Siyasət
Neçə addım geri?
Prezident İlham Əliyevin 2021-ci il fevralın 2-də təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər”də beş milli prioritet yer alıb: dayanıqlı artan rəqabət qabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və mü...
Azad bölgələrə məsul şəxslər təyin olundu
İyulun 22-də sərəncamlar imzalayan prezident İlham Əliyev Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin müşahidə şuralarının tərkiblərini təsdiqləyib. Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İd...
Tutulan müsavatçıdan xəbər var
İyulun 22-də vəkil Osman Kazımov Daxili İşlər Nazirliyinin inzibati həbs məntəqəsində (Bakının Binəqədi rayonunda yerləşir) saxlanan müsavatçı Əziz Məmiyevə baş çəkib. Ziyarətdə Əziz Məmiyevin atası da iştirak edib. Müsavat Partiyasından Novator.az-a verilən məlumata görə, vəkil Əziz Məmiyevin sağ a...
2022-2026-cı illər üzrə strategiya təsdiqləndi
İyulun 22-də prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nı təsdiqləyib. Sərəncama görə, strategiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini, icrasına nəzarəti və hesabatlılığını Nazirlər Kabineti həyata keçirəcək. Nazirlər K...
Bölünmədən bütövlüyə
Qubad İbadoğlu ADR Partiyasının sədri Rejimin Azərbaycan xalqına və dövlətinə vurduğu ən böyük ziyanlardan biri də bölünməyə əlverişli mühitdir. Bu mühitdə siyasi idarəçilik “parçala, hökm sür” prinsipi, iqtisadi idarəçilik klanlar əsasında bazarların bölüşdürülməsi bazasında qurulub. Nəticədə cəmiy...
Rusməramlı əngəl
Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli işğal altında qalan Azərbaycan torpaqları ilə bağlı bir statistikaya diqqət çəkib. Novator.az-ın məlumatına görə, o yazır ki, Xankəndi və ətrafında Rusiyanın bəslədiyi, qoruduğu qondarma rejim 2022-ci ilin ilk yarısında bölgə...
9 şikayətçiyə təzminat qərarı
Avropa İnsan Hüquqları Məhkəməsi iyulun 21-də Azərbaycandan 9 şikayət üzrə qərarını elan edib. Hüquqşünas Xalid Ağalıyevin yaydığı məlumata görə, 2016-cı ildə müxalif partiyaların kütləvi aksiyasında tutularaq inzibati qaydada həbs edilmiş Məmməd Balaməmmədov, Nuru Nuruzadə, Elton Əliyev, Toğrul İbr...
Çin uyğur hesabatının da kökünü kəsmək istəyir – “Reuters”
Çin BMT-nin insan haqları üzrə ali komissarı Mişel Baçeletin onsuz da gecikmiş hesabatının ümumiyyətlə işıq üzü görməməsinə çalışır. Novator.az bildirir ki, xəbəri “Reuters” agentliyi yayıb. Mişel Baçelet bu ilin may ayında Çinə səfər edib. Məqsəd Çinin Sincan Uyğur Muxtar Rayonunda insan hüquqların...
Milli Şuradan dəstək və etiraz
Demokratik Qüvvələrin Milli Şurası Bakıdakı 20 iyul aksiyasına münasibət bildirib. Bir qrup fəal iyulun 20-si Nazirlər Kabinetinin binası qarşısında piket keçirməyə cəhd göstərib. Bakı Şəhər İcra Hakimiyyəti quru sərhədlərin açılması tələbi ilə təşkil olunan aksiyanın təşəbbüsçüsü, Müsavat Partiyası...
İtaliyada erkən seçki yolu
İtaliya növbədənkənar parlament seçkisinə gedir. Prezident Serco Mattarella iyulun 21-də parlamentin hər iki palatasını buraxıb. Novator.az bildirir ki, aşağı palata (Deputatlar Palatası) 630, yuxarı palata (Senat) 315 nəfərdən (+6 ömürlük senatordan) ibarətdir. 2020-ci il sentyabrın 20-21-də keçiri...
Ukrayna pulu 25 faiz ucuzlaşdı
İyulun 21-də Ukrayna Milli Bankı yerli valyutanın – qrivnanın ABŞ dollarına məzənnəsini kəskin dəyişib. Novator.az bildirir ki, 25 faiz devalvasiya nəticəsində dolların rəsmi qiyməti 36,5 qrivnanı ötüb. Qərar yerli vaxtla səhər saat 9-da qüvvəyə minib. Devalvasiya Rusiyanın total təcavüzü nəticəsind...
ABŞ kəşfiyyatının rəhbərləri Rusiyadan seçki müdaxiləsi gözləyir
ABŞ-ın Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey və Milli Təhlükəsizlik Agentliyinin direktoru Pol Nakason bəyan ediblər ki, Rusiya seçkilərə təhdid yaradan dövlət olaraq qalır. Novator.az saytı ABŞ-ın “Wall Street Journal” qəzetinə istinadla bildirir ki, Kristofer Rey və Pol Nakason Ukr...
İtaliyanın baş naziri yenə istefa verdi
İyulun 21-də İtaliyanın baş naziri Mario Draqi istefa verib. Prezident Serco Mattarella bu barədə rəsmi müraciəti nəzərə alaraq baş nazirə və hökumətə səlahiyyətlərin icrasını davam etdirməyi tapşırıb. Mario Draqi iyulun 14-də hökumətin bəzi siyasi qüvvələrin dəstəyini itirdiyini əsas gətirərək iste...
Putinin İran səfəri kimləri narahat etməlidir? – “The Telegraph”
Böyük Britaniyanın “The Telegraph” qəzetində redaksiya heyəti adından “Putinin İran səfəri Londonla Vaşinqtonu narahat etməlidir” başlıqlı məqalə dərc olunub. Novator.az-ın məlumatına görə, məqalədə bildirilir ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin geosiyasi nəticələri Avropada və onun hüdudlar...
Tofiq Yaqublu və Əli Kərimlinin aksiya rəyləri
Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu təşəbbüsçüsü olduğu 20 iyul aksiyasından yazıb. Bir qrup fəal iyulun 20-si Bakıda, Nazirlər Kabinetinin binası qarşısında piket keçirməyə cəhd göstərib. Bakı Şəhər İcra Hakimiyyəti quru sərhədlərin açılması tələbi ilə t...
Müsavat fəalına 30 sutkalıq cəza
20 iyul aksiyasında tutulan gənc müsavatçı inzibati həbs cəzası alıb. Bir qrup fəal iyulun 20-si Bakıda, Nazirlər Kabinetinin binası qarşısında piket keçirməyə cəhd göstərib. Bakı Şəhər İcra Hakimiyyəti quru sərhədlərin açılması tələbi qoyulan aksiyaya razılıq vermədiyi üçün polis əməkdaşları Nazirl...
Bir kürsünün iki iddiaçısı
Böyük Britaniya parlamentinin alt qanadı olan İcmalar Palatasının hakim Mühafizəkarlar Partiyasından deputatları yeni lider seçkisi üzrə səsverməni bitirib. İyulun 20-də keçirilmiş beşinci turda son mərhələyə çıxan iki namizəd bəlli olub: Rişi Sunak və Elizabet (Liz) Trass. Partiya lideri qurumun üz...
Putinin müharibəsi Qafqazı da dəyişə bilər – “Bloomberg”
ABŞ-ın “Bloomberg” agentliyinin internet səhifəsində “Müharibə Rusiyanın böyür-başında münasibətlərin dəyişməsinə təkan verir” başlıqlı məqalə dərc edilib. Novator.az saytının məlumatına görə, məqalədə deyilir ki, Rusiya prezidenti Vladimir Putin Tehranda İran və Türkiyə liderləri ilə Suriya münaqiş...
“Telegram”da Rusiyanın xeyrinə dezinformasiyalar baş alıb gedir
“Telegram” kanalında Rusiya hakimiyyətinin xeyrinə dezinformasiyalar baş alıb gedir. Bunu Polşada fəaliyyət göstərən, dezinformasiyaları ifşa etməklə məşğul olan “Disinfo Digest” layihəsi açıqlayıb. Novator.az-ın məlumatına görə, Polşanın ingilisdilli “Poland Post English” onlayn nəşrində “Disinfo D...
Sumqayıt reydi
Prezident İlham Əliyev iyulun 20-də Sumqayıta baş çəkib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal müəssisələrinin açılış və təməl mərasimlərində iştirak edib. İlham Əliyevin Şəhidlər xiyabanında aparılan təmir və yenidənqurma işləri ilə tanış olduğu, 2 sayl...