Sosial
Prezident iki yolun açılışında iştirak edib
Prezident İlham Əliyev dekabrın 8-də Bakının Sabunçu rayonunda əsaslı şəkildə yenidən qurulan Ramana-Maştağa avtomobil yolunun və Suraxanı rayonunda Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 5 kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib. Xəbəri AZƏRTAC yayıb.
Valyuta kurslarında nə yenilik var?
Mərkəzi Bank dekabrın 8-də ABŞ dollarının kursunu sabit saxlayıb. Novator.az-ın məlumatına görə, dollar banklara ötən gün olduğu kimi 1,7369 manata satılır. Bir çox valyutanın rəsmi məzənnəsində isə artım var. Avro 1,8625 manatdan 1,8716 manata, Rusiya rublu 0,0272 manatdan 0,0274 manata yüksəlib (M...
Deputatlar hökumətə vaxt verib
Milli Məclis 2017-ci ilin dövlət büdcəsinə dair təkliflərə münasibət bildirilməsi üçün hökumətə dekabrın 16-dək vaxt verib. Dekabrın 6-sı və 7-si keçirilmiş müzakirələrdə 70-dən çox deputat dövlət büdcəsinə dair fikirlərini açıqlayıb və təkliflərini diqqətə çatdırıb. 2017-ci ilin dövlət büdcəsinin g...
Kredit büroları haqqında qanun qüvvəyə mindi
Kredit büroları qanunu qüvvəyə minib. Novator.az-ın məlumatına görə, prezident İlham Əliyev dekabrın 7-də qanunun tətbiqinə fərman verib. Qanun Azərbaycan Respublikasında kredit bürolarının yaradılmasının və fəaliyyətinin hüquqi əsaslarını, kredit tarixçələrinin formalaşdırılması və məlumatdan istif...
“Tik-idarə et-təhvil ver” modeli: qayda təsdiqləndi
Prezident İlham Əliyev fərman imzalayaraq tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin “Tik-idarə et-təhvil ver” modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, ba...
Bank hesabı açmadan xarici valyutada pul köçürmək yasaqlandı
Mərkəzi Bankın İdarə Heyəti Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatları aparması qaydalarını təsdiqləyib. Yeni qaydalara əsasən, bank hesabı açmadan Azərbaycan Respublikasının daxilində və ölkədən kənara xarici valyutada pul köçürməsini yalnız rezident v...
Pirallahını sahillə birləşdirən yeni körpü istifadəyə verilib
Pirallahı adasını sahillə birləşdirən yeni avtomobil körpüsü istifadəyə verilib. “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin məlumatına əsasən, Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrliyində yerləşən 9 aşırımlı körpünün uzunluğu 422 metr, eni 14 metr, hərəkət hissəsinin eni 12 metr, orta aşırım...
Fərdi uçot sistemində nə qədər vətəndaş qeydiyyata alınıb?
Noyabr ayında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində 17071 nəfərə (ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,4 faiz çox) fərdi şəxsi hesab açılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi hesabatına görə, ümumilikdə bu ilin yanvar-noyabr aylarında daha 172 829 nəfər fərdi u...
Gələn ilə nə proqnoz verilir?
“2017-ci ildə ümumi daxili məhsulun 1 faiz, növbəti illərdə isə orta hesabla 2 faizdən çox artacağı proqnozlaşdırılır”. Dekabrın 6-sı Milli Məclisdə, 2017-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsində çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev belə deyib. Nazirin sözlərinə görə, ümumi daxili...
Dollar 1 manat 74 qəpiyə doğru gedir
Dekabrın 7-də ABŞ dolları bahalaşıb. Novator.az-ın məlumatına görə, rəsmi məzənnə 1,7339 manatdan 1,7369 manata yüksəlib. Əvvəlki kurs dekabrın 2-dən qüvvədə idi. Mərkəzi Bank digər valyutalara belə qiymət qoyub: 1 avro – 1,8625 manat 1 gürcü larisi – 0,6785 manat 1 ingilis funt sterlinqi – 2,1995 m...
Strateji yol xəritələri təsdiqlənib
Prezident İlham Əliyev milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrini təsdiq edib. Novator.az-ın məlumatına görə, təsdiqlənən sənədlər bunlardır: – Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi; – Neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaql...
Büdcə layihəsində yeniliklər
Milli Məclisin 6 dekabr iclasında 2017-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub. Layihənin təqdimatında çıxış edən maliyyə naziri Samir Şərifov deyib ki, 2017-ci ilin dövlət büdcəsinin gəlirləri 16 milyard 255 milyon manat məbləğində olmaqla cari ilin proqnozuna nisbətən 567 milyon manat v...
15,8 milyardlıq kreditin 13,3 milyardı Bakının payına düşür
Novator.az regionlar üzrə kredit qoyuluşu göstəricilərini təqdim edir. Mərkəzi Bankın hesabatına görə, bu il ölkədə kreditlərin həcmi 15,8 milyard manatdır. Bu məbləğin 13,3 milyard manatı Bakı şəhərində verilib. Regionların payına 2,5 milyard manat düşüb. Kredit göstəriciləri belədir: Aran iqtisadi...
Avro və rubl bahalaşıb
Mərkəzi Bank dekabrın 6-da ABŞ dollarının rəsmi kursunu yenə sabit saxlayıb. Dollar 1,7339 manata satılır. Bu kurs dekabrın 2-dən qüvvədədir. Avro və Rusiya rublu isə bahalaşıb. Novator.az-ın məlumatına görə, avronun kursu 1,8297 manatdan 1,8651 manata, rublun kursu 0,027 manatdan 0,0271 manata qalx...
Neft nəhəngləri ilə görüşə Azərbaycan və daha 13 ölkə gedir
Aparıcı neft ölkələrini birləşdirən OPEK-lə qeyri-OPEK ölkələri arasında dekabrın 10-u Vyanada keçiriləcək görüşə Azərbaycan da daxil olmaqla 14 ölkə qatılacaq. AZƏRTAC xəbər verir ki, görüşə Azərbaycan, Rusiya, Oman, Meksika, Bəhreyn, Kolumbiya, Konqo, Misir, Trinidad və Tobaqo, Türkmənistan, Boliv...
Nazirlik 21,5 mindən çox müraciəti cavablandırıb
Noyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 çağrı mərkəzləri vətəndaşların 21543 müraciətini cavablandırıb. Hesabata görə, vətəndaşlar əsasən sosial təminat, əmək qanunvericiliyi, pensiya və müavinətlər, sosial sığorta, məşğulluğun təminatı, tibbi-sosial ekspertiza və rea...
Tikinti obyektlərinin istismarına icazəni sadələşdirən aktlar təsdiqlənib
Nazirlər Kabineti bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı normativ hüquqi aktları təsdiq edib. Qərar “Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” prezident fərmanının icrasını təmin etmək məqsədi ilə verilib. Nazir...
Rusiya hökuməti yaşayış minimumunun həddini aşağı saldı
Dekabrın 5-də Rusiya hökuməti ölkədə yaşayış minimumunun yeni həddini təyin edib. Novator.az-ın məlumatına görə, yaşayış minimumu adambaşına 9889 rubl (267 manat) müəyyən olunub. Əmək qabiliyyətli əhali üçün yeni yaşayış minimumu 10678 rubl, pensiyaçılar üçün 8136 rubl, uşaqlar üçün 9668 rubldur. Ə...
Bölgələr və əmanətlər (Yeni hesabat)
Mərkəzi Bankın hesabatına əsasən, noyabrın 1-nə ölkədə əhalinin banklardakı əmanətinin həcmi 7 milyard 413,1 milyon manat olub. Bu məbləğin 6 milyard 922,7 milyon manatı banklara Bakı şəhərində qoyulub. Novator.az-ın məlumatına görə, digər regionlar üzrə göstəricilər belədir: Abşeron iqtisadi rayonu...
Nazirlik elektron xidmətlərdən istifadə hesabatı yayıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Elektron hökumət” portalında təqdim olunan elektron xidmətlərlə bağlı hesabat yayıb. Rəsmi məlumata görə, noyabrda nazirliyin e-xidmətlərinə müraciətlərin sayı əvvəlki ayla müqayisədə 9,5 faiz (49 206 müraciət) artaraq 569 639-a çatıb. “Əmək müqaviləsi bi...