Sosial
Naxçıvan iqtisadiyyatı 1 faiz irəli gedib
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 2018-ci ilin yanvar ayında bölgədə 163,4 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur. Bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2017-...
Gələn 16,4 faiz artıb, gedən 3 faiz azalıb
Dövlət Statistika Komitəsi turizmlə bağlı yeni hesabat yayıb. Novator.az-ın məlumatına görə, qeyd olunur ki, 2018-ci ilin yanvarında Azərbaycana 138 ölkədən 186,2 min və ya ötən ilin eyni ayı ilə müqayisədə 16,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 30,7 faizi Rusiya, 24,5 f...
Məzənnə cədvəli
Mərkəzi Bank fevralın 22-də ABŞ dollarının (1,7001 manat) və Rusiya rublunun (0,03 manat) məzənnələrini dəyişməyib. Novator.az-ın məlumatına görə, avronun rəsmi kursu 2,0865 manata salınıb. Bahalaşan gürcü larisi banklara 0,69 manata, türk lirəsi 0,4475 manata təklif olunur (Tam siyahı). Dolların in...
Sədr və yolçəkənlər təltif olundu
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov “Şöhrət” ordeni ilə təltif olunub. Sərəncamı fevralın 21-də prezident İlham Əliyev imzalayıb. Təltif Saleh Məmmədovun yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətləri ilə əsaslandırılıb. 60 yaşlı Saleh Məmməd...
Köçkün müavinətində yenilik
Prezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsini gücləndirməyə sərəncam verib. Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılır. Novator.az bildirir ki, 2...
“Kütləvi çıxarış” cəbhə bölgəsinə baş çəkib
“Kütləvi çıxarış” kampaniyası cəbhə bölgəsində yaşayan sakinlərə xidmət göstərib. Əmlak Məsələləri Dövlət Komitəsi bildirir ki, fevralın 21-də keçirdiyi kampaniyanın ünvanı Ağdamın Qaradağlı, Əfətli, Çəmənli və Sarıcallı kəndləri olub. 220-yə yaxın sakinə qeydiyyatla bağlı xidmət göstərilib. Qaradağ...
Hərraclarda valyuta satışı 26,3% azalıb
Mərkəzi Bank 2017-ci il üzrə pul siyasəti icmalı açıqlayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, 2017-ci ildə manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyyə balansı üzrə meyllərə uyğun formalaşıb: “Tədiyyə balansının yaxşılaşması, ixracın genişlənməsi və idxalın əvəz edilmə...
Artım məbləğləri ilə bağlı rəsmi açıqlama
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni artım sənədləri ilə bağlı açıqlama yayıb. Fevralın 20-də Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxs üçün prezident təqaüdünün aylıq məbləği artırılıb. Dövlət başçısı İlham Əliyevin fərmanı ilə martın 1-dən təqaüdün məbləği 1500 manat müəyyən edili...
21 fevral məzənnələri
Fevralın 21-də bir çox valyuta ucuzlaşıb. Novator.az-ın məlumatına görə, avro 2,0949, gürcü larisi 0,6873, Rusiya rublu 0,03, türk lirəsi 0,4466 manata düşüb. İngilis funt sterlinqinin rəsmi kursu 2,377 manata yüksəlib. Mərkəzi Bank ABŞ dollarının məzənnəsini 1,7001 manat saxlayıb (Tam siyahı). Bu k...
Yeni artım sərəncamları
Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxs üçün prezident təqaüdünün aylıq məbləği artırılıb. Dövlət başçısı İlham Əliyevin fərmanı ilə martın 1-dən təqaüdün məbləği 1500 manat müəyyən edilir. Novator.az bildirir ki, hazırda Milli Qəhrəman adı verilmiş şəxsə 1300 manat təqaüd verilir. Milli Qəhr...
DSMF-yə hansı borclar silinəcək?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi prezident İlham Əliyevin “Məcburi dövlət sosial sığorta haqları üzrə borcların tənzimlənməsi haqqında” qanun layihəsi təşəbbüsü ilə çıxış etdiyini açıqlayıb. Detallar belədir: “Layihədə sığortaedənlərin Dövlət Sosial Müdafiə Fondunun uçot sistemində 2006-c...
Yeni hərrac
Əmlak Məsələləri Dövlət Komitəsi fevralın 20-də hərrac keçirib. Rəsmi məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 1-i səhmdar cəmiyyəti, 2-si kiçik dövlət müəssisəsi, 3-ü isə qeyri-yaşayış sahəsidir. Kiçik dövlət müəssisələri paytaxtın Sabunçu rayonunda və Mərdəkan qəsəbəsində yerləşir. Qeyri...
Artım sərəncamları neçə nəfəri əhatə edəcək?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət başçısı İlham Əliyevin müharibə əlillərinə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə verilən prezident təqaüdünün artırılması barədə sərəncamlarla bağlı açıqlama yayıb. Açıqlamaya görə, şəhid ailəsi üçün...
Valyutalarda eniş
Mərkəzi Bank fevralın 20-də avronu (2,106 manat), gürcü larisini (0,6877 manat), ingilis funt sterlinqini (2,3763 manat) və türk lirəsini (0,4519 manat) ucuzlaşdırıb. Novator.az-ın məlumatına görə, ABŞ dollarının rəsmi kursu 1,7001 manat, Rusiya rublu 0,0301 manat səviyyəsində saxlanıb (Məzənnələr)....
Prezident təqaüdləri necə artır?
Dövlət başçısı İlham Əliyev sərəncamlar imzalayaraq şəhid ailəsinə; müharibə əlillərinə; 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə verilən prezident təqaüdlərini 10 faiz artırıb. Artımlar martın 1-dən qüvvəyə minir. Novator.az bildirir ki, şəhid ailəsi üçün prezident təqaüdü...
Vergilər Nazirliyi təklif və xəbərdarlıq edir
Fevralın 19-da Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib. Müraciətdə deyilir: “Vergi sistemində həyata keçirilməsinə başlanmış şəffaflığın təmin edilməsi və vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi prinsipləri vergi ödəyicilərinin də öz öhdəliklərin...
Balıq ovu və artımında yeniliklər
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2017-ci ildə 136 hüquqi və fiziki şəxsə balıq ovu üçün verilmiş 1024,9 ton kvotaya qarşı 964,9 ton balıq ovlanıb. Bu, 2016-cı illə müqayisədə 30,5 faiz çoxdur. Ovlanmış balığın 559,1 tonu kilkə, 100,1 tonu kütüm, 74,9 tonu siyənək, 59,1 tonu kefal, 49,8...
Sənayedə orta maaş 970 manata yaxınlaşıb
2017-ci ildə sənayedə çalışan muzdlu işçilərin orta siyahı sayı 194,5 min nəfər olub, onların 33,8 min nəfəri mədən, 102,7 min nəfəri emal, 26,7 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 31,3 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bö...
Xaricə gedən məhsulun 88 faizə qədəri neft və qazdır
2018-ci ilin yanvar ayında Azərbaycanın ixracının 87,94 faizi neft-qaz sektoruna aid olub. Novator.az bildirir ki, ixracın 84,22 faizini xam neft, 1,53 faizini neft məhsulları, 2,19 faizini təbii qaz təşkil edib. Dövlət Gömrük Komitəsinin hesabatına görə, ixracın 3,36 faizi meyvə-tərəvəzdir. İdxalın...
Azərbaycanın xarici ticarət tərəfdaşları
Azərbaycanın əsas xarici ticarət tərəfdaşları açıqlanıb. Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi bildirir ki, 2018-ci ilin yanvarında əsas tərəfdaş İtaliya olub. Bu ölkə ilə ticarət ümumi dövriyyənin 17,24 faizi həcmində göstərilir. Rusiya 9,49 faizlə ikinci, İsrail 8,04 faizlə üçüncü,...