Siyasət
Görüş yeri Cenevrə
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsi məlumat yayıb. Rəsmi açıqlamaya görə, nazir Elmar Məmmədyarov yanvarın 29-u İsveçrənin Cenevrə şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək. Yanvarın 30-da isə nazirin ermənistanlı həmkarı Zöhrab Mnasakanyanla bir araya gələc...
“Minnətli çörək vəd etmirəm”
Fevralın 9-da keçiriləcək parlament seçkisində 10 saylı Binəqədi dairəsindən deputatlığa namizəd olan siyasətçi, ictimai xadim Qorxmaz İbrahimli Novator.az-a açıqlama verib. O deyib ki, dairənin əhatə etdiyi ərazilərdəki problemlərdən xəbərdardır: “Sakinlərin əsas sıxıntılarının nələr olduğunu və on...
Əli İnsanov partiyasını formalaşdırdı
Sabiq səhiyyə naziri Əli İnsanov Haqq-Ədalət Partiyasının (HƏP) sədri, mühacirətdə yaşayan ordu polkovniki İsa Sadıqov sədrin birinci müavini, diplomat, alim İsfəndiyar Vahabzadə və sabiq deputat Zəminə Dünyamalıyeva isə sədr müavinləri seçiliblər. Novator.az xəbər verir ki, qərar HƏP-in yanvarın 25...
Generalın namizədliyinə razılıq verməyənlərin siyahısı genişləndi
Dairə seçki komissiyası, Mərkəzi Seçki Komissiyası, Bakı Apellyasiya Məhkəməsi və nəhayət, Ali Məhkəmə. Bu instansiyaların heç biri general-mayor Qabil Məmmədovun deputatlığa namizəd olmasına razılıq verməyib. Novator.az bildirir ki, Azərbaycan Ordusunun birləşmə komandanı olmuş Qabil Məmmədov öz tə...
Seçki yarışında 1400 nəfər qalır
Fevralın 9-na təyin edilmiş parlament seçkisində namizədliyi qeydə alınmış 1637 nəfərdən 237-si marafonda iştirakını dayandırıb. APA-nın 24 yanvar məlumatına görə, hazırda deputatlığa 1400 nəfər namizəd var. “Report” isə bildirir ki, deputat Hacı Salayev 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən nami...
Rusiya: ana qanuna nələr təklif olunur?
Rusiya parlamentinin aşağı palatası – Dövlət Duması ölkə konstitusiyasına dəyişikliklər layihəsini ikinci oxunuşda fevralın 11-də müzakirə edəcək. Prezident Vladimir Putinin təklifi olan layihə ilk oxunuşdan yanvarın 23-də keçib. Novator.az-ın məlumatına görə, layihə ölkədə azı 25 il daimi yaşamamış...
Arif Hacılıdan debat təklifi
Müsavat Partiyasının başqanı Arif Hacılı hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyini seçki debatına çağırır. Novator.az-ın məlumatına görə, Arif Hacılı yanvarın 23-də özünün “Facebook” səhifəsində yazıb ki, fevralın 9-da keçiriləcək parlament seçkisinin iştirakçıları pulsuz efir vaxtından məhrum...
Milli Şura cəza tələb edir
Demokratik Qüvvələrin Milli Şurası bəyanat yayıb. Qeyd olunur ki, AXCP Salyan şöbəsinin fəalı Əlizamin Salayev Səbail Rayon Polis İdarəsində və həmin idarənin 8-ci bölməsində ağır işgəncələrə məruz qalıb: “Yanvarın 13-də Bakının Səbail rayonunda dostları ilə birgə nahar edərkən tutulan və Səbail Ray...
Qabil Məmmədov müraciət yayıb
General-mayor Qabil Məmmədov özünün “Facebook” səhifəsində müraciət yayıb. Novator.az bildirir ki, Azərbaycan Ordusunun birləşmə komandanı olmuş Qabil Məmmədov fevralın 9-da keçiriləcək parlament seçkisinə qatılıb, namizədliyini 73 saylı Lənkəran şəhər seçki dairəsindən verib. Lakin dairə seçki komi...
“Milli maraqlarımız birinci yerdədir”
Davos Dünya İqtisadi Forumuna qatılan prezident İlham Əliyev yanvarın 22-də “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında iştirak edib. AZƏRTAC xəbər verir ki, panelin moderatorunun “Avrasiyada böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Siz birinci növbədə k...
Məhkəmə də generalın deputatlığa namizəd olmasına imkan vermir
Bakı Apellyasiya Məhkəməsi general-mayor Qabil Məmmədovun şikayətini təmin etməyib. Şikayət Mərkəzi Seçki Komissiyasının (MSK) qərarından verilmişdi. Novator.az bildirir ki, Azərbaycan Ordusunun birləşmə komandanı olmuş Qabil Məmmədov öz təşəbbüsü ilə fevralın 9-da keçiriləcək parlament seçkisinə qa...
Demokratiya: Azərbaycan 167 ölkə arasında 147-cidir
Mərkəzi qərargahı Böyük Britaniyada olan “Economist İntelligence Unit” beynəlxalq təşkilatı 2019-cu il üzrə Demokratiya İndeksi açıqlayıb. Novator.az-ın məlumatına görə, indeksdə 167 ölkə tam demokratik, qüsurlu demokratik, hibrid rejimlər və avtoritar rejimlərə ayrılıb. Tam demokratik ölkələr siyah...
Yunanıstan: qadının prezidentlik siftəsi
Yunanıstan parlamenti yanvarın 22-də baş nazir Kiriakos Mitsotakisin təqdimatını nəzərə alaraq Ali İnzibati Məhkəmənin – Dövlət Şurasının sədri Yekaterina Sakellaropulunu ölkə prezidenti seçib. O, Yunanıstanda dövlət başçısı kürsüsünə oturan ilk qadın olacaq. Novator.az bildirir ki, Yunanıstan Konst...
Cəbhəçinin döyüldüyü bildirilir
Daxili İşlər Nazirliyinin paytaxtda Binəqədi rayonunda yerləşən inzibati həbs məntəqəsində saxlanan AXCP üzvü Əlizamin Salayevə işgəncə verildiyi iddia olunur. AXCP-nin Salyan şöbəsinin fəalı Əlizamin Salayev yanvarın 13-də 30 sutkalıq həbs cəzası alıb. Qərarı Səbail Rayon Məhkəməsi çıxarıb. Əlizami...
Rusiya: hökumətdə 17 yenilik var
Rusiyanın yeni hökuməti təsdiqlənib. Yanvarın 21-də prezident Vladimir Putinin rəsmiləşdirdiyi kabinet baş nazirdən, onun 9 müavinindən, 21 nazirdən ibarətdir. Novator.az-ın məlumatına görə, Mixail Mişustinin baş nazirlik etdiyi hökumətdə onun birinci müavini, 5 müavini, 11 nazir (iqtisadi inkişaf; ...
Yeni razılaşmalar
İsveçrənin Davos şəhərinə səfərini davam etdirən prezident İlham Əliyev yanvarın 21-də Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla Davos İqtisadi Forumu arasında münasibətlərin tarixi və onun əhəmiyyəti haqqında fikir mübadiləsi aparılıb...
Rusiya yenilikləri nə yenilikdir?
Coşqun Əli Rusiyadakı son dəyişikliklər bütün dünyada, həmçinin Azərbaycanda gündəmi zəbt edib. Yanvarın 15-də baş nazir Dmitri Medvedyev və rəhbərlik etdiyi hökumət istefa verdi. Bu addım ölkə prezidenti Vladimir Putinin konstitusiyaya dəyişikliklər təklifi ilə əlaqələndirilib. Vladimir Putinin tək...
Arif Hacılı ATƏT rəsmisi ilə müzakirə aparıb
Müsavat Partiyasının başqanı Arif Hacılı yanvarın 21-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanda fevralın 9-na təyin edilmiş parlament seçkisini müşahidə missiyasının rəhbəri Piter Teylorla görüşüb. “Basta”nın məlumatına görə, görüşdə parlament seçkisi ilə bağlı fikir ...
Namizədlərin siyahısı
Mərkəzi Seçki Komissiyası fevralın 9-na təyin edilmiş parlament seçkisinin rəsmi namizədlərinin siyahısını dərc edib. Hesabata görə, marafona 2431 nəfər qatılıb, onların 1560-nın deputatlığa namizədliyi qeydə alınıb. 125 dairədə keçiriləcək 9 fevral seçkisinə 20 partiya qoşularaq Mərkəzi Seçki Komis...
Davos ziyarəti, ilk günün görüşləri
Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə gedən prezident İlham Əliyev yanvarın 20-si Davosda “VTB Bank”ın prezidenti-İdarə Heyətinin sədri Andrey Kostinlə görüşüb. Dövlət başçısı “VTB Bank”ın Azərbaycan iqtisadiyyatının real sektoruna kredit qoyuluşunun artırılmasını...