 7,4 dəfə artırılıb. Ölkədə əmək pensiyaçılarının da 28,8 %-i əlilliyə görə əmək pensiyası alanlardır və 2003-cü illə müqayisədə əmək pensiyalarının orta aylıq məbləğində 9,5 dəfə artım özünü göstərib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə prezidentin aylıq təqaüdləri ilə təmin olunan vətəndaşların 69 faizini müharibə əlilləri və onlara bərabər tutulanlar, 20 Yanvar əlilləri, əmək pensiyası almaq hüququ olmayan ümumi səbəbdən I qrup əlillər təşkil edir. Təkcə ötən il müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təyin olunan prezident təqaüdlərinin orta aylıq məbləği 50 faizə yaxın artırılıb və I qrup əlilliyə görə sosial müavinət alanlara əlavə olaraq hər ay prezident təqaüdünün təyin olunmasına başlanıb.

Dövlət başçısının 23 dekabr 2013-cü il və 30 aprel 2014-cü il sərəncamlarına əsasən, hələ ötən il ərzində 2014-cü ilədək növbədə dayanan bütün müharibə əlilləri və onlara bərabər tutulanların avtomobillə təminatı başa çatdırılıb, 2014-cü il ərzində növbəyə dayananlara avtomobillərin verilməsinə başlanıb. Ümumilikdə keçən il və cari ilin ötən dövründə bu təbəqələrdən olan 1933 nəfər şəxsə “Naz-LİFAN” markalı minik avtomobili verilib.

Azərbaycan prezidentinin 20 iyun 2014-cü il sərəncamı müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərinin sürətlənməsinə şərait yaradıb. Bu ilin ötən dövründə 180-ə yaxın mənzil müharibə əlillərinin və şəhid ailələrinə istifadəsinə verilib və hazırda Bakıda, ölkənin bölgələrində həmin şəxslər üçün çoxmənzilli və fərdi yaşayış evlərinin tikintisi, həmçinin hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir, onlarda hər il orta hesabla 8 min nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq bərpa-müalicə xidməti ilə təmin olunur. Cari ilin sentyabrında prezident İlham Əliyevin iştirakı ilə yenidənqurmadan sonra açılışı olan Respublika Əlillərin Bərpa Mərkəzi ölkədə bərpa müalicəsi sisteminin müasir tələblərə uyğun qurulması yönündə görülən uğurlu işlərin nümunəsidir. Cənubi Qafqaz regionunda analoqu olmayan bu mərkəz il ərzində 1000 nəfərdən çox müvafiq şəxsə müasir tibbi-fizioterapevtik üsullarla xidmət göstərməyə imkan verir. Digər bir sıra bərpa-müalicə müəssisələrində də müasir tələblərə uyğun şərait yaradılmaqdadır.

Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkili də diqqətdə saxlanılır. Cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu təbəqələrdən olan 265 şəxsi xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərib, bu da ötən illə müqayisədə 64,6 faiz çoxdur.

Əlilliyi olan insanların peşə reabilitasiyası sahəsində işlərin davamı kimi cari ilin 10 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 508 nəfər əlilliyi olan şəxsi əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib”.

Dövlət başçısı Naxçıvana 7 milyon manat ayırdı

  • 02 Dekabr 2015

Azərbaycan tranzit yükdaşımada ucuzlaşmaya getdi

  • 03 Dekabr 2015

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Dünyadakı bütün koronavirus zərrələri bir “Coca-Cola” qabına sığışar

comments
Dünyanın səsiManşetXəbər

Dünyanın azadlıq xəritəsi

comments
Dünyanın səsiXəbər

Avropa Liqasının 1/8 final cütlükləri

comments
Dünyanın səsiXəbər

Koronavirus qripi demək olar yoxa çıxarıb – “Associated Press”

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Dünyadakı bütün koronavirus zərrələri bir “Coca-Cola” qabına sığışar

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Dünyadakı bütün koronavirus zərrələri bir “Coca-Cola” qabına sığışar

comments
Dünyanın səsiManşetXəbər

Dünyanın azadlıq xəritəsi

comments
Dünyanın səsiXəbər

Avropa Liqasının 1/8 final cütlükləri

comments
Dünyanın səsiXəbər

Koronavirus qripi demək olar yoxa çıxarıb – “Associated Press”

comments
Xəbər

Bankların nə qədər mənfəəti var?

comments
Xəbər

Ziyarət

comments
Dünyanın səsiXəbər

14 ölkə, 32 klub

comments
Dünyanın səsiXəbər

16-lıq müəyyənləşdi

comments
ManşetXəbər

Prezident: “Bizim səbrimizi sınamasınlar”

comments
Dünyanın səsiXəbər

Dövlət şikayətçilərin bir qismi ilə barışıb

comments
Dünyanın səsiManşetXəbər

Köçəryan istefa tələbinə dəstək verdi

comments
Xəbər

Açılış, təqdimat, görüş

comments
Dünyanın səsiXəbər

“Pfizer”-“BioNTech” peyvəndinin daha bir üstünlüyü üzə çıxıb

comments
Dünyanın səsiManşetXəbər

Ermənistanda dövlət çevrilişi ehtimalı

comments
Dünyanın səsiXəbər

İsveç vətəndaşı Rusiyaya casusluq etməkdə ittham olunur

comments
Dünyanın səsiXəbər

Almaniyada əhaliyə pulsuz ekspress testlər veriləcək

comments
Xəbər

“AzəriLayt” 66,77 dollara satılır

comments
Dünyanın səsiXəbər

Yaxın ölkələrin itkiləri

comments
Dünyanın səsiXəbər

Bir mərhələ bitdi

comments
ManşetXəbər

Bölgələr üzrə əmanət

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda