Siyasət
Prezidentin işlər müdiri vəzifəsinə yeni təyinat
Yanvarın 15-də prezident İlham Əliyevin sərəncamına əsasən, Oqtay Qəşəm oğlu Şahbazov Azərbaycan Respublikası prezidentinin işlər müdiri təyin edilib. Buna qədər Oqtay Şahbazov prezidentin işlər müdirinin birinci müavini idi. Prezidentin işlər müdiri vəzifəsi 2005-ci ildən boş idi.
Nazir: “Neftin qiymətindəki məqsədli tərəddüdlər təzyiq vasitəsinə çevrilib”
Energetika naziri Natiq Əliyev “Respublika” qəzetində “Azərbaycan yeni vəziyyəti yeni imkanlara çevirir” adlı məqalə ilə çıxış edib. Transparency.az-ın məlumatına görə, nazir yazır ki, 2015-ci il qlobal məkanda təzahür edən gərginliklərin daha da şiddətlənməsi, uzun illərdən bəri həllini gözləyən mü...
Qazaxıstan iqtisadiyyatı 2015-ci ildə: artımı azalma müşayiət edib
2015-ci ilin nəticələrinə görə, Qazaxıstanda ümumi daxili məhsul 1,2% artıb. Novator.az xəbər verir ki, Qazaxıstan hökumətinin 15 yanvar açıqlamasında belə deyilir. Açıqlamaya görə, iqtisadi artıma baxmayaraq 2015-ci ildə ölkədə sənaye istehsalı 1,6% azalıb. Hökumət sənaye istehsalının azalmasını mə...
19-cu “Şöhrət”
Transparency.az bildirir ki, baş prokuror Zakir Qaralov hazırda ali vəzifə tutanlar arasında “Şöhrət” ordeni alan 19-cu şəxsdir. İndiyədək bu ordeni baş nazir Artur Rasizadə, baş nazirin müavinləri Abid Şərifov, İsmət Abasov, Əli Əhmədov, Əli Həsənov, nazirlər Fikrət Məmmədov, Yavər Camalov, Kəmaləd...
ABŞ-da müsəlmanların sayı iki dəfədən çox artacaq
2050-ci ilə qədər ABŞ-da müsəlmanların sayı 8 milyon 100 min nəfərə çatacaq. Novator.az bildirir ki, ABŞ-ın “Pew Research Center” sosial araşdırmalar təşkilatı belə proqnoz verib. Hazırda ABŞ-da 322 milyon insan yaşayır. Əhalinin dini mənsubiyyəti barədə rəsmi statistika olmasa da, müstəqil araşdırm...
Müxalif liderlər aksiya ittihamlarına cavab verdi
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq bölgələrdə yanvarın 12-13-də keçirilmiş aksiyalara görə məsuliyyəti iki partiyanın və radikal dindarların üzərinə qoyub: “Həyata keçirilən ilkin prosessual araşdırmalarla məlum olub ki, Siyəzən, Lənkəran, Füzuli, Ağcabədi, Ağsu şəhər və...
Rusiya əhlinin yarıdan çoxu dolların kursunu izləmir
Rusiya əhalisinin əksəriyyəti ABŞ dollarının kursunu izləmir. Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi dekabrın 14-də bununla bağlı keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Novator.az xəbər verir ki, sorğunun nəticələrinə görə, respondentlərin 48%-i dolların kursunu izləmir, 31%-i hərdən, 20%-i isə...
Ağlımızın dekorativ çiçəklənmə dövrü (Birinci yazı)
Oqtay Qorçu Bu ağılla, bu düşüncəylə hara gedirik, bir Allah bilir… Şüur insana Tanrı payıdır, bunu danmaq mümkün deyil. Bəşərin əşrəfi olan insanla bərabər yer üzündəki bütün canlı məxluqatın zehni, əqli dərəcəsi isə, sözsüz ki, ətraf mühitin nizamı ilə həmahəngdir. Yer üzünün, mövcud nizamın...
Bölgələrdə etirazlar
Yanvarın 13-ü Ağsu şəhərinin mərkəzində etiraz aksiyası keçirilib. “Azadlıq” radiosunun məlumatına görə, aksiyaçılar Heydər Əliyev parkından rayon icra hakimiyyətinin binası qarşısına yürüş ediblər. Sakinlər işsizlik, maaş problemi və bahaçılığa etiraz bildiriblər. İcra hakimiyyətinin nümayəndələri ...
Fransada üç islam assosiasiyası bağlanıb
Yanvarın 13-də Fransa hökuməti üç islam mədəniyyət assosiasiyasının fəaliyyətinə qadağa qoyub. Novator.az xəbər verir ki, Fransanın daxili işlər naziri Bernar Kaznyov Nazirlər Şurasının iclasında belə açıqlama verib. Kaznyov deyib ki, Lani-syur-Marn şəhərinin məscidində fəaliyyət göstərən assosiasiy...
Terror aktında ölənlərin səkkizi Almaniya vətəndaşıdır
Yanvarın 12-də İstanbulun Sultanahmed meydanında törədilən terror aktında ölən on nəfərdən səkkizi Almaniya vətəndaşıdır. Bununla bağlı məlumatı ölkənin hakimiyyət orqanları təsdiqləyib. AZƏRTAC Rusiyanın TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Almaniya Federativ Respublikasının daxil...
Arif Hacılı xəbərdarlıqdan danışdı
Yanvarın 13-də Müsavat Partiyasının başqanı Arif Hacılıya Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində xəbərdarlıq edilib. Transparency.az saytına danışan Müsavat başqanı bildirib ki, idarə rəisi partiyanı bölgələrdə keçirilən aksiyaları təşkil etməkdə günahlandırıb: ...
Prezident 4 ölkəyə səfirlər təyin etdi
Prezident İlham Əliyev yanvarın 12-də sərəncamlar imzalayaraq Daşqın Şikarovu Birləşmiş Ərəb Əmirliklərində, Məmməd Əhmədzadəni İtaliya Respublikasında, Murad Nəcəfbəylini Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfirlər təyin edib. Nərgiz Qurbanovaya Bolqarıstan Respublikasında fövqəladə...
İstanbulda parlayış: ölən və yaralananlar var
Yanvarın 12-də Türkiyənin İstanbul şəhərinin Sultanəhməd meydanında, tramvay dayanacağı yaxınlığında partlayış baş verib. Novator.az xəbər verir ki, ilkin məlumatlarda bir qrup əcnəbi turistin arasında törədilən partlayışda 10 nəfərin öldüyü, 15 nəfərin yaralandığı bildirilir. Hazırda polis meydanı ...
Prezident: “Lazım olmayan qurumlar ləğv edilməlidir”
Transparency.az prezident İlham Əliyevin Nazirlər Kabinetinin 10 yanvar iclasındakı iki çıxışından bəzi məqamları oxuculara təqdim edir: Manatı əvvəlki səviyyədə saxlamaq qeyri-mümkün idi 2015-ci ildə Azərbaycan iqtisadiyyatı inkişaf edib. Əlbəttə ki, əvvəlki illərdə olan inkişaf əldə edilməyib. Bu ...
Münaqişə üzündən 24 milyon uşaq məktəbə getmir
Dünyada münaqişələrin hökm sürdüyü 22 ölkədə 24 milyon uşaq məktəbə getmir. Novator.az xəbər verir ki, BMT-nin Uşaq Fondunun (UNICEF) açıqlamasında belə deyilir. UNICEF-in direktor müavini Co Bourn bildirib ki, münaqişə olan ölkələrdə uşaqlar evlərindən, ailə üzvlərindən, dostlarından, təhlükəsizlik...
Mediada reforma düşmənçiliyi
Rövşən Əliyev Bu gün ölkənin ana axın mediası iqtisadi islahatların gərəkliyindən danışmır. Dünyanın bu yöndəki müsbət təcrübəsi haqda məlumat vermək əvəzinə, onu gözdən salmaqla məşğuldur. Xəbər mediasının son dörddə bir əsrdə nə qədər geriləməsinə aid bir örnək deyim. Hələ SSRİ tam dağılmamış vaxt...
Sorğu: Rusiya əhli siyasətçilərə yox, fəhlələrə daha çox etibar edir
Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi ölkə əhalisinin daha çox hansı peşə sahiblərinə etibar etməsinə dair sorğu keçirib. Novator.az xəbər verir ki, sorğunun yanvarın 11-də açıqlanan nəticələrinə görə, rusiyalılar ən çox fəhlələrə etibar edir. Fəhlələrə inam 5 ballıq qiymətləndirmə üzrə 4,05 bal o...
İlham Əliyevdən yeni tapşırıqlar
Yanvarın 10-u Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən prezident İlham Əliyev 2015-ci ildə dünyada və regionda iqtisadi, siyasi və hərbi böhranın daha da dərinləşdiyini, qanlı toqquşmaların davam etdiyini deyib. Dövlət...
Müsavat böhrandan çıxış paketi verdi
Yanvarın 8-də Müsavat Partiyası böhrandan çıxış yolları barədə təkliflər paketini açıqlayıb. Paketdə iqtisadi və siyasi islahatlar aparılması təklifləri əksini tapıb. İqtisadi sahədə təkliflərə bunlar daxildir: – qeyri-neft sektoruna böyük investisiyaların cəlb edilməsi üçün investisiya mühiti...