Sosial
“Ağıllı şəhərlər”: Bakı 165 şəhər arasında 127-cidir
2018-ci ilin ən intellektual şəhərlərinin reytinqi açıqlanıb. Novator.az-ın məlumatına görə, İspaniyanın Navarra Universitetinin Biznes Məktəbinin hazırladığı illik reytinqə 80 ölkənin 165 şəhəri daxil edilib. Şəhərlərin 74-ü paytaxtdır. İntellektual şəhərlər reytinqi iqtisadiyyat, idarəçiliyin keyf...
Vergi orqanlarına şikayətlər 22 faiz azalıb
Vergilər Nazirliyi statistik bilgilər açıqlayıb. Rəsmi hesabata görə, 2018-ci ilin birinci yarısında vergi orqanlarına 47 min 299 müraciət daxil olub, bu da ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 7,4 faiz azdır. Müraciətlərin 93,6 faizi ərizə, 6,1 faizi şikayət, 0,3 faizi təklif xarakterli olub...
Valyutaların rəsmi qiyməti
Mərkəzi Bank iyulun 24-də Rusiya rublunun satış kursunu 0,027, türk lirəsini 0,3583 manata qaldırıb. Avro (1,9851), gürcü larisi (0,6942 manat), ingilis funt sterlinqi (2,2248 manat) ucuzlaşıb. ABŞ dollarının rəsmi məzənnəsi isə 1,7 manat həddində qalıb. Bu qiymət martın 7-dən qüvvədədir (Siyahı).
Komitə sədri yarım illik hesabat verib
Əmlak Məsələləri Dövlət Komitəsində 2018-ci ilin yanvar-iyun ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib. İyulun 23-də yayılan rəsmi məlumata görə, müşavirədə çıxış edən komitə sədri Kərəm Həsənov deyib ki, vətəndaşlara göstərilən elektron xidmətlərin sayı...
Yol xəritələrinin icra vəziyyəti
Strateji yol xəritələrinin 2017-ci üzrə icra vəziyyəti açıqlanıb. Prezident İlham Əliyev milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrini 2016-cı il dekabrın 6-da təsdiq edib. Yol xəritələrinin həyata keçirilməsinə ümumi rəhbərlik və nəzarət Prezident Administrasiy...
Uçot dərəcəsi 2006-cı ildən bəri necə dəyişib?
Novator.az Azərbaycanda uçot dərəcəsinin son illərdə necə dəyişməsinə nəzər salıb. Uçot dərəcəsi Mərkəzi Bankın kommersiya banklarına manatla verdiyi borclar üzrə faiz dərəcəsidir. 2006-cı il iyulun 2-dən 9,5%-lik uçot dərəcəsi qüvvədə olub. 2007-ci il aprelin 1-də uçot dərəcəsi 12%-ə, iyunun 1-də 1...
Rusiyada 19,3 milyon yoxsul var
Rusiyanın Federal Statistika Xidməti yoxsulluq səviyyəsi ilə bağlı hesabat yayıb. Novator.az xəbər verir ki, 2017-ci ildə yoxsulluq səviyyəsinin 2016-cı illə müqayisədə aşağı düşdüyü vurğulanır. Rəsmi açıqlamaya görə, ötən il Rusiyada 19,3 milyon yoxsul qeydə alınıb. Bu, 2016-cı ilə nisbətdə 200 min...
Neftin qiyməti yuxarı getdi
AZƏRTAC-ın 20 iyul məlumatına görə, Azərbaycan neftinin qiyməti artıb. “AzəriLayt” markalı neftin bir barrelinin 1,5 dollar bahalaşaraq 74,64 dollara satıldığı bildirilir. London birjasında brent markalı neftin bir barreli 72,80 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 69,75 doll...
Günün məzənnələri
Mərkəzi Bank iyulun 20-də ingilis funt sterlinqini (2,2148 manat), Rusiya rublunu (0,0267 manat) və türk lirəsini (0,3529 manat) ucuzlaşdırıb. ABŞ dollarının kursu 1,7 manat həddində qalıb. Bu qiymət martın 7-dən qüvvədədir. Bir neçə valyuta isə bahalaşıb. Novator.az-ın məlumatına görə, dəyər artıra...
Biznes forumunda çağırışlar
İyulun 19-u Bakıdakı Heydər Əliyev Mərkəzində Azərbaycan-İtaliya biznes forumu keçirilib. AZƏRTAC xəbər verir ki, prezidentlər İlham Əliyev və Serco Mattarella biznes forumunda iştirak ediblər. Tədbirə rəsmi şəxslərlə yanaşı enerji, tikinti, dizayn və memarlıq, infrastruktur, nəqliyyat, kənd təsərrü...
Pensiya yaşını qaldıran layihə bir oxunuşdan keçdi
Rusiya parlamentinin aşağı palatası olan Dövlət Duması iyulun 19-da pensiya qanunvericiliyinə dəyişiklikləri ilk oxunuşda qəbul edib. Hökumətin təklif etdiyi layihə pensiya yaşını yüksəltməyi nəzərdə tutur. Qanun layihəsi kişinin pensiya yaşını 65-ə, qadının pensiya yaşını 63-ə qaldırır. İndi Rusiya...
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun dərc olunub
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun prezidentin imzası ilə rəsmiləşib. Novator.az bildirir ki, iyulun 19-da dərc olunmuş qanun Azərbaycan vətəndaşlarına, Azərbaycan ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə şamil edilir. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi v...
Dövlət fondunun gəlirləri 4,7 faiz artıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatına görə, bu ilin birinci yarısında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən ilin yanvar-iyul aylarına nisbətən 4,7 faiz artaraq 1 milyard 907,9 milyon manata çatıb. Dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozuna 103,6 faiz əməl ...
Bir həftədə Azərbaycan nefti 7 dollardan çox ucuzlaşıb
Dünya birjalarında neftin qiyməti düşüb. AZƏRTAC-ın 19 iyul məlumatına görə, “AzəriLayt” markalı neftin bir barreli 0,20 dollar ucuzlaşaraq 73,14 dollar olub. London birjasında brent markalı neftin bir barrelinin 72,77 dollara, Nyu-York birjasında layt markalı neftin bir barrelinin 68,73 dollara end...
Avroda yüksəliş
İyulun 19-da avronun rəsmi məzənnəsi 1,9801 manata yüksəlib. Bir çox valyuta isə dəyər itirib. Novator.az-ın məlumatına görə, ucuzlaşan gürcü larisi banklara 0,6924, ingilis funt sterlinqi 2,2228, Rusiya rublu 0,027, türk lirəsi 0,3533 manata təklif olunur. Mərkəzi Bank ABŞ dollarının kursunu 1,7 ma...
Maliyyə Monitorinqi Xidmətinin nə səlahiyyətləri var?
Dövlət başçısı İlham Əliyev Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətini təmin etməyə fərman verib. Maliyyə Monitorinqi Xidməti mayın 25-də yaradılıb, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq sahəs...
Ev tikintisində 13 faizə yaxın artım var
Dövlət Statistika Komitəsi yaşayış evlərinin tikintisi haqqında hesabat yayıb. Novator.az bildirir ki, hesabata görə, 2018-ci ilin birinci yarısında 946,4 min kvadratmetr və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz çox yeni yaşayış evləri tikilib istifadəyə verilib. Yanvar-iyun aylarında ...
Fərdi uçot sisteminin hesabatı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bu ilin yanvar-iyun aylarında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində 82892 nəfərə fərdi şəxsi hesab açılıb. İyulun 1-nə fondun fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayının ötən ilin müvafiq dövrü ilə ...
Kurslar necə yenilənib?
Mərkəzi Bank iyulun 18-də üç valyutanın kursunu qaldırıb. Novator.az-ın məlumatına görə, bahalaşan Braziliya rialı 0,4429, Moldova leyi 0,102, türk lirəsi 0,3539 manata satılır. ABŞ dollarının rəsmi qiyməti 1,7 manat səviyyəsində qalıb. Bir çox valyuta isə ucuzlaşıb. Avro 1,9794, gürcü larisi 0,6928...
“Yanardağ”a vəsait
Prezident İlham Əliyev iyulun 17-də “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ilə bağlı sərəncam imzalayıb. Sənəd qoruğun müasir standartlara uyğunlaşdırılması və abidənin ərazisində müasir turizm infrastrukturunun yaradılması məqsədilə 2018-ci ilin dövlət büdcəsindən, prezidentin ehtiyat ...