Siyasət
Zamin Salayevə cəza kəsildi
Mayın 22-də Qaradağ Rayon Məhkəməsi cəbhəçi Zamin Salayevə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Partiya funksioneri silah tətbiq etməklə xuliqanlıqda təqsirli bilinib. AXCP Salyan şöbəsinin sədri olan Zamin Salayev fevralın 7-si Bakıda tutulub. İttihama görə, cəbhəçi həmin gün paytaxt ...
Dünya hara gedir?
Natiq Cəfərli Son 150-200 ildə dünya iqtisadiyyatında dəyişikliklər enerji mənbələrinə bağlı olub. Sənaye inqilabı, avadanlıqlar, maşınlar, robotlar da önəmlidir, amma ən önəmlisi enerji mənbələridir. 19-cu əsrin dəyişiklikləri daha çox daş kömürdən istifadənin artmasından doğub. 20-ci əsrin ilk 60-...
Litva səfəri
Litva səfərində olan prezident İlham Əliyev mayın 22-si paytaxt Vilnüsdə həmkarı Gitanas Nauseda ilə məhdud tərkibdə görüşüb. Dövlət başçıları geniş tərkibdə də bir araya gəliblər, onların iştirakı ilə Azərbaycan-Litva sənədləri imzalanıb (“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naz...
Baş nazir yarımçıq qələbə qazandı
Yunanıstanda mayın 21-də keçirilmiş parlament seçkisinin ilkin nəticələri açıqlanır. Novator.az bildirir ki, rəsmi hesabata görə, hakim Yeni Demokratiya Partiyası 300 yerlik qanunverici orqanda 146 mandata sahib çıxır. SİRİZA Partiyasının 71, PASOK-KİNAL Hərəkatının 41, Kommunist Partiyasının 26, Yu...
Ali Seçki Qurumu birinci tura nöqtə qoydu
Mayın 19-da Türkiyənin Ali Seçki Qurumu parlament seçkisi ilə birgə keçirilmiş prezident seçkisinin nəticələrini təsdiqləyib. Novator.az bildirir ki, qərara görə, Xalq ittifaqının namizədi, dövlət başçısı, Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Teyyub Ərdoğan 49,52 faiz, Millət ittifaqının nami...
Tehranda qiyamçı qəsəbəni uçururlar
2022-ci ilin sentyabrında gənc qadın Məhsa Əmininin ölümü dalğasında İranı bürüyən etiraz aksiyalarının qaynar nöqtələrindən biri də paytaxt Tehranın Ekbatan qəsəbəsi olub. İndi hakim rejim həmin qəsəbədə xüsusən üstüaçıq iaşə obyektlərini sökməklə məşğuldur. Əsas hədəf Kövsər bazarında gənc oğlan v...
19 may görüşü
Mayın 19-u Moskvada Rusiya, Azərbaycan, Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Ceyhun Bayramov və Ararat Mirzoyan görüşüblər. Hər üç tərəfdən nümayəndə heyətlərinin qatıldığı görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin dinc çözümü müzakirə olunub. Moskva mayın 25-də Rusiya prezidenti Vl...
“Bloomberg”: Ukrayna NATO-nundur
Novator.az saytı ABŞ-ın “Bloomberg” agentliyinin internet səhifəsindəki “Ukrayna NATO-nundur, geci-tezi var” adlı redaksiya məqaləsini ingiliscədən çevirib oxucuların diqqətinə çatdırır. Rusiyanın Ukraynada apardığı müharibənin necə bitəcəyini kimsə bilmir. Həm də Ukrayna rəhbərliyi döyüşlər səngiyə...
Moskva görüşü anonsu
Mayın 25-i Moskvada Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan bir araya gələcək. Üçtərəfli görüş anonsunu Ermənistan hökumətinin 18 may iclasında Nikol Paşinyan verib. Üç ölkənin xarici işlər nazirlərinin (Sergey Lavrov, Ceyhun Bay...
Türkiyə: yeni parlamentə 16 partiya düşür
Türkiyədə mayın 14-ü prezident seçkisi ilə birgə keçirilmiş parlament seçkisinin ilkin nəticələrinə görə, 600 nəfərlik Türkiyə Böyük Millət Məclisində 16 partiya təmsil olunacaq. Novator.az bildirir ki, Xalq ittifaqından hakim Ədalət və İnkişaf Partiyası (ittifaqa dəstək verən Demokratik Sol Partiya...
Zamin Salayev xəbərdarlığı
Məhbus cəbhəçi Zamin Salayevin aclıq aksiyası 100 günü geridə qoyub. AXCP Salyan şöbəsinin sədri olan Zamin Salayev fevralın 7-si Bakıda tutulub, silah tətbiq etməklə xuliqanlıqda təqsirli bilinir. İttihama görə, cəbhəçi həmin gün paytaxt sakini Natiq Süleymanova bıçaqla xəsarət yetirib. İstintaqı Q...
Paşinyanın oğlunu oğurlamaq istədilər
Mayın 17-si Ermənistanın paytaxtı Yerevanda baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğlunu oğurlamaq istəyiblər. Armtimes.com xəbər verir ki, hadisə saat 15 radələrində baş verib. Bir qrup şəxs evinin yanında Aşot Paşinyanı maşına basıb aparmaq istəyib, ancaq o, son anda özünü maşından yola ...
Olaf Şolts: “Müharibə Putinin qələbəsi ilə bitməyəcək”
“Rusiyanın Ukraynaya qarşı müharibəsi Putinin qələbəsi ilə bitməyəcək”. Novator.az-ın məlumatına görə, Almaniya kansleri Olaf Şolts Avropa Şurasına üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşündə belə deyib. 46 ölkə liderinin iştirakı ilə İslandiya paytaxtı Reykyavikdə keçirilən ikigünl...
Nikola Sarkozi yenə həbs cəzası aldı
Fransa paytaxtı Parisin Apellyasiya Məhkəməsi mayın 17-də sabiq prezident Nikola Sarkozini 3 il müddətinə azadlıqdan məhrum edib. Siyasətçi korrupsiya və nüfuz alverində təqsirli bilinib. Cəzanın 2 ili şərti cəzadır. Sabiq prezidentin vəkili Tyeri Erzoq və Kassasiya Məhkəməsinin keçmiş hakimi Jilber...
Tokayev yubiley yaşında
Qazaxıstan prezidenti Qasım-Comərd Tokayevin 70 yaşı tamam olur. Novator.az bildirir ki, Qasım-Comərd Tokayev 1953-cü il mayın 17-də doğulub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu və Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirib, siyasi elmlər doktorudur. 1975-ci ildə...
Sinan Oğanın ikinci tur şərtləri
Türkiyədə mayın 14-ü parlament seçkisi ilə birgə keçirilmiş prezident seçkisi qalibi müəyyən etmədi: Xalq ittifaqının namizədi, dövlət başçısı, Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Teyyub Ərdoğan 49,50 faiz, Millət ittifaqının namizədi, millət vəkili, Cümhuriyyət Xalq Partiyasının lideri Kama...
Keçmiş prezidentin qızı Putinə aşiq olub
Cənubi Afrika Respublikasının sabiq prezidenti Ceykob Zumanın qızı Duduzile Zuma-Sambudla Rusiya rejiminin xeyrinə dezinformasiyalar yaymaqda ittiham olunur. Novator.az-ın məlumatına görə, ABŞ və Böyük Britaniya hökumətlərinin sifarişi ilə aparılmış araşdırma Duduzilenin Afrikada Moskvanın lehinə de...
Türkiyə parlamentində qadın rekordu
Türkiyədə mayın 14-ü prezident seçkisi ilə birgə keçirilmiş parlament seçkisində 121 qadın mandat alır, zərif cinsin qanunverici orqanda təmsilçiliyi 20,1 faizə çatır. Bu, 1923-cü ildə respublika elan olunandan bəri ən yüksək həddir. Novator.az bildirir ki, ilkin hesabata görə, 600 nəfərlik Türkiyə ...
Ərdoğanlı seçkilər
Türkiyədə mayın 14-də keçirilmiş qoşa seçki yenə Ədalət və İnkişaf Partiyasını önə çıxarıb. Parlament seçkisinin ilkin nəticələrinə görə, Ədalət və İnkişaf Partiyası (siyahısında Demokratik Sol Partiyadan və Hür Dava Partiyasından da namizədlər olub) 600 nəfərlik qanunverici orqana 267 mandatla düşü...
Müsəlman libasında rus təxribatı – “Bloomberg”
Özünü müsəlman ölkəsinin təmsilçisi, islam təəssübkeşi kimi qələmə verib İsveçə hücum çəkən dəstə… Rusiyanın haker qrupu imiş. Novator.az-ın məlumatına görə, bunu İsveçin “Truesec” kibertəhlükəsizlik şirkəti üzə çıxarıb. ABŞ-ın “Bloomberg” agentliyinin yaydığı məqalədə deyilir ki, 2023-cü ilin...