Milli Şuranın mitinqi rəsmiləşdi
- 05 Oktyabr 2017
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının mitinqini sanksiyalaşdırıb. Mitinq oktyabrın 7-si saat 15-dən 17-dək Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (“İnşaatçılar” metro stansiyasının yanı) keçiriləcək.
Aksiyanın korrupsiyaya, insan hüquqlarının tapdanmasına etiraz məqsədi daşıdığı bildirilir.
Novator.az bildirir ki, Milli Şura 2013-cü ildə yaradılıb. Quruma Cəmil Həsənli və Əli Kərimli liderlik edir.