Siyasət
ADR-in qeydiyyat məhkəməsi başladı
Sentyabrın 12-si Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının Ədliyyə Nazirliyindən şikayəti üzrə proses başlayıb. Novator.az-ın məlumatına görə, prosesdə ADR Partiyasını təmsil edən Ellada Məmmədli, Əlövsət Talışxanlı və Hüseyn Məlik Ədliyyə Nazirliyinin qanunver...
Rusiyanın noyabr planı pozulub
Ukraynanın uğurlu əks-hücumu ölkənin işğal olunmuş ərazilərinin Rusiyaya birləşdirilməsi üçün “referendum”ların keçirilməsi planını pozub. Xəbəri redaksiyası Latviyada yerləşən, rusiyalı mühacir jurnalistlərin idarə etdiyi Meduza.io saytı yayıb. Novator.az xatırladır ki, Rusiya Ukraynanın işğal etdi...
İsveç: ilkin mandat bölgüsü açıqlanıb
İsveçdə sentyabrın 11-də keçirilmiş parlament seçkisinin ilkin nəticələrinə görə, qanunverici orqana 8 siyasi partiya düşür. Novator.az bildirir ki, mandat bölgüsü belə göstərilir: Sosial Demokrat Fəhlə Partiyası – 108 mandat; İsveç Demokratları Partiyası – 73 mandat; Mötədil Koalisiya Partiyası – 6...
Məhkəmə 180 manat qərarını haqlı saydı
Sentyabrın 12-si Bakı İnzibati Məhkəməsində siyasətçi İsa Qəmbərin şikayəti üzrə proses keçirilib. Novator.az-a danışan vəkil Nemət Kərimli deyib ki, şikayət ərizəsində İsa Qəmbərin əmək pensiyası hüququnun pozulduğu qeyd edilmiş, bildirilmişdi ki, ona xüsusi şərtlərlə əmək pensiyası düşür: “Məhkəmə...
Həbsin əks-sədası
Novator.az jurnalist Əvəz Zeynallı ilə vəkil Elçin Sadıqovun həbsinə reaksiyalara nəzər salıb. Hər iki şəxs sentyabrın 10-u Bakıda tutulublar, sentyabrın 11-nə keçən gecə Binəqədi Rayon Məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Baş Prokurorluğun İstintaq İdarəsi jurnalisti külli...
Rusiyanın Ukrayna uğursuzluğu – “Wall Street Journal”
ABŞ-ın “Wall Street Journal” qəzetində redaksiya heyəti adından “Rusiyanın Ukrayna uğursuzluğu” başlıqlı məqalə dərc olunub. Novator.az saytı məqaləni ingilscədən çevirib təqdim edir. Rusiyanın Ukraynada apardığı müharibə, deyəsən, Kiyevin xeyrinə ciddi dönüş götürüb. Bunu Rusiya prezidenti Vladimir...
Qanunsuz cəza norması
Ələsgər Məmmədli Hüquqşünas “Siyasi partiyalar haqqında” yeni qanunun layihəsinə görə, partiya parlament, prezident və ya bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı formasında) etmədikdə Ədliyyə Nazirliyi apellyasiya məhkəməsində iddi...
İsveçdə başabaş seçki
İsveçdə sentyabrın 11-də keçirilmiş parlament seçkisinin ilkin nəticələri açıqlanıb. Novator.az bildirir ki, sağları birləşdirən blok (İsveç Demokratları Partiyası, Mötədil Koalisiya Partiyası, Xristian Demokrat Partiyası, Liberallar Partiyası) 349 nəfərlik qanunverici orqana 175 mandat qazanır. Hak...
Əvəz Zeynallıya ittiham vəkili də həbsə apardı
Jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov sentyabrın 10-u Bakıda tutulublar, Binəqədi Rayon Məhkəməsi hər iki şəxs barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Baş Prokurorluğun İstintaq İdarəsinin jurnalisti külli miqdarda rüşvət almaqda ittiham etdiyi xəbər verilir. Bu ittiham 8 ildən 12 il...
Ukraynalılar ən çox haralara sığınır?
İşğalçı savaşın didərgin saldığı ukraynalıların Avropa İttifaqı məkanında ən çox haralarda sığınacaq aldığı açıqlanıb. Novator.az-ın məlumatına görə, Avropa Statistika Bürosu (Eurostat) bildirir ki, Rusiyanın total təcavüzünün başlandığı gündən – 2022-ci il fevralın 24-dən bəri Polşa 1,3 milyon ukra...
Layihənin qanun yolu
Milli Məclis sentyabrın 7-də “Siyasi partiyalar haqqında” yeni qanunun layihəsini təqdim edib. Layihənin parlamentin payız sessiyasında müzakirəyə çıxarılması gözlənir. Payız sessiyası sentyabrın 30-da başlanacaq. Novator.az bildirir ki, parlamentin daxili nizamnaməsinə görə, Milli Məclisin sədri qa...
Bayden+
2021-ci ildən ABŞ prezidenti olan Cozef Baydenin administrasiyasında 15 nazir (katib) var: Entoni Blinken – dövlət katibi (xarici işlər naziri), Lloyd Ostin – müdafiə naziri, Merrik Qarland – ədliyyə naziri (baş prokuror), Deb Holann – daxili işlər naziri, Alexandro Mayorkas – daxili təhlükəsizlik n...
Kralın ömür yolu
Novator.az Böyük Britaniyada taxta çıxan Çarlz Filip Artur Corcun ömür yoluna nəzər salıb. Dövlət başçısı – kral taxtında III Karl (Çarlz) adı ilə oturacaq Çarlz 1948-ci il noyabrın 14-ü Londonda doğulub. Kembric Universitetində incəsənət üzrə ali təhsil alıb. Kral Hava Qüvvələri və Kral Donanmasınd...
Çərçivə qanunu
Müstəqil siyasətçi Azər Qasımlı siyasi partiyalar qanununu yeniləmək təşəbbüsünə münasibət bildirib. Novator.az-ın məlumatına görə, o yazır ki, prezident İlham Əliyev Ukrayna müharibəsindən sonrakı dövrə hazırlaşır: “Getmək istədiyi yol siyasi meydanı qapatmaq və siyasətə yeni insanların gəlişini ən...
Pandemiya adamların işə münasibətini dəyişib – “Vaşinqton Post”
ABŞ-ın “Vaşinqton Post” qəzetində COVİD-19 pandemiyasının işə yeni münasibət formalaşdırdığı haqda yazı dərc olunub. Novator.az-ın məlumatına görə, redaksiya heyəti adından təqdim olunan “Ofisdən kənarda: pandemiya və işə yeni münasibət” başlıqlı məqalədə bildirilir ki, 2019-cu ilin dekabrında Çində...
Kraliça vəfat etdi
Böyük Britaniyanın dövlət başçısı – kraliça II Yelizaveta sentyabrın 8-də vəfat edib. 1926-cı ildə doğulan II Yelizaveta 1952-ci il fevralın 6-dan taxtda idi. Novator.az bildirir ki, dövlət başçısı – kral postuna mərhum kraliçanın böyük oğlu Çarlz (III Karl) keçir. Çarlz 1948-ci il təvəllüdlüdür. İn...
Partiyaya ianə: köhnə norma, indiki, plan
Sentyabrın 7-də dərc edilən “Siyasi partiyalar haqqında” yeni qanunun layihəsi ianə məsələsini sərtləşdirir. Novator.az bildirir ki, layihəyə görə, siyasi partiya yalnız Azərbaycan vətəndaşından ianə qəbul edə bilər: “İanə pul vəsaiti və ya digər əmlak şəklində qəbul edilə bilər. Siyasi partiyanın ə...
ABŞ seçki yolunda, qüvvələr nisbəti
Noyabrın 8-i ABŞ Konqresinə seçkilər keçiriləcək: 435 nəfərlik alt qanadın – Nümayəndələr Palatasının bütünlüklə yenilənməsi, 100 nəfərlik yuxarı palatanın – Senatın 35 üzvünün seçilməsi gözlənir. Novator.az bildirir ki, indi Nümayəndələr Palatasında Demokratlar Partiyasının 219, Respublikaçılar Par...
Çinə təslim
Respublikaçı Alternativ Partiyasının funksioneri, iqtisadçı Natiq Cəfərli Rusiya – Çin münasibətlərinin sürətlə sıxlaşdığını yazır: “2022-ci ilin yanvar-avqust aylarında iki ölkənin ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 31 faiz artaraq 117,2 milyard dollara çatıb. İlin yekunun...
Nəyə hazırlıq?
Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu gerçək müxalifətin tam ləğvinə hazırlıq görüldüyü qənaətindədir. Novator.az-ın məlumatına görə, o, “Siyasi partiyalar haqqında” yeni qanunun layihəsindəki bəzi məqamlara nəzər salaraq yazır: “Siyasi partiyaların dövlət qeydiyyat...