![]({"full":{"0":"2015\/12\/Naxcivan.jpg","1":1000,"2":653,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2015\/12\/Naxcivan.jpg"}})
Dekabrın 2-də prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasında abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə muxtar respublikanın Nazirlər Kabinetinə 7 milyon manat ayrılıb.