Ordu
Putin məğlub ola bilər – “The Telegraph”
Böyük Britaniyanın “The Telegraph” qəzetində “Qərb təmkinini itirməsə, Putin məğlub ola bilər” başlıqlı redaksiya məqaləsi dərc olunub. Novator.az saytı məqaləni ingiliscədən çevirib təqdim edir. Ukrayna ordusu işğalçı rus qoşunlarını sıxışdırır. Belə bir vaxtda Almaniya kimi ölkələr Kremlin enerji ...
Şəhidlər
Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində sentyabrın 12-si gecə və 13-ü səhər getmiş döyüşlərdə şəhid olmuş 50 hərbi qulluqçunun siyahısını yayıb: kapitan Qurbanov Saleh Möhübbәt oğlu kapitan Mehbalı Fәrid Kәmalәddin oğlu baş leytenant ...
50 hərbi qulluqçu şəhid olub
Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində sentyabrın 12-si gecə və 13-ü səhər getmiş döyüşlərdə Azərbaycan Ordusunun 42, Dövlət Sərhəd Xidmətinin 8 hərbi qulluqçusu şəhid olub. Şəhid hərbi qulluqçuların siyahısı icti...
Qafqaz döyüşləri Putini çətinə salır – “Politico”
ABŞ-ın “Politico” qəzeti Ermənistanla Azərbaycan arasındakı son qanlı toqquşmanı Rusiya prezidenti Vladimir Putin üçün “daha bir ciddi strateji başağrısı” kimi qiymətləndirir. Novator.az-ın məlumatına görə, sentyabrın 13-ü qəzetin internet səhifəsində “Azərbaycan-Ermənistan sərhədindəki döyüşlər fon...
Hərbi müşavirə
Sentyabrın 13-də prezident, ali baş komandan İlham Əliyev Silahlı Qüvvələrin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirib. AZƏRTAC xəbər verir ki, müşavirədə məruzələr təqdim edilib, Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi təxribatların qarşısının alındığı, bütün vəzif...
Putinin reputasiyası sarsılır – “Nyu-York Tayms”
ABŞ-ın “Nyu-York Tayms” qəzetində “Rusiyanın Ukraynada geriləməsi Putinin siyasi reputasiyasını sarsıdır” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi qəzetin Moskva bürosunun rəhbəri Anton Troyanovskidir. Novator.az-ın məlumatına görə, məqalədə bildirilir ki, son günlər Rusiya qoşunlarının Ukray...
Sərhəddə toqquşma
Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, sentyabrın 12-də gecə Ermənistan silahlı qüvvələri Azərbaycan sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində təxribat törədib, diversiya qrupları Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını...
Rusiyanın noyabr planı pozulub
Ukraynanın uğurlu əks-hücumu ölkənin işğal olunmuş ərazilərinin Rusiyaya birləşdirilməsi üçün “referendum”ların keçirilməsi planını pozub. Xəbəri redaksiyası Latviyada yerləşən, rusiyalı mühacir jurnalistlərin idarə etdiyi Meduza.io saytı yayıb. Novator.az xatırladır ki, Rusiya Ukraynanın işğal etdi...
Rusiyanın Ukrayna uğursuzluğu – “Wall Street Journal”
ABŞ-ın “Wall Street Journal” qəzetində redaksiya heyəti adından “Rusiyanın Ukrayna uğursuzluğu” başlıqlı məqalə dərc olunub. Novator.az saytı məqaləni ingilscədən çevirib təqdim edir. Rusiyanın Ukraynada apardığı müharibə, deyəsən, Kiyevin xeyrinə ciddi dönüş götürüb. Bunu Rusiya prezidenti Vladimir...
Latviya hərbi çağırış sisteminə döndü
Latviyada hərbi xidmətə çağırış sistemi bərpa olunur. Novator.az bildirir ki, Nazirlər Kabinetinin 6 sentyabr qərarına görə, 18-27 yaşlı kişilər 1 illik həqiqi hərbi xidmətə çağırılacaq. 2023-cü ilin yanvarındakı ilk çağırışda xidmətin könüllü əsasda olması, iyul ayındakı ikinci çağırışdan isə məcbu...
İran dronları Rusiyanı gücləndirə biləcəkmi? – CNN
ABŞ hesab edir ki, Rusiya Ukraynada havadan hücumlar həyata keçirmək, habelə müşahidə aparmaq məqsədilə xaricdən yüzlərlə dron almaq qərarına gəlib. Ağ evə istinad edən CNN kanalı avqust ayında Rusiyanın İrandan döyüş dronları aldığını xəbər verir. Novator.az-ın məlumatına görə, Ağ evdən CNN-ə bildi...
“Tərtər işi”: yeni həbslər, yeni bəraətlər
“Tərtər işi” adı ilə tanınan cinayət işi üzrə yeni məlumat yayılıb. 2017-ci il mayın 8-də Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayaraq bildirmişdi ki, Tərtər rayonu istiqamətində bir qrup hərbi qulluqçu və mülki şəxs hərbi sirr təş...
Pentaqon Çin və Rusiyanın kosmosda yaratdığı təhlükədən narahatdır
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəhbərliyi Rusiya və Çinin hazırladığı yeni növ kosmik silahlarla bağlı artan təhlükəni müzakirə etmək üçün toplantı keçirmək qərarına gəlib. Novator.az redaksiyası Nyu-York şəhərində yerləşən, kosmos, astronomiya sahəsi üzrə ixtisaslaşmış Spase.com saytına istina...
Rusiya hərbçilərinin neçə postu var?
Azərbaycanın Yuxarı Qarabağ bölgəsində və Ermənistana gedən Laçın yolunda təhlükəsizliyə məsul olan Rusiya hərbi kontingenti ərazidə 30 müşahidə postu qurub. Novator.az Rusiya Müdafiə Nazirliyinin rəsmi saytına istinadla bildirir ki, postların 3-ü Laçın yolunun Ermənistana yaxın hissəsində, qalanlar...
Azərbaycan Ordusu Laçında
Avqustun 26-da Laçın şəhəri, rayonun Zabux və Sus kəndləri Azərbaycan Ordusu bölmələrinin tam nəzarətinə götürülüb. Müdafiə Nazirliyi bildirir ki, ərazilərdə bölmələrin dislokasiya məntəqələrinə yerləşdirilməsi, mühəndis işlərinin görülməsi istiqamətində işlər aparılır. Ermənistan 1988-1994-cü illər...
Rusiyadan qorxmamaq – “Vaşinqton Post”
“Vaşinqton Post” qəzetində “ABŞ Rusiyadan çox güclüdür. Özümüzü bu cür də aparmalıyıq” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi qəzetin icmalçısı Maks Butdur. Novator.az saytı məqaləni ingiliscədən çevirib oxuculara təqdim edir. Ukraynada müharibə üçüncü mərhələyə qədəm qoyub. Fevralın 24-dən...
Gərginlik şərhləri
Rusiya hərbi kontingentinin yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə hücum çəkib, əsgər Anar Kazımov şəhid olub. Azərbaycan Ordusu bölmələrinin cavab əməliyyatı nəticəsində bir çox yüksəklik ələ keçirilib, ermənilərin bir neç...
Azərbaycan Ordusu qisas aldı
Müdafiə Nazirliyi bildirir ki, Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib, əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub: “Həmçinin erməni silahlı...
Moskva üçün dəyənək – “Wall Street Journal”
ABŞ-ın “Wall Street Journal” qəzeti Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün Moskva ilə razılaşmağın faktiki mümkünsüz olduğu barədə şərh dərc edib. Novator.az-ın məlumatına görə, şərhdə bildirilir ki, Moskva imzaladığı sənədlərə, razılaşmalara məhəl qoymamaqda çox mahirdir. Misal kimi Sovet İtt...
Azərbaycan əsgəri şəhid oldu
Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazisindəki erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki bölmələrinin mövqelərini intensiv atəşə tutub. Xəbəri yayan Müdafiə Nazirliyi bildirir ki, əsgər Kazımov Anar Rüstəm oğlu aldı...