Sosial
Dövlət nəşriyyatı çap xərcini 25% artırdı
Prezidentin İşlər İdarəsinə tabe olan “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov qəzet redaksiyalarına məktub yollayaraq çap qiymətlərinin 25% artırıldığını bəyan edib. Artım qərarı yanvarın 5-dən qüvvəyə minib. “Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov Musavat.com-a açı...
Ötən il Ukraynada 43,3% inflyasiya olub
2015-ci ildə Ukraynada 43,3% inflyasiya gedib. Novator.az xəbər verir ki, hesabatı yanvarın 6-da Ukrayna Dövlət Statistika Xidməti yayıb. Məlumata görə, istehlak qiymətlərinin indeksi 2015-ci ilin dekabrında 100,7%, ümumilikdə il ərzində 143,3% təşkil edib. İl ərzində təbii qazın qiyməti 3,4 dəfə ar...
Büdcə öhdəliyi: devalvasiya köməyə gəlir
2016-cı ilin dövlət büdcəsinin gəlirləri 14 milyard 566 milyon manat, xərcləri 16 milyard 264 milyon manat təsdiq edilib. Ötən il dekabrın 30-da dövlət başçısı Zirədə sakinlərlə görüşdə 2016-cı ilin əvvəlində dövlət büdcəsinə yenidən baxmaq zərurətinin olduğunu bildirib. Prezidentin bəyanatından son...
Manata inam ölüb, ya sistemə?
“Əhali nə manata, nə Mərkəzi Banka, nə hökumətə, nə ölkənin gələcəyinə güvənir”. İqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkədə paylaşdığı şərhdə belə yazır. Transparency.az-ın məlumatına görə, ekspert qeyd edir ki, dünya ölkələrinin gələcək inkişaf trendlərinə, cari problemlərinə işıq salan, inves...
Dövlət şirkətlərinin beynəlxalq mövqeləri laxlayır
Ekspert Samir Əliyev Azərbaycanın bəzi dövlət şirkətlərinin və banklarının beynəlxalq mövqeyində geriləmələrin başladığını yazır. Transparency.az-ın məlumatına görə, sosial şəbəkədə şərh paylaşan ekspert qeyd edir ki, “Standard and Poor`s” (S&P) beynəlxalq reytinq agentliyi “Azərbaycan Dəmir Yol...
Əlilliyin müəyyən olunması meyarları təsdiqlənib
Nazirlər Kabineti “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamə”ni təsdiqləyib (Nazirlər Kabinetinin qərarı). Transparency.az bildirir ki, sənədə görə, birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddət...
Manat yenə ucuzlaşdı
Yanvarın 6-da Azərbaycan manatı dollar qarşısında yenə ucuzlaşıb. 1 dolların rəsmi məzənnəsi ötən günlə müqayisədə 1,5610 manatdan 1,5626 manata yüksəlib. Avro isə düşməkdə davam edib. Transparency.az bildirir ki, Mərkəzi Bank 1 avronun rəsmi kursunu 1,6895 manatdan 1,6796 manata salıb (Məzənnələr)....
2016-cı il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri
Mərkəzi Bank 2016-cı il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, 2016-cı ildə manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklif nisbətini müəyyən edən fundamental amillərin təsiri altında, “üzən məzənnə rejimi” çərç...
Gerçək SSRİ və gerçək Rusiya…
Rövşən Ağayev Acemoğlu və Robinsonun “Xalqlar niyə uduzur?” əsərində sovetlərlə bağlı maraqlı qeydlər var. Müəlliflərin istifadə elədiyi faktlar göstərir ki, Əfqanıstana müdaxiləyə (1979-cu il) qədər SSRİ-nin iqtisadi imkanları Qərbin gözünə çox böyük görünüb – gerçəkdə olduğundan böyük. Müəll...
Səudiyyə Ərəbistanı və İran: kimin iqtisadi gücü çoxdur?
Yanvarın 2-si Səudiyyə Ərəbistanında 47 məhkum, o cümlədən şiə icmasının liderlərindən olan Nimr əl-Nimr edam edilib. Bu olay İranla Səudiyyə Ərəbistanının münasibətini kəskinləşdirib. BBC-yə istinadla İran və Səudiyyə Ərəbistanı arasında bir sıra göstəricilərə görə müqayisə aparan iqtisadçı ekspert...
Silahlı Qüvvələrə Yardım Fondunda nə qədər vəsait toplanıb?
Müdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna yanvarın 1-dək daxil olmuş vəsaitin məbləğini açıqlayıb. Məlumata görə, fondda 69 milyon 848 min manata yaxın vəsait var. Transparency.az bildirir ki, bir ayda fondun manat hesabında 1 milyon 135 min manatdan çox artım qeydə alınıb. Ötən ay fondda 6...
“Azadlıq” və “Yeni Müsavat” bahalaşdı
Azərbaycanın iki gündəlik qəzeti – “Azadlıq” və “Yeni Müsavat” yanvarın 5-dən satış qiymətlərini artırıb. Transparency.az bildirir ki, “Azadlıq”ın satış qiyməti 50 qəpikdən 60 qəpiyə, “Yeni Müsavat”ın satış qiyməti 40 qəpikdən 50 qəpiyə qalxıb. “Azadlıq”ın redaksiyası 5 yanvar sayında qiymət artımın...
Dənizdə batan iki neftçinin meyiti Bakıya gətirilib
Xəzərdəki “Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə ötən il dekabrın 4-də baş vermiş qəzada itkin düşən iki nəfərin meyiti yanvarın 3-ü dənizin Türkmənistan sektorunda aşkar edilib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, neftçilər Quliyev Əzizağa Nöhbala ...
Neftin yeni qiymətləri açıqlanıb
Dünya birjalarında neft ucuzlaşıb. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 1,95 dollar ucuzlaşaraq 36,82 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,61 dollar azalaraq 37,28 dollar olub. AZƏRTAC-ın 5 yanvar məlumatına görə, “AzəriLayt” markalı neftin bir b...
1 dollar 1 manat 56 qəpiyi keçdi
Yanvarın 5-də Mərkəzi Bank Azərbaycan manatının xarici valyutalara nəzərən yeni məzənnəsini açıqlayıb. 1 dollar ötən il dekabrın 30-u ilə müqayisədə 1,5594 manatdan 1,5610 manata qalxıb. Avro da isə düşmə qeydə alınıb. Transparency.az bildirir ki, Mərkəzi Bank 1 avronun rəsmi kursunu 1,7046 manatdan...
Kredit burulğanından çıxmaq təklifləri
İqtisadçı ekspert Qubad İbadoğlu 21 dekabr devalvasiyasından sonra dollarla kredit borcu olanların düşdüyü vəziyyətdən qurtulması üçün təkliflər verib. Transparency.az-ın məlumatına görə, ekspert bunları tövsiyə edir: – 2016-cı il yanvarın 1-dən xarici valyuta ilə olan kreditlər yalnız valyuta...
Qəzetlərə 1 milyon 223 min manat yardım ayrılıb
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu 2016-cı ilin birinci yarısı üçün maliyyə yardımı ayırdığı qəzetlərin siyahısını açıqlayıb. Yardım almaq üçün fondun elan etdiyi müsabiqəyə 34 qəzet sənəd təqdim edib. “Zaman Azərbaycan”dan başqa 33 qəzetin layihə təklifləri qəbul olunub. Transparency.az 2016-c...
“Apple” kapitallaşma üzrə dünya birincisi oldu
Yüksək texnologiyalı şirkətlərin kapitallaşma üzrə reytinqi açıqlanıb. Bu kateqoriya üzrə “Apple” reytinqdə birinci, “Alphabet” isə (“Google” və “Android”in əsas şirkəti) ikinci pillədə qərarlaşıb. AZƏRTAC “The Wall Street Journal” qəzetinə istinadla xəbər verir ki, “Apple” şirkəti 2015-ci ilə 640 m...
Prezident bayram hədiyyəsinə sərəncam verdi
Aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında prezident sərəncamı imzalanıb. Sərəncama əsasən, 30 dekabr 2015-ci ilə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə 50 manat məbləğində birdəfəlik yard...
Bayram məzənnəsi: dollar 1 manat 56 qəpiyi ötəcək
Dekabrın 30-da Mərkəzi Bank məlumat yayıb. Əhalinin nəzərinə çatdırılır ki, qarşıdakı bayram günlərində (31 dekabr-4 yanvar) milli valyutanın məzənnəsi ilə bağlı yarana biləcək hər hansı spekulyativ xarakterli məlumatlara və şayiələrə inanmasınlar: “Yeni məzənnə siyasəti rejiminə uyğun olaraq tələb ...