Sosial
Orta maaş 11,2 faiz artıb
2023-cü il martın 1-nə Azərbaycan iqtisadiyyatında muzdlu işçilərin sayı 1 milyon 715,8 min nəfər olub. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin eyni dövrünə nisbətən 11,2 faiz artaraq 854,5 manata çatıb...
İstehsal və sərmayə hesabatı
2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda 30 milyard 310,6 milyon manatlıq, ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, iqtisadiyyatın neft-qaz sektorunda 3,9 f...
Bazar necə bahalaşıb?
Dövlət Statistika Komitəsi istehlak qiymətlərinin necə dəyişdiyini açıqlayıb. Novator.az bildirir ki, hesabata görə, 2023-cü ilin yanvar-mart aylarında qiymətlər 2022-ci ilin eyni dövrünə nəzərən 13,8 faiz artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə bahalaşma 17,1 faiz, qeyri-ərzaq mə...
“AzəriLayt” 90 dolları keçib
Energetika Nazirliyinin 13 aprel məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 90,78 dollara satılır. Bu, dövlət büdcəsində nəzərdə tutulandan 40,78 dollar yuxarı qiymətdir. 2023-cü ilin büdcəsində bir barrel neft 50 dollardan götürülüb, “AzəriLayt” yanvara 87,99, fevrala 87,53, m...
Su sərəncamları
Prezident İlham Əliyev aprelin 12-də su sərəncamları imzalayıb. Bir sərəncam Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçirilməsini nəzərdə tutur. Nazirlər Kabinetinə pilot lay...
12 aprel qiyməti
Energetika Nazirliyinin 12 aprel məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 88,44 dollara satılır. 2023-cü ilin dövlət büdcəsində bir barrel neft 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 87,99, fevrala 87,53, marta 85,01, aprelə 81,88 dollarla başlayıb. Yanvar-mart aylarında...
ABŞ-da çox adam maaş davası döyməkdən çəkinir
ABŞ-da əksəriyyət işə girərkən təklif olunan maaşı dəbbələmir, daha yüksək məbləğ tələb etməkdən çəkinir. Novator.az-ın məlumatına görə, “Pyu” Araşdırma Mərkəzinin (Pew Research Center) keçirdiyi sorğunun nəticələri belə deməyə əsas verir. 5,5 min işçi arasında fevralda aparılmış sorğu göstərib ki, ...
Gürcüstanın orta maaş statistikası
Gürcüstanın Milli Statistika Xidməti orta aylıq əməkhaqqı göstəriciləri yayıb. Novator.az bildirir ki, hesabata görə, 2022-ci ilin sonuna ölkədə orta maaş 1773,7 lariyə çatıb, qadınlar ayda 1,4 min lari, kişilər 2,3 min lari alıb. Rəsmi məlumatda 2017-ci ilin sonunda orta maaşın 1140,9 lari, 2018-ci...
Hasilatın üç ayı, illəri
Rəsmi hesabata görə, 2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda kondensatla birgə 7,7 milyon ton neft hasil olunub, 6,4 milyon ton ixrac qeydə alınıb. Beynəlxalq razılaşma Azərbaycanın gündəlik xam neft hasilatını 684 min barrel müəyyən edib. Gündəlik hasilat yanvarda 533 min barrel, fevralda 5...
Elektroenergetika qanunu son oxunuşdan keçdi
Milli Məclisin 11 aprel iclasında “Elektroenergetika haqqında” qanun layihəsi son oxunuşdan keçib. Qanunun 2024-cü il yanvarın 1-dən (bəzi maddələrin 2025-ci il iyulun 1-dən və 2028-ci il iyulun 1-dən) qüvvəyə minməsi nəzərdə tutulur. Novator.az bildirir ki, layihəyə görə, elektroenergetika sektorun...
Qapalı sərhədin örtülü işləri
2020-ci il martın 31-dən koronavirus infeksiyasına görə tətbiq olunan xüsusi karantin rejimi Azərbaycana giriş-çıxışa məhdudiyyət qoyur – quru sərhədlər bağlıdır. İqtisadçı, Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli rəsmi statistikaya əsaslanaraq yazır ki, 2023-cü ilin yanvar-fe...
Azərbaycan Dünya Bankının yoxsulluq güzgüsündə
İqtisadçı Rövşən Ağayev Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə yeni iqtisadi hesabatına nəzər salıb. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, hesabat zəif iqtisadi artım şəraitində yüksək inflyasiyanın səbəb olduğu yaşayış xərclərinin artımına həsr edilib: “Hesabat müəllifləri yaşayış x...
Tikintiyə nəzarət sərtləşir
Milli Məclisin 7 aprel iclasında Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər ilk oxunuşdan keçib. Novator.az bildirir ki, əsas yeniliklərdən birinə görə, tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; tikinti işlərinin dayandırılması...
Ermənistanda nələr bahalaşıb?
2023-cü ilin martında Ermənistanda istehlak ötən ilin eyni ayına nəzərən 5,4 faiz bahalaşıb. Novator.az bildirir ki, məlumatı yayan Statistika Komitəsi ərzaq məhsullarında qiymət artımını 5,1 faiz göstərir. Hesabata əsasən, istirahət və əyləncə sahəsi üzrə 11,2 faiz, restoran və mehmanxana xidməti ü...
Tarif Şurası böyüdüldü
Aprelin 7-də fərman imzalayan prezident İlham Əliyev Tarif (qiymət) Şurasının əsasnaməsini yeniləyib. Novator.az bildirir ki, şuranın tərkibi belə müəyyən olunur: sədr – iqtisadiyyat naziri, üzvlər – maliyyə nazirinin müavini, ədliyyə nazirinin müavini, energetika nazirinin müavini, rəqə...
7 aprel qiyməti
AZƏRTAC-ın 7 aprel məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 88,91 dollara satılır. Bu, dövlət büdcəsində nəzərdə tutulandan 38,91 dollar yuxarı qiymətdir. 2023-cü ilin büdcəsində bir barrel neft 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 87,99, fevrala 87,53, marta 85,01, ap...
1,7 manatın 5 il 1 ayı
Mərkəzi Bank aprelin 7-də ABŞ dollarının kursunu 1,7 manat saxlayıb, qiymət sabitliyinin 5 il 1 ayı tamamlanıb. 2015-2017-ci illərdə rəsmi məzənnəsi 0,7844 manatdan 1,7001 manata yüksələn dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur. Manat valyuta hərraclarında qorunur. Novator.a...
Manat 929 milyon dollar aparıb
Rəsmi hesabata görə, Dövlət Neft Fondu Mərkəzi Bankın 2023-cü ilin yanvar-mart aylarında keçirdiyi valyuta hərraclarında 929 milyon ABŞ dolları məbləğində vəsait satıb. Novator.az bildirir ki, yanvarda fonddan 188,5 milyon dollar, fevralda 356,6 milyon dollar, martda 383,9 milyon dollar alınıb. 2015...
Kənd təsərrüfatı naziri vəzifəsini kim icra edir?
Aprelin 4-də Ali Məhkəmənin üzvü və sədri təyin olunan İnam Kərimov kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib. Prezident İlham Əliyev nazir vəzifəsinin müvəqqəti icrasını müavin Sarvan Cəfərova tapşırıb. Novator.az bildirir ki, 1985-ci il təvəllüdlü Sarvan Elxan oğlu Cəfərov Bakı Dövlət Unive...
Valyuta ehtiyatı və pul bazasında artım
Mərkəzi Bank aprelin 1-nə valyuta ehtiyatını 9 milyard 133 milyon dollar göstərib. Novator.az bildirir ki, 2023-cü il 8 milyard 995,7 milyon dollarla başlayıb, üç ayda 137,3 milyon dollar artım qeydə alınıb. Başqa bir hesabata əsasən, üç ayda pul bazası (dövriyyədəki pul vəsaitləri və kommersiya ban...