Siyasət
Yeni həmsədr: “Status-kvo qəbuledilməzdir”
Prezident İlham Əliyev oktyabrın 7-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədri İqor Popovu, ABŞ-dan olan yeni həmsədri Endrü Skoferi və ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşiki qəbul edib. AZƏRTAC xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqiş...
AŞPA prezidenti istefa verdi
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt oktyabrın 6-da istefa verib. O, istefasını şəxsi səbəblərlə izah edib. Bu il AŞPA-nın yaz sessiyasında Pedro Aqramuntun istefası tələb olunub. Buna Pedro Aqramuntun Suriyaya səfəri səbəb göstərilib. Pedro Aqramunt Suriyaya bu i...
Seçki indi keçirilsə…
Rusiya İctimai Rəy Fondunun yeni sorğusunun nəticələrinə görə, prezident seçkisi indi keçirilsə, seçicilərin 68%-i dövlət başçısı Vladimir Putinə səs verər. Prezident seçkisi 2018-ci ilin martında keçiriləcək. Seçki kampaniyası bu ilin dekabr ayında başlayır. Novator.az bildirir ki, sorğu sentyabrın...
Prezident KİV-də dil problemlərini həll etməyi tapşırıb
Prezident İlham Əliyev dövlət dilinin KİV-də istifadəsi sahəsində problemlərin müzakirə edilib çıxış yolları axtarılması və problemlərin həlli istiqamətində təkliflərin hazırlanması barədə tapşırıq verib. Bunu prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi professor Əli Həsənov oktyabrın 6-da “...
Nobel sülh mükafatının qalibi bəlli oldu
Oktyabrın 6-da 2017-ci ilin Nobel sülh mükafatının laureatı açıqlanıb. Novator.az-ın məlumatına görə, mükafat Nüvə Silahının Qadağan Olunması üzrə Beynəlxalq Kampaniyaya verilib. Norveç Nobel Komitəsi bəyan edib ki, təşkilat nüvə silahından istifadənin doğurduğu və doğura biləcəyi humanitar fəlakətl...
Separatçılar və standartlar
Sentyabrın 25-də İraqdakı kürd muxtar bölgəsi müstəqillik referendumu keçirdi. Səsverməyə gələnlərin 92,7 faizi Kürdüstan regionu və ondan kənardakı kürd ərazilərində müstəqil dövlət yaratmağa tərəfdar çıxdı. Rəsmi Bağdad və beynəlxalq güclər referendumu qanunsuz sayır, nəticələri tanımır. Oktyabrın...
“Niyə işğalçı ölkəyə lazımi təzyiqlər göstərilmir?”
Birinci vitse-prezident Mehriban Əliyeva oktyabrın 5-i Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində məcburi köçkün ailələri üçün inşa edilən yeni bina ilə tanış olub. Binaya Xətai rayonunda və Sarıqaya yaşayış massivində qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış 50 məcburi köçkün ailəsi köçürülə...
Türkiyəyə yeni səfir göndərildi
Prezident İlham Əliyev Xəzər İbrahimi Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri təyin edib. Sərəncam oktyabrın 5-də imzalanıb. Novator.az bildirir ki, Xəzər İbrahim 2011-ci ilin martından Azərbaycanın NATO yanında nümayəndəliyinə başçılıq edib, bu il sentyabrın 12-də geri çağırılıb. Öt...
“Qərar mitinq başlayanda qəbul olunacaq”
Demokratik Qüvvələrin Milli Şurası oktyabrın 7-də paytaxtda mitinq keçirməyə hazırlaşır. Aksiya saat 15-dən 17-dək Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (“İnşaatçılar” metro stansiyasının yanı) olacaq. Bakı Şəhər İcra Hakimiyyəti aksiyanı sanksiyalaşdırıb. Milli Şura sentyabrı...
Eldar Həsənov Kral Akademiyasına üzv seçilib
Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, hüquq elmləri doktoru, professor Eldar Həsənov Serbiya Kral Akademiyasının üzvü seçilib. Novator.az bildirir ki, məlumatı keçmiş millət vəkili, naşir Əlövsət Ağalarov yayıb. Eldar Hümbət oğlu Həsənov 1955-ci...
Milli Şuranın mitinqi rəsmiləşdi
Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının mitinqini sanksiyalaşdırıb. Mitinq oktyabrın 7-si saat 15-dən 17-dək Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (“İnşaatçılar” metro stansiyasının yanı) keçiriləcək. Aksiyanın korrupsiyaya, insan hüquqlarının tapdanm...
Ermənistan parlamenti Rusiya ilə birgə qoşun qrupu sazişini təsdiqlədi
Oktyabrın 5-də Ermənistan parlamenti Rusiya ilə birgə qoşun qrupu haqqında sazişi təsdiqləyib. Novator.az-ın məlumatına görə, 87 deputat sazişin rəsmiləşməsinə səs verib, müxalif “Çıxış” blokundan 7 deputat sənədin əleyhinə çıxıb. Saziş sonradan artırılmaq şərti ilə 5 il qüvvədə olacaq. İki ölkənin ...
Rafiq İsmayıl vəfat edib
Tarix elmləri doktoru, ictimai-siyasi xadim, Müsavat Partiyası Məclisinin üzvü Rafiq İsmayıl oktyabrın 5-də vəfat edib. Novator.az bildirir ki, Rafiq İsmayıl 1939-cu ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. 1964-cü ildə indiki Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb şö...
“Azərbaycan Avropa Şurasını tərk etsə, heç nə dəyişməyəcək”
“Bizim inkişafımıza sevinməyən və ya Azərbaycanda hökmranlıq etmək arzusunda olan müəyyən dairələr ölkəmizi gözdən salmağa çalışırlar”. AZƏRTAC-ın məlumatına görə, prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə oktyabrın 4-də keçirdiyi görüş...
Prezidentdən yeni Qarabağ bəyanatları
AZƏRTAC prezident İlham Əliyevin Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə 4 oktyabr görüşünün detallarını yayıb. İlham Əliyev giriş nitqində deyib ki, ölkənin qarşısında duran əsas çağı...
Azərbaycanlı fanat: “İstəyirik Kataloniya müstəqillik qazansın”
İspaniyadan ayrılmağa çalışan Kataloniya vilayəti müstəqillik qazansa, futbolda da mühüm hadisələr baş verə bilər. Kataloniyanın mərkəzi şəhərinin dünyaca məşhur futbol klubu olan “Barselona”nın İspaniya çempionatından çıxması mümkündür. 1899-cu ildə yaradılmış “Barselona” klubu 24 dəfə İspaniya çem...
Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması səsə qoyuldu
Oktyabrın 4-ü Ermənistan parlamentində Avrasiya İqtisadi İttifaqı ilə bağlı qanun layihəsi səsə qoyulub. Novator.az-ın məlumatına görə, müxalif “Çıxış” blokunun hazırladığı layihə Ermənistanın Avrasiya İqtisadi İttifaqından ayrılması üçün parlament komissiyası yaradılmasını nəzərdə tutur. Layihə müə...
Ali Məhkəmə Əli İnsanovla bağlı proses təyin etdi
Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun kassasiya şikayətinə nə vaxt baxılacağı bilinib. Oktyabrın 4-də Ali Məhkəmədən Novator.az-a məlumat verilib ki, sabiq nazirin işinə noyabrın 14-ü saat 9:30-da baxılacaq. İş hakim Fərhad Kərimovun icraatındadır. Bu il aprelin 26-da Qaradağ Rayon Məhkəməs...
Vladimirə qarşı Aleksey. Kimdir Navalnı?
Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalnı oktyabrın 2-də 20 sutka inzibati həbs cəzası alıb. O, icazəsiz kütləvi aksiyaya çağırışda təqsirli bilinib. Aleksey Navalnı bu il iyunun 12-dən iyulun 7-dək eyni ittihamla inzibati həbsdə yatıb. Novator.az müxalif liderin ömür yoluna nəzər salı...
Navalnıya yeni cəza
Rusiya paytaxtı Moskvanın Simonov Rayon Məhkəməsi müxalif lider Aleksey Navalnıya 20 sutka inzibati həbs cəzası kəsib. Novator.az-ın məlumatına görə, Navalnı icazəsiz kütləvi aksiyaya çağırışda təqsirli bilinib. Qərar oktyabrın 2-də çıxarılıb. Tərəqqi Partiyasının sədri, Korrupsiya ilə Mübarizə Fond...