Texnologiya
Gürcüstanın internet statistikası
Gürcüstanda əhalinin (azı 6 yaşı olan şəxslərin) 79,8 faizi internet istifadəçisidir. Novator.az bildirir ki, Milli Statistika Xidməti 2022-ci ilin iyul ayında aparılmış sorğunun nəticələri əsasında belə hesabat yayıb. Rəsmi açıqlamaya görə, ölkədə ev təsərrüfatlarının 88,4 faizi internetlə təmin ol...
Avropa və Mərkəzi Asiya bazarlarında reklamçılarla yeni əməkdaşlıq
İnkişaf etməkdə olan bazarlarda rəqəmsal reklam sahəsi üzrə aparıcı qlobal şirkət olan “Aleph Group, İnc” bu ay “Reddit” platforması ilə qlobal satış tərəfdaşlığına başladığını elan edib. “Aleph Group”un törəmə müəssisəsi olan “Httpool”dan Novator.az-a verilən məlumatda deyilir ki, “Reddit” platform...
Saxta xəbərin geniş meydanı – “Forbes”
ABŞ-ın “Forbes” jurnalında “Rusiya Ukraynadakı müharibə zamanı “feyk nyus” (saxta xəbər) termininin məğzini kökündən dəyişib” başlıqlı məqalə dərc edilib. Novator.az-ın məlumatına görə, məqalədə Nevada ştatındakı Las-Veqas Dövlət Universitetinin tədqiqatçısı, Ukrayna əsilli Meri Blankenşipin araşdır...
Kremlin təbliğat maşını Avropa sanksiyalarını saya salmır – “Politico”
Avropa İttifaqı Rusiyanın RT kanalına Ukrayna müharibəsi haqda saxta təbliğat aparmaq ittihamı ilə sanksiya qoyub, onun birlik məkanında yayımını yasaqlayıb. Amma Kremlin birbaşa dəstəklədiyi bu kanal öz işindədir. Novator.az saytı ABŞ-ın “Politico” qəzetinə istinadla xəbər verir ki, RT kanalı Avrop...
Rusiyada müxalif nəşr kökündən baltalanır
Rusiyada fəaliyyətini dayandırmış əsas müxalif nəşrin – “Novaya qazeta”nın lisenziyasının ləğvi tələb olunur. Novator.az xəbər verir ki, belə bir tələblə hökumət qurumu – “Roskomnadzor” məhkəmədə iddia qaldırıb. “Roskomnadzor” informasiya texnologiyaları və kütləvi kommunikasiyalara nəzarəti həyata ...
Senatorlar sosial şəbəkələri rus dezinformasiyasını boğmağa çağırır
Amerikalı senatorlar dünyanın nüfuzlu sosial şəbəkə platformalarını Rusiyanın Ukrayna müharibəsi barədə ispandilli məkanda yaydığı dezinformasiyalara qarşı daha effektli mübarizə aparmağa çağırırlar. Novator.az saytı “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu məqsədlə senatorlar birgə müraci...
ABŞ kəşfiyyatının rəhbərləri Rusiyadan seçki müdaxiləsi gözləyir
ABŞ-ın Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey və Milli Təhlükəsizlik Agentliyinin direktoru Pol Nakason bəyan ediblər ki, Rusiya seçkilərə təhdid yaradan dövlət olaraq qalır. Novator.az saytı ABŞ-ın “Wall Street Journal” qəzetinə istinadla bildirir ki, Kristofer Rey və Pol Nakason Ukr...
“Telegram”da Rusiyanın xeyrinə dezinformasiyalar baş alıb gedir
“Telegram” kanalında Rusiya hakimiyyətinin xeyrinə dezinformasiyalar baş alıb gedir. Bunu Polşada fəaliyyət göstərən, dezinformasiyaları ifşa etməklə məşğul olan “Disinfo Digest” layihəsi açıqlayıb. Novator.az-ın məlumatına görə, Polşanın ingilisdilli “Poland Post English” onlayn nəşrində “Disinfo D...
Pornoqrafiya Putinlə mübarizə vasitəsi kimi – “The Guardian”
Böyük Britaniyanın “The Guardian” qəzetində “Pornoqrafiya Putinlə mübarizə vasitəsi kimi: rusiyalılar Ukrayna həqiqətlərindən necə xəbər tuturlar?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi Londonda nəşr olunan “İndex on Censorship” rüblük jurnalının baş redaktoru Cemayma Staynfelddir. Novator...
“Azərişıq”ın yeni obyektləri
Prezident İlham Əliyev iyunun 10-u Bakıda “Azərişıq” ASC-nin 110/35/10 kilovoltluq yeni yarımstansiyasının və Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, paytaxtın Yasamal rayonunda, Füzuli meydanının yaxınlığında tikilən yeni yarımstansiya şəhərin ...
Çin bütün dünyada söz azadlığını təqib edir – “Yerusəlim Post”
“Çin dünyanın hər yerində mətbuat azadlığına təhlükə törədir”. İsrailin “Yerusəlim Post” qəzeti belə yazır. Novator.az-ın məlumatına görə, qəzetin dərc etdiyi məqalədə bildirilir ki, Çinin kommunist rejimi söz və mətbuat azadlığını təkcə ölkə daxilində deyil, xaricdə, bütün dünyada təqib edir. “Yeru...
Heç kim bu silahdan gizlənə bilməz – “Nyu-York Tayms”
“Ukrayna müharibəsində heç kim bu silahdan gizlənə bilməz” – ABŞ-ın “Nyu-York Tayms” qəzetində bu başlıqda məqalə dərc olunub. Söhbət üç aydan çoxdur Rusiyanın hərbi təcavüzünə müqavimət göstərən Ukraynanın döyüşlərdə yararlandığı pilotsuz uçuş aparatlarından (PUA) gedir. Məqalənin müəllifi “Nyu-Yor...
Festival çıxışlarında
Mayın 28-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Teyyub Ərdoğan Bakıda keçirilən “Teknofest Azərbaycan” aerokosmik və texnologiya festivalında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, İlham Əliyev çıxışında 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyinin bərpa edild...
Zelenskinin intihar xəbərini kim yayıb? – CNN
CNN kanalının internet səhifəsində Ukrayna prezidenti Vladimir Zelenski barədə yayılan təxribat xarakterli dezinformasiyalarla bağlı yazı yerləşdirilib. Novator.az-ın məlumatına görə, yazıda ABŞ-ın kiber təhlükəsizlik üzrə ixtisaslaşmış “Mandiant” şirkətinin araşdırmasına istinad olunur. Bildirilir ...
Baydenin uyğurlarla görüşündə nə baş verib? – “Vaşinqton Post”
“Vaşinqton Post” qəzeti Amerikada yaşayan uyğurların Ağ evdə prezident Cozef Baydenlə iftar mərasimindəki görüşü barədə məqalə dərc edib. “Baydenin Çinin təqib etdiyi amerikalı uyğurlarla görüşündə nə baş verib?” başlıqlı məqələnin müəllifi qəzetin icmalçısı Coş Roqindir. Novator.az saytı məqaləni i...
“Vaşinqton Post” uyğur soyqırımında əli olan şirkətə cəza tələb edir
ABŞ-ın “Vaşinqton Post” qəzeti “Çinin izləmə ilə məşğul olan şirkətinə sanksiya qoyulması real təhlükəyə layiqli cavab olardı” başlıqlı redaksiya məqaləsi dərc edib. Novator.az saytı məqaləni ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır. Amerikalıların bir çoxu ev oğrularını qorxutmaq üçün A...
Rusiyada VPN bumu. Səbəb nədir? – “Vaşinqton Post”
Ukraynada müharibə başlanandan bəri Rusiyada VPN-lərdən istifadə edənlərin sayı dəfələrlə artıb. Novator.az saytı xəbər verir ki, bu haqda ABŞ-ın “Vaşinqton Post” qəzetində yazı dərc olunub. VPN (Virtual Private Network) virtual xüsusi şəbəkə deməkdir. Hökumət internetə senzura tətbiq edəndə bir çox...
Çin şirkəti Rusiya və Ukrayna ilə əlaqəni niyə dayandırdı?
Çinin pilotsuz uçuş aparatı (dron) istehsal edən DJİ şirkəti Rusiya və Ukrayna ilə kommersiya əlaqələrini müvəqqəti dayandırıb. Novator.az bildirir ki, DJİ pilotsuz uçuş aparatları istehsalında ən böyük özəl şirkətlərdən sayılır. Hansısa Çin şirkətinin Rusiya-Ukrayna müharibəsinə görə fəaliyyətini m...
Dil qaydalarına nəzarətlə bağlı problem çoxdur
“Yeni Azərbaycan” qəzetinin redaksiyasında Fəxri Uğurlunun moderatorluğu ilə ana dilimizin, dilçiliyimizin problemlərinə həsr olunmuş diskussiya aparılıb. Müzakirəyə AMEA Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, Dövlət Dil Komis...
27 ölkədə müharibə sorğusu
Mərkəzi ofisi Fransa paytaxtında yerləşən “İpsos” beynəlxalq tədqiqat şirkəti dünyanın 27 ölkəsində Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı rəy sorğusu keçirib. Novator.az-ın məlumatına görə, faktiki bütün qitələri əhatə edən sorğu martın 25-dən aprelin 3-dək 19 min nəfər arasında onlayn formada apar...